Məhkəmə qərarları › İş №2(021)-1389/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1389/2022

20.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1389/2022 20.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı X3 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6 və X10 qarşı “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və hasarın hörülməsinə icazə veriməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçı X8 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və hasarın hörülməsinə icazə veriməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon Kərimbəyli kənd sakini Cavabdeh1 Bərdə rayon Kərimbəyli kəndində yerləşən 0.1208 ha torpaq sahəsi almışdır. Qeyd etdiyi torpaq sahəsini isə rəsmi olaraq adına sənədləşdirmiş və 07 sentyabr 2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarış almışdır. Halhazırda o, torpaq sahəsini yararlı vəziyyətə salaraq istifadə etmək istəyir və bunun üçündə ona satılmış olan torpaq sahəsinə hasar hörmək istəyir. Lakin hazırki iş üzrə Cavabdeh1 onun almış olduğu torpaq sahəsində hasar hörməyinə maneçilik törədir. Cavabdeh1 hasar hörməyinə maneçilik törədərək bildirir ki, o, 0.1208 ha torpaq sahəsindan əlavə olaraq ərazi zəbt edir və hasar hörmək istədiyi yeri ona satmamışdır. Halbu ki, bu bele deyil. O, Cavabdeh1 0.1208 ha torpaq sahəsi almış və hasar hörmək istədiyi ərazi almış olduğu 0.1208 ha torpaq sahəsinin ərazisidir. Bunu sübut edəcək torpaq sahəsinin plan çıxarışıda var. Dəfələrlə Cavabdeh1 ona məxsus olan torpaq sahəsindən hasar hörməyinə icazə verməsini və heç bir maneçilik törətməməsini bildirsə də heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı X8 məhkəməyə ərizə verərək, o, Cavabdeh1 qarşı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və hasarın hörülməsinə icazə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda ona məlum olmuşdurbki, mübahisəli torpaq sahəsi Cavabdeh3 və Cavabdeh2 məxsusdur. Buna örə də əlavə cavabdeh kimi Bərdə rayon Kərimbəyli kəndində yaşayan Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)1389/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 və Cavabdeh3 mülki iş üzrə cavabdeh qismində cəlb olunmuşdurlar. Bərdə rayon Məhkəməsinin 2(021)1389/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 və X14 mülki iş üzrə iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdurlar. Məhkəmə iclasında iddiaçı X8 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə prosessində iştirak edən Cavabdeh1 bildirdi ki, iddiaçıya artıq torpaq sahəsi satılıb, hasarın çəkilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1978-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş № ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, X8 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli № 447-05/69 nömrəli Arayışdan görünür ki, X15 xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, ana qrafası X7 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş АЭ № 225482 Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X16 xx.xx.1974-cü il tarixdə Bərdə rayon Yeni Əyricə kənd sovetliyində 05 saylı akt qeydi ilə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ № 135310 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Yeni Əyricə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ № 972015 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli № 448-05/69 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 01 iyul 1914-cü ildə Ağdaş rayonu, Movdut kəndində anadan olmuş X17 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 01 yanvar 1942-ci ildən 01 fevral 2019-cu ilədək "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X17 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 377 saylı xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, mərhum X24 vəfat edənə kimi Bərdə rayon Kərimbəyli kəndində yaşamışdır. Vəfatından sonra təsərrüfatında onunla birlikə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: Cavabdeh2, Cavabdeh1, X11, X14, X18. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 381 saylı, xx.xx.2021-ci il tarixli Arayışda qeyd olunur ki, X24 ilə X21 eyni şəxsdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********63-10301 olan Texniki Pasportun surətindən görünür ki, Bərdə rayon Kərimbəyli kəndində fərdi yaşayış evi X17 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyetrindən Cavabdeh1 adına verilmiş Çıxarışdan görünür ki, Bərdə rayon Kərimbəyli kəndində 0.29 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103.10 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 (torpaq sahəsi ümumi birgə), Cavabdeh2 (torpaq sahəsi ümumi birgə), X4 (torpaq sahəsi ümumi birgə), X9 (torpaq sahəsi ümumi birgə), Cavabdeh3 (torpaq sahəsi ümumi birgə) və X17 (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə) xüsusi paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh2 ərizə ilə Notariat Ofisinə müraciət edərək qaynanası X17 xx.xx.2019-cu il tarixdə vəfat etdiyini, miras əmlakın fərdi yaşayış evindən ibarət olduğunu, ondan başqa vərəsəsinin Cavabdeh1 olduğunu qeyd edərək göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh1 ərizə ilə Notariat Ofisinə müraciət edərək nənəsi X17 xx.xx.2019-cu il tarixdə vəfat etdiyini, miras əmlakın fərdi yaşayış evindən ibarət olduğunu, ondan başqa vərəsəsinin Cavabdeh2 olduğunu qeyd edərək göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş - X17 vərəsəsi - oğlu X15 xx.xx.2020-ci ilde vefat etmesi ilə əlaqədar miras onun təmsilçiləri: gəlini Cavabdeh2 və nəvəsi Cavabdeh1 verlilmişdir ( hər biri miras əmlakdan ½ irs almalıdır). Şəhadətnamə verilən miras əmlak: Elektron notariat avtomatlaşıdırılmış informasiya sisteminden real vaxt rejimində əldə edilmiş xx.xx.2021-ci il tarixli, **********1A33301 qeydiyyat nomrəli arayışa və ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerleşen ümumi sahəsi 0.29 ha olan torpaq sahəsinin X19 məxsus olan hissəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********63-10301 olan Texniki Pasportun surətindən görünür ki, Bərdə rayon Kərimbəyli kəndində fərdi yaşayış evi Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyetrindən Cavabdeh1 adına verilmiş Çıxarışdan görünür ki, Bərdə rayon Kərimbəyli kəndində 0.1692 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103.1 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 (fərdi yaşayış evi tam, torpaq sahəsi 3/12 hissə) X4 (torpaq sahəsi 2/12 hissə), X9 (torpaq sahəsi 2/12 hissə), Cavabdeh3 (torpaq sahəsi 2/12 hissə)Cavabdeh1 (fərdi yaşayış evi tam, torpaq sahəsi 3/12 hissə) xüsusi paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Cavabdeh3 ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh3 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.29 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən -0.048333 ha hissəni alıcı X1. (Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsus olmuşdur: 7 sayli Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə Cavabdeh3 verilmiş **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/12 hissə, 0.048333 ha) (Həmin Alqı-satqı X2 əvəzinə etibarnamə üzrə nümayəndə X22 tərəfindən imzalanmışdır) İş materiallarına əlavə olunmuş Cavabdeh3 ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmlak Bölgüsü barəsə sazişdən görünür ki, Bərdə Regional ASAN Xidmət mərkəzində notariat ofisinin 26 iyul 2021-ci il tarixli 4Ə-1465 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Bölgü Planına əsasən ünvan 3ində yerləşən 0.29 ha torpaq sahəsinin 0.048333 ha hissəsi X3 mülkiyyətinə verilir, qalan torpaq sahəsi isə mülkiyyətçinin öz mülkiyyətində qalır. (Həmin saziş Cavabdeh3 əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1, X8 əvəzinə etibarnamə üzrə nümayəndə X22 tərəfindən imzalanmışdır) İş materiallarına əlavə olunmuş Cavabdeh2 ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmlak Bölgüsü barəsə sazişdən görünür ki, Bərdə Regional ASAN Xidmət mərkəzində notariat ofisinin 26 iyul 2021-ci il tarixli 4Ə-1466 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Bölgü Planına əsasən ünvan 3ində yerləşən 0.29 ha torpaq sahəsinin 0.0725 ha hissəsi X3 mülkiyyətinə verilir, qalan torpaq sahəsi isə mülkiyyətçinin öz mülkiyyətində qalır. (Həmin saziş X8 əvəzinə etibarnamə üzrə nümayəndə X22 tərəfindən imzalanmışdır) İş materiallarına əlavə olunmuş Cavabdeh2 ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, Satıcı Cavabdeh2 qızı Bərdə rayonu, Kərimbəyli kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.29 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən -0.0725 ha hissəni alıcı X1. (Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsus olmuşdur: 7 sayli Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə Cavabdeh2 verilmiş **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 3/12 hissə, 0.0725 ha) (Həmin Alqı-satqı X2 əvəzinə etibarnamə üzrə nümayəndə X22 tərəfindən imzalanmışdır) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyetrindən Cavabdeh1 adına verilmiş Çıxarışdan görünür ki, Bərdə rayon Kərimbəyli kəndində yerləşən 0.1208 ha torpaq sahəsi X3 tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1389/2022 saylı, mülki işi üzrə İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, iş üzrə iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6 və X10 qarşı “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və hasarın hörülməsinə icazə veriməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(021)-1389/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmış, iddiaçı və cavabdehin iştirakı ilə onların hal-hazırda naturada istifadə etdikləri və həyətlər arasında heç bir hasar, çəpər olmayan həyətyanı torpaq sahələrinin koordinatları naturada təyin edilǝrǝk TEKUİS məlumat bazasında mövcud ********** qeydiyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışla iddiaçı İşıkkent Şahzadə Əhliman qızının mülkiyyətinə verilmiş 0.1208 ha torpaq sahəsinin koordinatları ilə müqaisələndirilmiş, iddiaçı X8 və Cavabdeh2 arasında bağlanmış AN-İ No ******* saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X8 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ No ******* saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmçinin hər iki müqavilələrdən irəli gələn xx.xx.2021-ci il tarixli Əmlak bölgüsü barədə sazişlərə əsasən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda X3 mülkiyyəti kimi qeydiyyata alınmış Bərdə rayon Kərimbəyli kəndində yerləşən 0.1208 ha torpaq sahəsi, iddiaçı və cavabdeh tərəfindən hal-hazırda birgə istifadə edilən 0.3521 ha həyətyanı torpaq sahəsinin orta hissəsində yerləşir. İddiaçı və cavabdehə məxsus həyətyanı torpaq sahələrinin arasında qonşuluq sərhəddi (hasar, çəpər) olmadığından sənəd üzrə onların mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahələrinin koordinatlarına uyğun naturada istifadə edib-etməmələrini təyin etmək mümkün olmamışdır. Hal-hazırda mübahisəli həyətyanı torpaq sahəsi bütövlüklə 0.3521 hektardır. Qeyd: sənəd üzrə iddiaçının mülkiyyətinə verilmiş 0.1208 ha həyətyanı torpaq sahəsindən əlavə onun mülkiyyətinə verilmiş çıxarışa bitişik 0.05 ha torpaq sahəsindəndə istifadə edir. İş materiallarına əlavə olunmuş yerli baxış protokolundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəyə aydınlıq gətirilməsi üçün mühəndis Xəqani Süleymanovun iştirakı ilə yerli baxış keçirilmiş, cavabdehin həyətinin şimal hissəsindən keçən kəndarası yoldan ona məxsus həyətyanı torpaq sahəsinə şimal-qərb istiqamətdə 15.50 metr, cənub istiqamətdə yarımdairəvi xətt üzrə 47 metr olmaqla birləşdirilən sərhəd iddiaçı ilə cavabdehlər arasında olan sərhəddi təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə mütəxəsis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mütəxəsiss rəyində qeyd olunmuşdur ki, iddiaçı X8 və Cavabdeh2 arasında bağlanmış AN-İ No ******* saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X8 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ No ******* saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmçinin hər iki müqavilələrdən irəli gələn xx.xx.2021-ci il tarixli Əmlak bölgüsü barədə sazişlərə əsasən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda X3 mülkiyyəti kimi qeydiyyata alınmış Bərdə rayon Kərimbəyli kəndində yerləşən 0.1208 ha torpaq sahəsi, iddiaçı və cavabdeh tərəfindən halhazırda birgə istifadə edilən 0.3521 ha həyətyanı torpaq sahəsinin orta hissəsində yerləşir. İddiaçı və cavabdehə məxsus həyətyanı torpaq sahələrinin arasında qonşuluq sərhəddi (hasar, çəpər) olmadığından sənəd üzrə onların mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahələrinin koordinatlarına uyğun naturada istifadə edib-etməmələrini təyin etmək mümkün olmamışdır. Hal-hazırda mübahisəli həyətyanı torpaq sahəsi bütövlüklə 0.3521 hektardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X13 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Bərdə rayon Kərimbəyli kəndində yerləşən iddiaçı və cavabdeh tərəfindən halhazırda birgə istifadə edilən 0.3521 ha həyətyanı torpaq sahəsinin cavabdehin həyətinin şimal hissəsindən keçən kəndarası yoldan ona məxsus həyətyanı torpaq sahəsinə şimalqərb istiqamətdə 15.50 metr, cənub istiqamətdə yarımdairəvi xətt üzrə 47 metr olmaqla birləşdirilən sərhəd iddiaçı ilə cavabdehlər arasında olan sərhəddi təşkil etməsi nəzərə alınmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçı X5 hasarın hörülməsinə törədilən maneçiliklərinə son qoyulsun və hasarın hörülməsinə icazə verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçı X3 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar