Məhkəmə qərarları › İş №2(021)-1455/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1455/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1455/2022 06.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə və Bərdə rayon Bərdə Bələdiyyəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ” barədə ərizəsinə baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışın və torpaq sahəsinin icarəyə verilməsi haqqında 31.05.2007-ci il tarixli müqavilənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, hazırkı ərizənin məhkəmənin icraata qəbul olunmasından imtina olunmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil, belə ki, ərizəyə əlavə olunmuş torpaq sahəsinin icarəyə verilməsi haqqında 31.05.2007-ci il tarixli müqavilə X1 və Bərdə bələdiyyəsi arasında bağlanmışdır.Məhkəmə hesab edir ki,ərizəçi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə mövcud uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq bələdiyyə orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə və Bərdə rayon Bərdə Bələdiyyəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməli, həmçinin ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 151-153-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi Ərizəçi qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi idarəsinə və Bərdə rayon Bərdə Bələdiyyəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar