Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1468/2022 08.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X8 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X3, X23, Cavabdeh2, Cavabdeh3, X12, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınaraq miras payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum X6ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin 0,04 ha hissəsi olan həyətyanı torpaq sahəsinin onun və anası X9, qardaşı Cavabdeh1, bacısı X19 vərəsəlik hüquqlarının tanınması, həmin miras əmlaklardan qanun üzrə vərəsəlik qaydasında vərəsələrə düşən payların müəyyən edilib verilməsi və miras əmlakların vərəsələr arasında natura qaydasında bölünməsi və bölünmüş paylara mülkiyyət hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X6nun mülkiyyətində olmuşdur. X6 14 fevral 2021-ci ildə vəfat etmiş və onun vəfatından sonra birinci növbə vərəsə olaraq o, X1, bacısı X29 və qardaşı Cavabdeh1 qalmışdır. Digər qardaşı X25 2020-ci il dekabr ayında vəfat etmişdir. Atasından miras qalmış evdən faktiki olaraq özü istifadə etməyə başlamışdır. Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinə miras qalmış evin ona düşən payının onun adına rəsmiləşdirilməsi üçün müraciət etsə də, notariat ofisi atasından miras qalmış evin mirasın bölüşdürülməsi ilə bağlı ixtilafların olduğundan mübahisənin məhkəməyə aid olduğunu bildirərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və bunula bağlı müvafiq rayon məhkəməsinə müraciət etməsini bildirilmişdir. Buna görə də, rayon məhkəməsinə müraciət etməli olmuşdur. X1 xx.xx.2021-ci il tarixdə Bərdə regional "ASAN xidmət" notariat ofisinə ərizə ilə müraciət edərək miras qalmış əmlakdan vərəsəlik qaydasında ona çatan paydan onun xeyrinə imtina etmişdir. Bundan başqa bacısı X7 Federasiyasının vətəndaşı olaraq miras paydan imtina edir və onun xeyrinə mirasdan imtina barədə ərizə yazıb göndərmişdir. Digər mərhum qardaşı Həmzə Məhərrəmovun vərəsələri atam Məhərrəm Məhərrəmovdan miras qalmış evdən onun xeyrinə imtina edirlər. Ancaq digər qardaşı Cavabdeh1 miras qalmış evdən öz payını tələb edir. Buna görə də, aralarında razılıq əldə olunmur və qardaşı Cavabdeh1la aralarında mübahisə yarandığından məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yuxarıda sadaladıqlarına əsasən X6ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin 0,04 ha hissəsi olan həyətyanı torpaq sahəsinin onun və anası X9, qardaşı Cavabdeh1, bacısı X19 vərəsəlik hüquqlarının tanınması, həmin miras əmlaklardan qanun üzrə vərəsəlik qaydasında vərəsələrə düşən payların müəyyən edilib verilməsi və miras əmlakların vərəsələr arasında natura qaydasında bölünməsi və bölünmüş paylara mülkiyyət hüququnun verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək mərhum X6ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin 0,04 ha hissəsi olan həyətyanı torpaq sahəsinin onun və X1, qardaşı Cavabdeh1, bacısı X19 vərəsəlik hüquqlarının tanınması, həmin miras əmlaklardan qanun üzrə vərəsəlik qaydasında düşən payların müəyyən edilib verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X17 iddianı qəbul edərək göstərmişdir ki, mərhum qaynX6ndan miras qalmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin 0,04 ha hissəsi olan həyətyanı torpaq sahəsindən mərhum əri Həmzə Məhərrəmova düşən payını tələb edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, mərhum babası X13 miras qalmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin 0,04 ha hissəsi olan həyətyanı torpaq sahəsindən mərhum atası Həmzə Məhərrəmova düşən payını tələb edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək göstərmişdir ki, mərhum babası X13 miras qalmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin 0,04 ha hissəsi olan həyətyanı torpaq sahəsindən mərhum atası Həmzə Məhərrəmova düşən payını tələb edir. Cavabdehlər Cavabdeh1, X23 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, X19 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 18,2 kv.m, yardımçı sahəsi 60,7 kv.m, ümumi sahəsi 78,9 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X14 adına qeydə alınmışdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli AZ-İİ 152322 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 14 fevral 2021-ci ildə ölmüşdür. İş materiallarında olan 19 aprel 1966-cı il tarixli İ-ИЕ 488901 saylı evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 və X15 19 aprel 1966-cı ildə rəsmi nikah qeydiyyatınından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Məhərrəmova soyadı verilmişdir. İş materiallarından müəyyən olunur ki, miras əmlak mərhum X21 Məhərrəmovanın birgə nikahları dövründə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ona görə də ünvan 1 saylı evin və evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin yarısına X2 payı tanınmalıdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 1967-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X24, ana qrafasında anası kimi X5 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X26 05 avqust 1970-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X24, ana qrafasında anası kimi X5 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X25 25 dekabr 1968-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X24, ana qrafasında anası kimi X5 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X25 04 dekabr 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X25 və X27 22 avqust 1994-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Məhərrəmova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 22 avqust 1995-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X25, ana qrafasında anası kimi X17 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh3 xx xxxx 1996-cı ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X25, ana qrafasında anası kimi X17 qeyd edilmişdir. İş materiallarında olan X19 notarial qaydada təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, X29 vətəndaş X24 vəfat etdikdən sonra qalan mirasdan ona düşən paydan vərəsəlik üzrə bütün əsaslarla, onun oğlu İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan X2 notarial qaydada təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, X5 14 fevral 2021-ci ildə vəfat etmiş əri X14 vəfatından sonra qalmış miras əmlakdan vərəsəlik qaydasında ona çatası paydan oğlu İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 376/2022 saylı 19 fevral 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, sonuncuya müvaiq rayon məhkəməsinə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 18,2 kv.m yaşayış, 60,7 kv.m köməkçi, 78,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X14 mülkiyyətində olmuş, sonuncu 14 fevral 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum atası Məhərrəm Məhərrəmovun 1-ci növbəli vərəsəsi kimi, atasından miras qalmış fərdi yaşayış evinin vərəsələr arasında paylarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndində qeyd edilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddədinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Bu Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağrıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məhkəmə göstərilən maddələrin tələblərinə əsasən hesab edir ki, X24 öldüyündən və sonuncunun ölümündən sonra 5 nəfər vərəsəsi qaldığından, həmin vərəsələrdən X25 vəfat etdiyindən, ünvan 1-da 0,04 ha torpaq sahəsində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında X14 mülkiyyətində olmuş fərdi yaşayış evinin X10 ilə birgə nikah dövründə əldə etmələri nəzərə alınaraq qeyd olunan miras əmlakın 6/10 hissəsinə X4, 1\10 hissəsinə İddiaçı, 1/10 hissəsinə Cavabdeh1, 1/10 hissəsinə X19, 1/10 hissəsinə X16 vərəsələri X11, Cavabdeh2 və Cavabdeh3 bərabər paylarla vərəsəlik hüquqları tanınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3, X23, Cavabdeh2, Cavabdeh3, X12, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınaraq miras payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı çıxarışa əsasən X14 mülkiyyətində olmuş, ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 18,2 kv.m yaşayış, 60,7 kv.m köməkçi, 78,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 6/10 hissəsinə X2, 1\10 hissəsinə İddiaçı, 1/10 hissəsinə Cavabdeh1, 1/10 hissəsinə X19, 1/10 hissəsinə X16 vərəsələri X11, Cavabdeh2 və Cavabdeh3 bərabər paylarla vərəsəlik hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1468/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1468/2022
08.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver