Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1453/2023 15.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı X* cavabdeh X3 qarşı “nikahın pozulması və uşaqların himayədə saxlanılması ” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X2 cavabdeh X3 qarşı “nikahın pozulması və uşaqların himayədə saxlanılması ” tələbinə dar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və sənədlərdən görünür ki, iddiaçı X2 mediasiyaya müraciət etmiş, mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli məqsədi ilə barışıq sazişi bağlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə “nikahın pozulması və uşaqların himayədə saxlanılması ” tələbi ilə deyil, barışıq sazişinin könüllü icrasından imtina olunduğu təqdirdə, məhkəməyə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin *5*.*-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinə əlavə olunmuş barışıq sazişindən görünür ki, iddiaçı mediasiya prosesi nəticəsində *3 fevral 2023-cü il tarixdə bağlanılmış barışıq sazişinin imzalandığı gündən könüllü şəkildə icra olunması üçün müəyyən olunmuş müddət bitmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.*-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən *0 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.*-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. MPM-nin 305.*.*7-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-nin *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. MPM-nin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı X* cavabdeh X3 qarşı “nikahın pozulması və uşaqların himayədə saxlanılması ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin *49- *52-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X* cavabdeh X3 qarşı “nikahın pozulması və uşaqların himayədə saxlanılması ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X2 tərəfindən ödənilmiş dövlət rüsumu 40 manat iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1453/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1453/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver