Məhkəmə qərarları › İş №2(021)-1391/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1391/2023

14.02.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1391/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış 23 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs 06 dekabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarındn 09 sentyabr 2009-cu il təvəllüdlü X14, 09 iyul 2015-ci il təvəllüdlü X9, 04 oktyabr 2017-ci il təvəllüdlü X10 adlı üç övladları olmuşdur. Uzun müddət normal münasibətlərdə yaşadıqdan sonra onların aralarında olan münasibətlər pisləşməyə başlamışdır. Onların xasiyyətləri bir birinə uyğun gəlmir, aralarında tez-tez münaqişələr yaranır, nəhayət onlar faktiki olaraq ayrılmışlar, ər-arvad münasibətlərini kəsmişər. Aralarında olan münasibətlərin həll edilməi üçün mediasiya şurasına müraciət etmişdir, orada birgə nikahdan olan 09 sentyabr 2009-cu il təvəllüdlü X14, 09 iyul 2015-ci il təvəllüdlü X9 və 04 oktyabr 2017-ci il təvəllüdlü X10 adlı üç övladlarının onun himayəsin də qalmasına və hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat aliment onun xeyrinə tutulmasına dair razılığa gəlsələr də, mediasiya təşkilatının aralarında olan nikahın pozulmasına səlahiyyəti ollmadığından boşanmasının məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək ərizəsində göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə ərizəçinimn izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx xxxx 1991-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxx 1988-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 81 nömrəli, 25 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Mirzalıbəyli kəndində yaşayır və qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZ-İ 459208 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə X4 arasında nikah Bərdə Rayon Qeydiyyat Şöbəsində 06 dekabr 2008-ci il tarixdə, 769 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Vəliyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ 461318 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 09 sentyabr 2009-cu il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İİİ 584811 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 09 iyul 2015-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İV 026843 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 04 oktyabr 2017-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 23 yanvar 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, ikinci tərəf yəni Maraqlı şəxs birinci tərəf yəni Ərizəçi ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasına, üç azyaşlı övladlarının birinci tərəfin himayəsində saxlanılmasına və hər ayın 15-20 aralığında hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat aliment məbləğini ödəməyi öhdəsinə götürməsi və aralarında heç bir mübahisə olamamsı barədə razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 23 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində 06 dekabr 2008-ci il tarixdə, 769 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqları 09 sentyabr 2009-cu il təvəllüdlü X7, 09 iyul 2015-ci il təvəllüdlü X5, 04 oktyabr 2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat olmaqla ümumilikdə 300 manat məbləğində alimentin birinci tərəfə ödəməyi öz öhdəsinə götürməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 23 yanvar 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 23 yanvar 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar