Məhkəmə qərarları › İş №2(021)-1474/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1474/2021

26.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1474/2021 26.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı İddiaçı Yaqub oğlunun, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Seyidov Mirumud Mirtam oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə, "xxxx" İKB ASC-nin Bərdə rayon İcra və probasiya Şönəsinə qarşı Hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Salahov Teymur Yaqub oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-nə, "xxxx" İKB ASC-nin Bərdə rayon İcra və Probasiya Şöbəsinə qarşı ona məxsus Bərdə rayonu, Hacallı kəndində olan 0.62 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 132,4 kv m, 3 otaqlı fərdi yaşayış evinin "xxxx" ASC-yə satılması barədə Bərdə rayon İcra və probasiya Şöbəsinin qərarı, hərracın nəticələri haqqında Y-49/2 saylı yekun protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin (021)-161/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən ondan cəmi 16.682,18 manat məbləğində kredit borcu, 30 manat dövlət rüsumu və xidmət haqqı kimi 30 manat məbləğində pul alınaraq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi və tutmanın ipoteka ilə yekle dilmiş mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bundan sonra icra sənədi Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh3 23 aprel 2020-ci il tarixli 7247/10 saylı sifariş məktubu əsasında ipoteka ilə yüklü edilmiş açıq hərracda satılması göstərilmişdir və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” tərəfindən mülkiyyətində olan Bərdə rayonu Hacallı kədnində olan 0,62 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 132,4 kv.m 3 otaqlı fərdi yaşayış evi 25.000 manat məbləğində qiymətləndirilmişdir. Əmlakın hərracda satılmış son qiyməti isə 15.938 manata təyin edilmiş, "xxxx" ASC əmlakı 15.938 manata almışdır. Göstərilənlərə əsasən hesab edir ki, mülkiyyətində olan evin hərraca çıxarılması, bununla bağlı N Y-49/2 saylı yekun protokolun çıxarılması və aşağı qiymətləndirilməsi qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Bu günədək onlara aydın edyildir ki, onlara məxsus evin 15.938 manat dəyirində qiymətləndirilməsi hansı qiymətləndirici tərəfindən həyata keçirilib, eləcə də ipoteka qoyulmuş fərdi yaşayış evinə yerində baxış keçirilmədən hansı meyarlar əsasında evlərə qiymət qoyulması onlar üçün müəmmalıdır. Qeyd edirlər ki, onların ipoteka qoyulmuş ev manatın dəyərinin ABŞ dollarına nisbətdən əhəmiyyətli dərəcədə develzasiyaya məruz qalması ilə əlaqədar həmin evin qiyməti 15.938 manat yox ən azı 100.000 manat olar. Hesab edirlər ki, evimizin orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, “Qiymətləndirmə fəaliyyə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır.” Xəbəri olmadan fərdi yaşayış evinin qiymətləndirilməsi, həracca çıxarılması və hazırki və hazırki iş üzrə Cavabdeh2 ASC tərəfindən alınması qanun pozuntusudur. Pandemiya ilə əlaqədar o hərrac mərkəzinə gedə bilməmiş və bu səbəblə onun evi aşağı qiymətdə qiymətləndirilmiş və satılmışdır. Hesab edir ki, fərdi yaşayış evi aşağı qiymətdə qiymətləndirilmiş və satılmışdır. O hesab edir ki, fərdi yaşayış evi aşağı qiymətdə satışa çıxarılması onlara məxsus olan Bərdə rayonu Hacallı kəndində olna 0.62 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 132.4 kv m, 3 otaqlı fərdi yaşayış evinin aşağı qiymətdə hərracda satışa çıxarılması və gizlli şəkildə Cavabdeh2 ASC tərəfindən alınması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, "xxxx" MMC-nin sözügedən icra vərəqəsi Bərdə rayonu İcra və probasiya şöbəsinin sifarişı əsasında fərdi yaşayış evinin hərracda satılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Bərdə rayon Hacallı kəndində olan 0.62 ha torpaq sahəsi üzrə yerləşən ümumi sahəsi 132.4 kv m, 3 otaqlı fərdi yaşayış evinin aşağı qiymətlə hərraca çıxarması və gizli şəkildə "xxxx" ASC tərəfindən alınması qanunsuz olduğundan etibrasız hesab ediləmlidir. Belə ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin sözügedən icra vərəqəsi üzrə Cavabdeh3 sifarişi əsasında fərdi yaşayış yerinin hərracda satılması üçün qanun tələblərinə riayət edilməmişdir. Bərdə rayonu Hacallı kəndində olan 062 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 132,4 kv.m, 3 3 otaqlı fərdi yaşayış evinin aşağı qiymətlə həracda satışa çıxarılması onun ailə vəziyyətini olduqca pis edir. O, 3 uşaq atasıdır, övladlarından biri də xəstədir, özü ürək xəstəsidir, hərracın nəticəsi haqqında olan Y-49/2 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh YeloBank” ASC-nin nümayəndəsi X4 izahatında iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, “Əmlak İxtisaslaşdırılmış hərrac Mərkəzi” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və “Əmlak İxtisaslaşdırılmış hərrac Mərkəzi” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə digər cavabdehlərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə iddiaçının, cavabdeh Cavabdeh2 ASC-nin nümayəndəsinin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Müşlki işə əlavə olunmuş, AZE ******* nömrəli şəxsiyyət vvəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxxx 1976-cı ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon, İcra Hakimiyyəti Başçısının Hacallı kənd inzibati Ərrazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 96 nömrəli, 29 mart 2021-ci il tarixli arayışından müəyyən olunur ki, X1 rayonu Hacallı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Cavabdeh3 tərəfindən İddiaçı Yaqub oğluna ünvanlanmış 7247/10 nömrəli, 13 yanvar 2020-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-161/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 16682.18 manat məbləğində kredit borc, 30 manat dövlət rüsumu və xidmət haqqı kimi 30 manat məbləğində pul alınaraq "xxxx" İKB ASCnə ödənilməlidir və tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyətinizdə olan fərdi yaşayış evinə yönəldilməli və ev açıq hərracda atılmalıdır. Evin ilkin satış qiyməti 25.000 manat dəyirndə qiymətləndrilmişdir. Mülki işə əlavə olunmuş 23 yanvar 2020-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-168 saylı, 09 oktyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Bərdə rayonu, Mollalı kəndində girov qoyulmuş evə Bərdə Rayon İcra və probasiya Şöbəsinin əməkdaşları getmiş, icra sənədi haqqında məlumat vermişlər, həmin vaxt akt tərtib edilmiş, aktın tərtib olunmasında İddiaçı da iştirak edərək, imza etmişdir. Mülki işə əlavə olunmuş Cavabdeh3 tərəfindən İddiaçı Yaqub oğluna ünvanlanmış 7247/10 nömrəli, 01 mart 2021-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-161/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 16682.18 manat məbləğində kredit borc, 30 manat dövlət rüsumu və xidmət haqqı kimi 30 manat məbləğində pul alınaraq "xxxx" İKB ASCnə ödənilməlidir və tutmanın ipoteka ilə yekle edilmiş mülkiyyətinizdə olan fərdi yaşayış evinə yönəldilmişdir, mənzil satıldıqdan sonra 1 ay müddətində mənzildə yaşayanlar çıxarılmalıdır. Qanunvericiliyə əsasən icra tədbirləri görülmüş və mənzilin satılması üçün sifariş verilmişdir. Sözügedən mənzil açıq hərracd satılmışdır. Mülki işə əlavə olunmuş “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Y-49/2 nömrəli, 19 mart 2020-ci il tarixli hərracın keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, İddiaçı oğluna məxsus Bərdə rayonu Hacallı kədnində olan 0,62 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 132,4 kv.m 3 otaqlı fərdi yaşayış evi hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 25.000 manat müəyyən edilmiş, əmlak "xxxx" ASC tərəfindən 15938 manata alınmışdır. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-nə, Cavabdeh3nə, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə”, Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qarşı ona məxsus Bərdə rayonu, Hacallı kəndində olan 0.62 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 132, 4kv.m, 3 otaqlı fərdi yaşayış evinin "xxxx" ASC-nə satılması barədə Cavabdeh3 qərarı, hərracın nəticələri haqqında Y-49/2 saylı yekun protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı kredit borcunu tam ödəyib bitirməsi, banka heç bir borcunun qalmaması, borcu qalmadığımı təsdiq edəcək hər hansısa bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının hərracı keçirilməsi barədə xəbəri olmuş və bununla bağlı şikayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-nə, Cavabdeh3nə və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə” qarşı ona məxsus Bərdə rayonu, hacallı kəndində olan 0.62 ha torpaq sahəsi üzərundə yerləşən üumi sahəsi 132, 4kv.m, 3 otaqlı fərdi yaşayış evinin "xxxx" ASC-yə satılması barədə Cavabdeh3 qərarı, hərracın nəticələri haqqında Y-49/2 saylı yekun protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar