Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1396/2023 16.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış 18 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2015-ci il tarixdə faktiki nikah münasibətinə daxil olmaqla evlənmişlər. Birgə yaşadıqları dövrdə 2 övladları, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə uzun müddətdir ayrı yaşayırlar. Münasibətləri uyğun gəlmədiyindən nikahlarını qoruyub saxlamaq və normal ər-arvad münasibətlərinə qaytarmaq mümkün deyildir. Birgə nikahdan olan övladları ərizəçinin yanında qalır. Aralarında olan münasibətlərin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişlər və orada onların arasında bağlanmış rəsmi nikahın pozulmasına, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı övladlarının onun himayəsində qalmasına, 2 uşağının saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat alimentin onun xeyrinə tutulmasına, həmçinin birgə nikahdan olan uşaqlarla hər həftənin şənbə və bazar günləri maraqlı şəxsin ünsiyyətdə olmasına heç bir maneçilik törətməyəcəyinə dair razılığa gəlsələr də mediasiya təşkilatının aralarında olan nikahın pozulmasına səlahiyyəti olmadığından boşanmanın məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən mediasiya prosesi nəticəsində bağlanmış 18 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci ildə doğulmuşdur. Bərdə rayon İHB-nin Bərdə şəhər İƏD-nin 288 saylı, 18 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi Bərdə şəhəri, Vaqif küçəsi 101 №-li evdə yaşayır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1987ci ildə doğulmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci ildə doğulmuşdur. xx.xx.2015-ci il tarixli AZ-İİ 018203 saylı Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Nikah haqqında Şəhadətnəmədən görünür ki, Maraqlı şəxs ilə X5 arasında nikah bağlanmışdır. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixli 65 saylı Aktda qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İbadov, arvada İbadova soyadları verilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 fevral 2015-ci il tarixli, AZ-İİİ 454491 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 dekabr 2014-cü il tarixdə Bərdə rayonunda doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçi olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 12 fevral 2015-ci il tarixdə 161 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 iyun 2016-cı il tarixli, AZ-İİİ 775836 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 12 aprel 2016-cı il tarixdə Bərdə rayonunda doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçi olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 07 iyun 2016-cı il tarixdə 206 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Mediasiya Şurasının 18 yanvar 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirmişdir ki, ikinci tərəf ilə 12 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı övladları olmuşdur. Birinci tərəf bildirmişdir ki, ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, övladlarının birinci tərəfin himayəsinə verilməsini və övladlarını saxlamaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat aliment məbləği təyin olunması təklifi edir. İkinci tərəf bildirmişdir ki, birinci tərəfin verdiyi təkliflə qismən razılaşır və hər həftənin şənbə və bazar günləri övladları ilə görüş verilməsini istəyir. İkinci tərəf, birinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasına razıdır. Azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını bildirdi və hər həftənin şənbə və bazar günləri övladları ilə görüş verilməsini, övladlarının saxlanılması üçün isə hər ay 100 manat olmaqla ümumilikdə 200 manat aliment ödəyəcəyini öz öhdəsinə götürür. Birinci tərəf bildirmişdir ki, övladlarının ikinci tərəf ilə görüşməsinə heç bir maneçilik törətməyəcəyini və həftənin istənilən vaxtı övladları ilə əlaqə saxlaya və ya görüşə biləcəyini bildirdi. Birinci tərəf hər ay 100 manat olmaqla ümumilikdə 200 manat aliment məbləğinə razılaşır. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 18 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 18 yanvar 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixli 65 saylı aktla qeydə alınmış rəsmi nikah pozulmalı, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı azyaşlı övladları Ərizəçi himayəsində saxlanılmalı və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat aliment məbləği Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməli, Maraqlı şəxs uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilməlidir, qətnamə alimentə dair hissədə dərhal icra edilməli və alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı gündən etibarən hesablanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 18 yanvar 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixli 65 saylı aktla qeydə alınmış rəsmi nikah pozulsun. xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı azyaşlı övladlar Ərizəçi himayəsində saxlanılsın və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat aliment məbləği Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Maraqlı şəxs uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Alimentin tutulma müddəti qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hesablansın. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1396/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1396/2023
16.02.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver