Məhkəmə qərarları › İş №2(021)-1467/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1467/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1467/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 qzınının, Ərizəçi3 və Ərizəçi4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-090A KOD 61023018 olan və JN 090B KOD 61023018 olan şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 qzını, Ərizəçi3 və Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1999-cu il tarixli 09 saylı qərarına əsasən onlara ailə üzvləri ilə birlikdə torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-090A KOD 61023018 olan və JN 090B KOD 61023018 olan şəhadətnamələr də almışlar. Həmin dövlət aktında soyadlarında səhvlik olmuşdur. Soyadları Ərizəçi1 olduğu halda səhvən X21, Ərizəçi2 olduğu halda səhvən X18, Ərizəçi3 olduğu halda səhvən X19, Ərizəçi4 olduğu halda səhvən X1 qeyd edilib. Dövlət aktında olan səhvin düzəldilməsi üçün maraqlı şəxsə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Odur ki, JN-090A KOD 61023018 olan və JN 090B KOD 61023018 olan şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçil Ərizəçi3 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 qzınına, Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, ərizəçilərin qohumudur. Bir birlərini yaxşı tanıyırlar, onların soyadı Ağayev olsa da dövlət aktında və torpaq şəhadətnaməsində Alıyev yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X22 ərizəçilərin qohumudur. Onların soyadları Ağayevdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərinfən verilmiş 274 nömrəli, 18 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, adları səhv yazılmış X21, X18, X19, X11, Ərizəçi1 və Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 eyni şəxslərdir İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-090B KOD 61023018 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Şirvanllı kənd sakinləri X12, X13, X5, X9, X3 və X2 mülkiyyətinə 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-090B KOD 61023018 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Şirvanllı kənd sakinləri X12, X13, X5, X9, X3 və X2 mülkiyyətinə 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-090A KOD 61023018 şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Şirvanllı kənd sakinləri X12, X13,X5, X9, X3 və X2 mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZE 09314191 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X23 19 iyun 1962-cu il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1943-cü ildə Bərdə rayonu, Şirvanlı kəndində doğulmuş, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1972-ci ildə Bərdə rayonu, Şirvanlı kəndində doğulmuş, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxxx 1978-ci ildə Bərdə rayonu, Ağdam rayonu, Seyidli kəndində doğulmuş, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxx 1974-cü il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X24 10 noaybr 1967-ci il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 09301269 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 27 avqust 1972-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş VŞ JQ 454331 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin sürətindən görünür ki, X24 ilə X10 21 noyabr 1997-ci ildə 27 nömrəli nikah akt qeydi bağlamışlar, nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan İ-İE 421887 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx xxxxxx 1943-cü ildə doğulmuşdur, atası X20, anası X15r. İş materiallarında olan İİ-JQ 401582 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxx 1974-cü ildə doğulmuşdur, atası X25, anası Ərizəçi1dır. İş materiallarında olan Vİ-JQ 309606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx xxxxxxx 1978-ci ildə doğulmuşdur, atası Əkbərov Vaqif, anası X6r. İş materiallarında olan AZ-14041911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 10 noyabr 1967-ci ildə doğulmuşdur, atası X25, anası Ərizəçi1dır. İş mteriallarında olan İ-JQ 318106 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1972-ci idə doğulmuşdur, atası X25, anası Ərizəçi1dır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********9 nömrəli 01 aprel 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 ağa qızı JN 090A və JN - 090B nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-090A KOD 61023018 olan və JN 090B KOD 61023018 oan şəhadətnamələrin Ərizəçi1, X16,Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X12, X12, X5, X7, X3 adına verilmiş JN-090A KOD 61023018 olan və JN 090B KOD 61023018 oan şəhadətnamələrin Ərizəçi1, X16,Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X12, X8, X5, X7 və X3 adına verilmiş JN-090A KOD 61023018 olan və JN 090B KOD 61023018 olan şəhadətnamənin Ərizəçi1, X16, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun ƏhmədovZ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar