Məhkəmə qərarları › İş №2(021)-147/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-147/2025

05.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-147/2025 05.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X6 iclas kаtibliyi, İddiaçı, iddiaçı X7 nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh4 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «Miras qalmış evin vərəsələr arasında bölünməsi və paylarının müəyyənləşdirilib naturada tanınması» tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X8 miras qalmış ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin vərəsələr arasında bölünməsi və paylarının müəyyənləşdirilib naturada tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, həyat yoldaşı X9 xüsusi mülkiyyətində ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinə xx.xx.2011-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış Seriya MA № ******* saylı çıxarış da verilmişdir. Həyat yoldaşı Məmməd Bəylərov 26 avqust 2017-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra həmin fərdi yaşayış evini rəsmi olaraq o istifadə etmişdir. Onun 5 övladı var. X1 19 sentyabr 2012-ci ildə vəfat etmişdir. 3 qız övladları isə ailə həyatı qurub və ayrı yaşayırlar. Mərhum həyat yoldaşı vəfat etdikdən sonra o, nəvələri ilə birlikdə həmin evdə yaşamışdır. Hazırda o sözügedən fərdi yaşayış evini satmaq istəyir. Lakin, cavabdeh övladı Cavabdeh1 həmin evin satılmasına etiraz edir və öz narazıçılığını bildirir. Hazırda övladı onu evdən çıxardıbdır və onun yaşamağına maneçilik törədir. Cavabdeh onunla birlikdə evin satılması ilə bağlı notariat ofisinə gəlməkdən və imza etməkdən imtina edir. Müraciəti əsasında ona 27 fevral 2024-cü il tarixdə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra müraciəti əsasında ona 28 fevral 2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən X9 vərəsələrindən biri oğlu X19 olduğu üçün və oğlu xx.xx.2012-ci il tarixdə vəfat etdiyindən onun vərəsələri X24 və X22 olur. Vərəsələri Azər və Nigar olduğu üçün oğlunun payına düşən hissə övladlarına verilmişdir. Bunun üçün də miras payı 2/12 hissədə açıq saxlanılmışdır. 28 fevral 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 miras payının 4/12 hissəsinə vərəsəlik şəhadətnaməsi verilmişdir. Lakin, oğlu payını götürərək payına çıxarış almadığı üçün onun digər payı açıq qalır və o payına çıxarış ala bilmir. Hazırda fərdi yaşayış evinin vərəsələr arasında bölünməsi və paylarının müəyyənləşdirilib naturada tanınmasına dair məhkəmə qətnaməsinə ehtiyac var. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul edərək ataları X8 miras qalmış miras əmlakın naturada ayrılmasına etiraz etmədiyini bildirdi. Məhkəm iclasında Cavabdeh2 iddia tələbini müdafiə edərək miras əmlakın naturada ayrılmasına etiraz etmədiyini dildirdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, mülki iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Hazırda iddiaçı və digər cavabdehlə mübahisəli evə çəkilmiş xərcin ödənilməsi tələbinə dair mülki iş vardır. Həmin mülki iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Odur ki, hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh3 müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Cavabdeh4 xx.xx.1973-cü ildə doğulmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1977-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Təbriz küçəsi ev 47-də qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1979-cu ildə Bərdə şəhərində anadan olmuş, Ağdam şəhəri S.Vurğun küçəsi ev 48də qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1952-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuş, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi məh1 ev 2-də qeydiyyatdadır. Bərdə rayon Zaqs Bürosu (Qeydiyyat Şöbəsi) tərəfindən verilmiş AZ141993 nömrəli, 18 iyul 1970-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 və X14 18 iyul 1970-ci ildə nikah bağlamışlar. Bu barədə nikah akt qeydləri kitabında 18 iyul 1970-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, İ- AZİİ401179 nömrəli arayışdan görünür ki, Cavabdeh4 xx.xx.1973-cü ildə anadan olmuş, atası X17, anası İddiaçı olmaqla bu barədə xx.xx.1974-cü ildə 12 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, İ-AZİ 302287 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1974-cü ildə anadan olmuş, atası X17, anası İddiaçı olmaqla bu barədə xx.xx.1974-cü ildə 427 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, İ- AZİİ293977 nömrəli arayışdan görünür ki, X15 xx.xx.1977-ci ildə anadan olmuş, atası X17, anası İddiaçı olmaqla bu barədə xx.xx.1977-ci ildə 289 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, AZİ556686 nömrəli arayışdan görünür ki, X19 19 sentyabr 2012-ci ildə ölmüşdür, bu barədə xx.xx.2012-ci il tarixdə 262 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ885171 nömrəli, 29 avqust 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 26 avqust 2017-ci ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 avqust 2017ci il tarixli 178 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0, 05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 295.9 kv.metrdən, yaşayış sahəsi 140. 6 kv. metr, yardımçı sahəsi 155.3 kv. metr olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə tam mülkiyyət hüququ ilə X9 adına olmaqla xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26 avqust 2017-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlak xx.xx.2011-ci il tarixdə X11 verilmiş **********19-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində ½ ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 295.9 kv. metr, yaşayış sahəsi 140.6 kv. metr yardımçı sahəsi 155.3 kv. metr 5 otaqlı fərdi yaşayış evindən və xx.xx.2011-ci il tarixdə X12 verilmiş **********19-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha torpaq sahəsindən ibarətdir. X9 vərəsəsi İddiaçı olmaqla miras qalmış əmlakdan 1/3 hissədə pay almalıdır. Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26 avqust 2017-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlak xx.xx.2011-ci il tarixdə X11 verilmiş **********19-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində ½ ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 295.9 kv. metr, yaşayış sahəsi 140.6 kv. metr yardımçı sahəsi 155.3 kv. metr 5 otaqlı fərdi yaşayış evindən və xx.xx.2011-ci il tarixdə X11 verilmiş **********19-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha torpaq sahəsindən ibarətdir. X9 vərəsəsi İddiaçı olmaqla miras qalmış əmlakdan 2/12 hissədə pay almalıdır.Əmlakın ½ hissəsinə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Miras payın 4/12 hissəsi açıq saxlanılır. Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli ər arvadın ümumi əmlakdakı paya sağ qalmış ər-arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 avqust 2017-ci il tarixdə vəfat etmiş. X3 qalmış əri(arvadı) Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 2-də qeydiyyatda olan İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi əmlakı X8 miras qalmış əmlak xx.xx.2011-ci il tarixdə X11 verilmiş **********19-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində ½ ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 295.9 kv. metr, yaşayış sahəsi 140.6 kv. metr yardımçı sahəsi 155.3 kv. metr 5 otaqlı fərdi yaşayış evindən və xx.xx.2011-ci il tarixdə X12 verilmiş **********19-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha torpaq sahəsindən ibarətdir. O cümlədən ölmüş ərin( arvadın) ümumi əmlakdan payı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. O cümlədən ğlmüş ərin ( arvadın) ümumi əmlakdan payı ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin ½ hissəsindən ibarətdir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadatsrı və reyestri Publik hüquqi şəxsi 7 saylı ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlak üzərində hüquqıarın dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, fərdi yaşayış evinə idarənin mütəxxəssisi tərəfindən baxış keçirilən zaman mübahisə olduğu müşahidə olunmuş və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də ərizənin icrasından imtina olunur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməri Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın texniki pasportundan görünür ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi üev ½-də yerləşən fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26 avqust 2017-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlak xx.xx.2011-ci il tarixdə X11 verilmiş **********19-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində ½ ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 295.9 kv. metr, yaşayış sahəsi 140.6 kv. metr yardımçı sahəsi 155.3 kv. metr 5 otaqlı fərdi yaşayış evindən və xx.xx.2011-ci il tarixdə X11 verilmiş **********19-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha torpaq sahəsindən ibarətdir. X9 vərəsəsi Cavabdeh1 olmaqla miras qalmış əmlakdan 2/12 hissədə pay almalıdır.Əmlakın ½ hissəinə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.Miras payın 4/12 hissəsinə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26 avqust 2017-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlak xx.xx.2011-ci il tarixdə X11 verilmiş **********19-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində ½ ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 295.9 kv. metr, yaşayış sahəsi 140.6 kv. metr yardımçı sahəsi 155.3 kv. metr 5 otaqlı fərdi yaşayış evindən və xx.xx.2011-ci il tarixdə X12 verilmiş **********19-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha torpaq sahəsindən ibarətdir. X9 vərəsəsi oğlu X19 olmuş, lakin onun xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras payın 2/12 hissəsi oğlu X20 və X2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli, 10/7642 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan torpaq sahəsi və fərdi yaşayış evin faktiki yerləşmə vəziyyətini nəzərə almaqla, ünvan 3 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 259, 9 kv. metr olan 2 mərtəbəli fərdi yaşayış evinin İddiaçı 8/12 hissədə, 2/12 hissədə X35 qızı və X18, 2/12 hissədə açıq saxlanılmaqla paylar üzrə təcrid mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2.,2,4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti Texniki X4 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «Miras qalmış evin vərəsələr arasında bölünməsi və paylarının müəyyənləşdirilib naturada tanınması» tələbinə dаir İş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli, 10/4539 nömrəli ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi 1/6 hissəs, torpaq sahəsi 1/36 hissə X16, və fərdi yaşayış evi 5/6 hissə, torpaq sahəsi 35/36 hissə X10 mülkiyyətində olan Bərdə rayonu Şərəfli kəndində yerləşən yaşayış evinin və 0,23 ha torpaq səhasənin paylarına münasib olaraq təcrid şəkildə naturada bölünməsinin İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1.,2.2, 2,4və 2,9 bəndlərində göstərilən və məhkəmə tikinti texniki eksertizasının həlli metodalarında “yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müyyən edilmişdir. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 220.5. qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə119.1-ci məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçı və cavabdehlər arasında paylar üzrə bölünmüşdür. Məhkəmə miras qalmış əmlakın naturada bölünməsinin mümkünlüyü məsələsi ilə bağlı qeyd edir ki, həmin mübahisənin həll olunması məqsədilə iş üzrə tikinti –texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli, 10/7642 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan torpaq sahəsi və fərdi yaşayış evin faktiki yerləşmə vəziyyətini nəzərə almaqla, ünvan 3 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 259, 9 kv. metr olan 2 mərtəbəli fərdi yaşayış evinin İddiaçı 8/12 hissədə, 2/12 hissədə X35 qızı və X18, 2/12 hissədə açıq saxlanılmaqla paylar üzrə təcrid mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2.,2,4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti Texniki X4 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Göründüyü kimi, iddiaçı və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi mümkün deyil. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «Miras qalmış evin vərəsələr arasında bölünməsi və paylarının müəyyənləşdirilib naturada tanınması» tələbinə dаir iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar