Məhkəmə qərarları › İş №2(021)-1411/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1411/2022

08.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1411/2022 08.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağın Mülkiyyət Hüququna dair Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən 06 yanvar 2015-ci il tarixdə 803/A saylı A 183286 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin onala məxsus olması X6, soyadı, adı və ata adının X3 qeyd olunmaqla, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə Rayon Aqrar islahat Komissiyasının 31 iyul 2006-cı il tarixli, 06 saylı qərarı ilə mərhum atası X8 ünvan 1 ünvanında fərdi yaşayış evi tikmək üçün 635.96 km torpaq sahəsi verilmişdir, bu barədə A 200280 saylı Torpağın mülkiyyət hüququna dair torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sözügedən torpaq sahəsinin planı və ölçüsündə məruh atasının ata da yanlış olaraq “Firuz” kimi qeyd olunmuşdur. Mərhum atasına məxsus bütün sənədlərdə o cümlədən ölüm haqqında şəhadətnamədə ad, soyad və ata adı düzgün olaraq “X27” oğlu kimi qeyd olunmuşdur. Bərdə rayonu Aqrar İstehsalat Komissiyasının 31 iyul 2006-cı il tarixli, 06 saylı qərarı ilə verilmiş A200280 saylı Torpağı Mülkiyyət Hüququna dair Torpaq sahəsinin planı və ölçüsündə müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsələr də, sözügedən qurumdan cavab verilmişdir ki, məhkəməyə müraciət etməlidirlər. Torpağın Mülkiyyət Hüququna Dair Torpaq sahəsinin planı və ölçüsündə olan addakı uyğunsuzluğu başqa cür aradan aqaldıra bilmir. Göstərilən xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, Bərdə rayonu Aqrar İstehsalar Komissiyasının 31 iyul 2006-cı il tarixli, 06 saylı qərarı əsasında verilmiş A200280 sayl Torpağın Mülkiyyət Hüququna dair Torpaq Sahəsinin planı və ölçüsündə qeyd edilən” X26” oğlunun soyadı, adı və ata adının X3 qeyd olunmaqla hüquqməyyənedici sənədlərin atasına məxsus olma faktının müəyyən eilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərdi ki, Ərizəçi əmisidir. X1 adına verilmiş torpaq shənədində ata adı səhv olaraq Firuz qeyd edilmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X22 izahatında göstərdi ki, ərizəçii Ərizəçi ilə əmi nəvəsidirlər. Calalın atasının adına verilmiş torpaq sənədində babasının adı səhv qeyd edilmişdir. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, həyətyanı torpaq sahəsinin A 200280 saylı plan və ölçü sənədindən müəyyən olunur ki, X6 adına verilmişdir. İş materiallarına əlavə edilmiş 15 dekabr 2021-ci il tarixli, 1683-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X12 29 sentyabr 1989-cu ildə ölmüşdür. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1956-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 09301428 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 15 avqust 1961-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 03226415 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X18 01 iyul 1944-cü ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 318 saylı, 14 dekabr 2021-ci il tarixli arxiv arayşından müəyyən olunur ki, Bərdə Rayon Dövlət Arxivində 73 saylı fondda mühafizə olunan Bərdə rayonu, Kələntərli kənd ZDS İK-nin Alaçadırlı kəndi üzrə 1960- 1962-ci illərə aid 7 saylı təsərrüfatbaşına kitabın 253 saylı şəxsi hesabına əsasən, X7 adına torpağın 1960-1961-ci illərdə 014 olduğu, 1962-ci ildə 008 olduğu, yaşayış evinin 1956-cı ildə çiy kərpicdən tikildiyi qeyd olunub. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1594 nömrəli, 28 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 şəhəri C.Cabbarlı küçəsi 24-saylı evdə yaşayır, səhv olaraq torpaq sahəsinin planı və ölçüsü sənədində X13 yazılmışdır. İş materiallarında olan 295787 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə X14 13 oktyabr 1961-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Fərəcova soyadı verilmişdir. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2761 nömrəli, 16 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 şəhəri, C.Cabbarlı küçəsi 24 nömrəli evdə yaşayıb, ailə üzvləri X10, Ərizəçi, X5, X15 və X11 olmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********86 nömrəli 04 mart 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi X16 A 200280 nömrəli Plan və ölçü sənədində səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, A 200280 nömrəli Plan və ölçü sənədinin X9 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X6 adına verilmiş A 200280 nömrəli Plan və ölçü sənədinin X9 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6 adına verilmiş A 200280 nömrəli Plan və ölçü sənədinin X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar