Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1434/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qzının iştirakları ilə, Ərizəçilər Ərizəçi1 Maarif oğlunun və Ərizəçi2 Maarif qızının sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 Maarif oğlu və Ərizəçi2 Maarif qızı ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 61013038 JN 0005 saylı Dövlət aktında qeyd olunmuş mülkiyyətçi “X6 münasibətdə Ərizəçi1 Maarif oğluna və “X2 münasibətdə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 Maarif oğlu və Ərizəçi2 Maarif qızı ərizələrini onunla əsaslandırmışlar ki, onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə 3,61 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair KOD 61013038 JN 0005 saylı Dövlət aktı verilmiş və həmin torpaq sahəsi hazırda onların mülkiyyətlərindədir. Buna baxmayaraq onlara dövlət aktı verilərkən səhvən dövlət aktında Ərizəçi2 soyadı “Ağayeva” əvəzinə “Nağıyeva”, Ərizəçi1 adı “Səffayi” əvəzinə “Səffan” kimi yazılmışdır. Onlar bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsinə müraciət etmələrinə baxmayaraq orada onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Onlar da məcbur olub ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maarif qızı ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid Nağıyev Maarif Sarı oğlu izahatında göstərdi ki, ərizəçilər onun övladlarıdır, mülkiyyətlərinə verilmiş pay torpaq sahəsinin dövlət aktında oğlu Səffayinin adı Səffan, qızı Aynurənin soyadı isə səhfən Nağıyeva yazılmışdır. Məhkəmə iclasında şahidlər X4 və X9 şahid X7 izahatında uyğun izahat verdilər. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 61013038 JN 0005 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarına əsasən Bərdə rayonu Tağılar kənd sakinləri Ərizəçi1 və Ərizəçi2 mülkiyyətinə 3,61 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********93 nömrəli 19 mart 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 JN-0005 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair KOD 61013038 JN 0005 saylı Dövlət aktının Ərizəçi1n, Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X5, X1 adına verilmiş Torpağa mülkiyyət hüququna dair KOD 61013038 JN 0005 saylı Dövlət aktının Ərizəçi1, Ağayeva Aynurə Maarif qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X5, X1 adına verilmiş Torpağa mülkiyyət hüququna dair KOD 61013038 JN 0005 saylı Dövlət Ərizəçi1, Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1434/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1434/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver