Məhkəmə qərarları › İş №2(021)-1415/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1415/2023

27.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1415/2023 27.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı* cavabdehlər Cavabdeh və X4 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və vərəsəlik paylarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı* cavabdehlər Cavabdeh və X4 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh tərəfindən əldə edilmiş V-451/*0** saylı, 06.06.*0**-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və onun doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsinə və miras əmlakı olaraq mərhum anaları X* qalan, Bərdə rayonu Həzi Aslanov küçəsi döngə * ev 4 ünvanında yerləşən, ümumi sahəsi 67.3 kv.m, torpaq sahəsinin ölçüsü 0.0388 h olan fərdi yaşayış evi ilə bağlı vərəsəlik paylarının müəyyən olunmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, məhkəmə iclasının vaxtı barədə bildirişi tərəflər şəxsən qəbul etmişlər. Buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *59.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin *60.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in *59, *60, *63-*64, *67-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı* cavabdehlər Cavabdeh və X4 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və vərəsəlik paylarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar