Məhkəmə qərarları › İş №2(021)-1408/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1408/2023

17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1408/2023 17.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3 və Ərizəçi6 nümyəndələri və vəkilləri X17 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3 və Ərizəçi6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN -308A, KOD 61008078 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi5, Ərizəçi4 və Ərizəçi6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi5, Ərizəçi4 və Ərizəçi6 məxsus Bərdə rayonu, Alaçadırlı kəndində 0,08 ha həyətyanı torpaq sahəsi vardır. Ərizəçilərə həmin torpağa dair JN -308A, KOD 61008078 saylı şəhadətnaməsi verilmişdir. JN -308A, KOD 61008078 saylı şəhadətnamədə Ərizəçi1 münasibətdə soyad texniki səhv olaraq "Yusifov" kimi, Ərizəçi3 münasibətdə soyad və ad texniki səhv olaraq "X3, Ərizəçi2 münasibətdə soyad "Yusifova" kimi, Ərizəçi5 münasibətdə soyad texniki səhv olaraq "Yusifov" kimi, Ərizəçi4 münasibətdə soyad texniki səhv olaraq "Yusifov" kimi, Ərizəçi6 münasibətdə soyad, ad texniki səhv olaraq "Yusifov Rəsul" kimi qeyd edilmişdir. Ərizəçilər torpağın mülkiyyətə verilməsinə dair JN -308A, KOD 61008078 saylı şəhadətnamədə düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişlər, həmin sənəddə düzəliş olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3 və Ərizəçi6 nümyəndələri və vəkilləri X25 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 xx.xx.1993-cü ildə Bərdə rayon Alaçadırlı kəndində anadan olmuşdur. Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1965-ci ildə Ermənistan, Əzizbəyov rayonunda anadan olmuşdur. Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA №1153053 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1967-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA №2008913 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA №1535752 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi6 xx.xx.2001-ci ildə Rusiya Federasiyası Kirovda anadan olmuşdur. Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İ-ЭЖ №845337 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1965-ci ildə Ermənistan, Əzizbəyov rayonunda anadan olmuşdur. X2 oğlu, anası X6r. İş materiallarına əlavə edilmiş AЭ №1258566 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1967-ci ildə Yevlax rayonunda anadan olmuşdur. X4 oğlu, anası X14r. İş materiallarına əlavə edilmiş XVİİİ-ЖГ №384756 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi4 xx.xx.1994-cü ildə anadan olmuşdur. X5 oğlu, anası Ərizəçi2dır. İş materiallarına əlavə edilmiş XVİİİ-ЖГ №325856 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi5 xx.xx.1993-cü ildə Bərdə rayon Alaçadırlı kəndində anadan olmuşdur. X5 oğlu, anası Ərizəçi2dır. İş materiallarına əlavə edilmiş İ-ЭЖ №070362 nömrəli Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1970-ci ildə Bərdə rayon Alaçadırlı kəndində anadan olmuşdur. X2 oğlu, anası X6r. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-308A KOD- 61008078 saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi Bərdə rayon Alaçadırlı kənd sakinləri X11, X7, X9, X12, X20 və X21 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair JN-308A saylı Şəhadətnamədə səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-308A KOD-61008078 saylı Şəhadətnamədə yanlışlıq olaraq mülkiyyətçilər- Ərizəçi1 soyadı “X19”, Ərizəçi2 soyadı və ata adı “X15”, Ərizəçi5 soyadı “X22”, Ərizəçi4 soyadı “X26”, Ərizəçi3 adı, soyadı və cinsi “X13” və Ərizəçi6 soyadı və adı “X27” kimi qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-308A KOD-61008078 saylı Şəhadətnamədəki– X19, X15, X22, X26, “X13” və X27 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3 və Ərizəçi6 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-308A KOD-61008078 saylı X1, X15, X22, X26, “X13” və X27 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3 və Ərizəçi6 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-308A KOD-61008078 saylı Şəhadətnamədə qeyd olunmuş X19, X15, X22, X26, “X13” və X27 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3 və Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar