Məhkəmə qərarları › İş №2(021)-1477/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1477/2021

27.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1477/2021 27.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçılar İddiaçı1 İbrahim oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, iddiaçıların vəkili və nümayəndəsi X8, Cavabdeh4 nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, Mustafayev Şamayıl Hümbət oğlunun, Məmmədov Kamil Camal oğlunun, İddiaçı4 Məhəmməd oğlunun, Məmmədov Kamran Camal oğlunun, Məmmədov Qurban Əli oğlunun cavabdehlər Cavabdeh1, Bəkirov İsrəfil Məhəmməd oğluna, 3-cü şəxslər Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 2 saylı zona bölməsinə, Daşınmaz Əmlakın Dövlət resyistir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, İsmayılov Seymur Əbülfəz oğluna qarşı torpaq sahəsinin icarəyə verilməsinə dair ərizənin etibarsız hesab edilməsi, ərizə ilə bağlı çıxarılmış bələdiyyə qərarının, qeyd olunan ərizə ilə bağlı çıxarılmış bələdiyyə qərarı əsasında keçirilmiş hərrac komissiyasının protokolunun etibrasız hesab edilməsi və keçirilmiş hərrac komissiyasının protokolu əsasında bələdiyyə ilə ərizəçi arasında bağlanmış icarə müqaviləsinin ləğv olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Məmmədov Kamil Camal oğlu, İddiaçı4 Məhəmməd oğlu, Məmmədov Kamran Camal oğlu, Məmmədov Qurban Əli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Bəkirov İsrəfil Məhəmməd oğluna, 3-cü şəxslər Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 2 saylı zona bölməsinə, Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Cavabdeh4 Əbülfəz oğluna qarşı torpaq sahəsinin icarəyə verilməsinə dair ərizənin etibarsız hesab edilməsi, ərizə ilə bağlı çıxarılmış bələdiyyə qərarının, qeyd olunan ərizə ilə bağlı çıxarılmış bələdiyyə qərarı əsasında keçirilmiş hərrac komissiyasının protokolunun etibrasız hesab edilməsi və keçirilmiş hərrac komissiyasının protokolu əsasında bələdiyyə ilə ərizəçi arasında bağlanmış icarə müqaviləsinin ləğv olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, Məmmədov Kamil Camal oğlu, İddiaçı4 Məhəmməd oğlu, Məmmədov Kamran Camal oğlu, Məmmədov Qurban Əli oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Kərimbəyli Bələdiyyəsi Cavabdeh1 ərizəsi ilə bağlı çıxardığı 27 oktyabr 2011-ci il tarixli 10 saylı qərarına və onun əsasında 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 259 saylı 08 fevral 2012-ci il tarixli arayışa və 07 yanvar 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəsindən çıxarışa əsasən Bərdə rayon Kərimbəyli bələdiyyəsinin mülkiyyətində olan Bərdə rayonu Nəcəfqulubəyli (icarə müqaviləsində Kərimbəyli kəndi kimi göstərilib) kəndində yerləşən örüş sahəsi kateqoriyasına aid 40 ha torpaq sahəsini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Torpaq hərrac və müsabiqə komissiyasının 17 mart 2012-ci il tarixli protokoluna əsasən hərracın qalibi hesab olunmuş həmin vaxtı Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, Bakı şəhərində yaşayan Cavabdeh1 Baxşəli qızının nümayəndəsi Bərdə şəhər sakini Cavabdeh4 ilə Bərdə rayon Kərimbəyli bələdiyyəsinin sabiq sədri Cavabdeh2 arasında bağlanılmış və Bərdə rayonunun xüsusi notariusu tərəfindən 07 aprel 2012-ci il tarixdə təsdiqlənmiş icarə müqaviləsi ilə 17 mart 2102-ci ilə qədər, yəni 99 il müddətinə Cavabdeh1 Baxşəli qızına icarəyə verilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi bu barədə 3-cü şəxs Cavabdeh1 Baxşəli qızına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Çıxarış vermişdir. İqtisadiyyat Nazirliyi ƏMDX-nin **********54 saylı 16.07.2020-ci il tarixli məktubu, cavabdeh ƏMDX yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin **********74 saylı 11 avqust 2020-ci il tarixli, **********56 saylı 12 fevral 2021ci il tarixli və **********3 saylı 25 fevral 2021-ci il tarixli məktubları, İqtisadiyyat Nazirliyi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin **********21 saylı 19 avqust 2020-ci il tarixli məktubu, Ədliyyə Nazirliyi Bərdə Regional İdarəsinin 5-kol-140 saylı 27 avqust 2020-ci il tarixli məktubu, 10 iyun 2020-ci il tarixdə və 13 avqust 2020-ci il tarixdə tərtib olunmuş aktları və Bərdə rayon Kərimbəyli bələdiyyəsinin 27 avqust 2020-ci il tarixli 09 saylı qərarı, 10 avqust 2020-ci il tarixli 19 saylı və 05 mart 2021-ci il tarixli 07 saylı məktubları ilə təsdiq olunur ki, mübahisəli 40 ha torpaq sahəsi Nəcəfqulubəyli bələdiyyəsinin mülkiyyətindədir. Həmin kəndin ərazisində yerləşən və kənd əhalisinin ümumi istifadəsində olan örüş kateqoriyasına aid 93 ha torpaq sahəsinin daxilindədir. Ədliyyə Nazirliyi Bərdə Regional İdarəsi tərəfindən 25 avqust 2020-ci il tarixli 5-kol-140 saylı məktubla edilmiş təklif nəzərə alınaraq Bərdə rayon Kərimbəyli bələdiyyəsinin 27 avqust 2020-ci il tarixli 09 saylı qərarı ilə həmin bələdiyyənin 27 oktyabr 2011-ci il tarixli 10 saylı iclas qərarı ləğv edilmişdir və 40 ha torpaq sahəsinin icarəyə verilməsinə dair hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Bundan sonra, kənd sakinləri dəfələrlə aidiyyatı dövlət orqanlarına müraciət edib onlara məxsus örüş torpaq sahəsinin Nəcəfqulubəyli kəndi ilə heç vaxtı təsərrüfat və sair əlaqəsi olmayan başqa şəxs tərəfindən mənimsənilməsi faktının araşdırılması və həmin torpaq sahəsinin geri qaytarılması üçün müvafiq tədbir görülməsini xahiş etmişlər. Həmin şikayətlərə cavab olaraq 3-cü şəxs ƏMDX yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin **********74 saylı 11.08.2020-ci il tarixli, **********56 saylı 12 fevral 2021-ci il tarixli və **********3 saylı 25 fevral 2021-ci il tarixli məktubları, İqtisadiyyat Nazirliyi ƏMDX-nin **********54 saylı 16 iyul 2020-ci il tarixli məktubu, İqtisadiyyat Nazirliyi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin **********21 saylı 19 avqust 2020-ci il tarixli məktubu, Ədliyyə Nazirliyi Bərdə Regional İdarəsinin 5-kol-140 saylı 27 avqust 2020-ci il tarixli məktubu ilə 13 avqust 2020-ci il tarixdə tərtib olunmuş aktla Kərimbəyli bələdiyyəsinə və Nəcəfqulubəyli bələdiyyəsinə məsləhət olunmuşdur ki, məsələnin həlli ilə bağlı aidiyyəti məhkəmə orqanına müraciət edilməlidir. 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi mübahisəli Çıxarışın Cavabdeh1 Baxşəli qızına verilməsinə əsas olmuş barədə hüquqmüəyyənedici sənədlərin və ya barələrində müfəssəl məlumat verilməsinə dair Kərimbəyli Bələdiyyəsinin 06 saylı 11 fevral 2021-ci il tarixli sorğusuna və 03 saylı 22 fevral 2021-ci tarixli vəkil sorğusuna müvafiq olaraq göndərdiyi cavab **********56 saylı 12 fevral 2021-ci il tarixli və **********83 saylı 25 fevral 2021-ci il tarixli məktubları ilə mübahisəli 40 ha torpaq sahəsinin örüş sahəsi olması faktını özündə əks etdirən hüquqmüəyyənedici sənədləri (o cümlədən, 259 saylı 08 fevral 2012-ci il tarixli arayış, mübahisəli torpaq sahəsinin Kərimbəyli bələdiyyəsinin mülkiyyətində və ümumi istifadəyə aid örüş sahəsi olmasını təsdiq edən 07 yanvar 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəsindən Çıxarış və həmin Çıxarışa aid plan və ölçü kadastr sənədi, həmçinin Cavabdeh1 Baxşəli qızının icarəsinə verilməsini təsdiq edən, daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Çıxarış və ona aid plan və ölçü kadastr sənədi, mübahisəli torpaq sahəsinin icarəyə verilməsinə dair ərizə, həmin ərizə ilə bağlı Kərimbəyli bələdiyyəsi tərəfindən çıxarılmış 27 oktyabr 2011-ci il tarixli 10 saylı qərar, bu qərar əsasında keçirilməsi təsdiq olunan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Torpaq hərrac və müsabiqə komissiyasının 17 mart 2012-ci il tarixli protokolu və həmin protokol əsasında Cavabdeh1 Baxşəli qızı ilə Kərimbəyli bələdiyyəsinin sədri Cavabdeh2 ilə arasında bağlanılmış 07 aprel 2012-ci il tarxili nömrəsiz icarə müqaviləsi) barədə onlara müfəssəl məlumat verməmişdir. Cavabdeh bu hərəkətləri ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.3. və 22.4-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-1.1-ci maddələrinin tələblərini əməl etmədiyinə görə məhkəmədə iddia qaldırmaq üçün müvafiq sənədləri və informasiyanı əldə edə bilməmişlər. Cavabdeh Bərdə rayon Kərimbəyli bələdiyyəsinin sabiq sədri Cavabdeh2 mübahisəli torpaq sahəsini digər Cavabdeh1 Baxşəli qızı ilə onun icarəsinə verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 707.1-ci maddəsinin tələbləri pozub İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl öz aralarında icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməmişlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.0.3. və 27.2-ci maddələrinin tələblərini pozub Bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsinə və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanmamışdır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 3-cü bəndinin, 7-ci bəndinin 3-cü abzasının və 15-ci bəndinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndinin 3-cü abzasının tələblərini pozub İcarəyə verilən bələdiyyə torpaqlarının ölçüsünü müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasını, yerli şəraiti, əhalinin əsas məşğuliyyətini və torpaq ehtiyatının miqdarını müəyyənləşdirməmişdir. Mübahisəli torpaq sahəsinin Cavabdeh1 Baxşəli qızının icarəsinə verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarını sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin rəyini almadan qəbul etmişdir və torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına və ərazinin planlaşdırılmasına baxmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nın 4-cü bəndinin tələblərini pozub Örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində düzgün həyata keçirməmişdir və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 4-cü abzasının tələblərini pozub örüş kayeqoriyasına aid torpaqdan təyinatına görə istifadə olunmasını məhdudlaşdırmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, Mustafayev Şamayıl Hümbət oğlu, Məmmədov Kamil Camal oğlu, İddiaçı4 Məhəmməd oğlu, Məmmədov Kamran Camal oğlu, Məmmədov Qurban Əli oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi X14 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh4 nümayəndəsi X11 iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Bəkirov İsrəfil Məhəmməd oğlu, 3-cü şəxslər Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 2 saylı zona bölməsinin nümayəndəsi, Daşınmaz Əmlakın Dövlət resyistir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə digər cavabdehlərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə iddiaçıların, nümayəndələri və vəkilinin, cavabdeh islamov Seymur Əbülfəz oğlunun nümayəndəsinin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmamalıdır. Mülki işə əlavə olunmuş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxx 1993-cü ildə doğlumuşdur. Mülki işə əlavə olunmuş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx xxxxxx 1963-cü ildə doğlumuşdur, Bərdə rayonu, Ncəfqulubəyli kəndində yaşayır. Mülki işə əlavə olunmuş, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx xxxx 1962-ci ildə doğlumuşdur, Bərdə rayonu, Ncəfqulubəyli kəndində yaşayır. Mülki işə əlavə olunmuş, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı4 xx xxxx 1971-ci ildə doğlumuşdur, Bərdə rayonu, Ncəfqulubəyli kəndində yaşayır. Mülki işə əlavə olunmuş, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki,İddiaçı5 19 aprel 1954-cü ildə doğlumuşdur, Bərdə rayonu, yeni Əyricə kəndində yaşayır. Mülki işə əlavə olunmuş 07 aprel 2012-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, Bərdə rayonu Kərimbəyli kəndində yerləşən 40 ha torpaq sahəsi 17 mart 2102-ci il tarixədək X3 icarəyə verilmişdir. Mülki işə əlavə olunmuş seriya MA ******* nömrəli reystirdən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 Baxşəli qızının Bərdə rayonu, Kərimbəyli kəndində 40 ha torpaq sahəsi üzərində hüquqları Bərdə rayon Xüsusi notariusunun 3M-1-433 nömrəli, 07 aprel 2012-ci il tarixli icarə müqaviləsinə əsasən dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Namazov Röv.ən Tapdıq oğluna və digərlərinə ünvanlanmış 16 iyul 2020-ci il tarixli, **********54 nömrəli məktubun surətindən müəyyən olunur ki, Nəcəfqulubəyli kəndinin daxil olduğu Kərimbəyli bələdiyyəsinin 27 oktyabr 2011ci il tarixli 10 nömrəli qərarı ilə həmin torpaq sahəsi heyvandarlığın inkişafı məqsədi ilə fiziki şəxsə icarəyə verilmişdir, sözügedən torpaq sahəsi üzərində icarə hüququ 11 may 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Reystiri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən X5 ünvanlanmış 11 avqust 2020-ci il tarixli **********74 nömrəli məktubun surətindən müəyyən olunur ki, Bərdə rayonu, Kərimbəyli kəndində yerləşən 40 ha torpaq sahəsi 11 may 2012-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Cavabdeh1 Baxşəli qıznın adına icarə hüququ daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayonu Kərimbəyli bələdiyyəsinə ünvanlanmış 12 fevral 2021-ci il tarixli, **********56 nömrəli məktubun surətindən müəyyən olunur ki, Cavabdeh1 Baxşəli qızının 40 ha torpaq sahəsi üzərində icarə hüquqlarını təsdiq edən dövlət reystrindən verilmiş ********** qeydiyyat nömrəli 11 may 2012-ci il tarixli çıxarışın ləğv olunması tərəflərindən mümkün deyildir, qeyd olunan torpaq sahəsi ilə bağlı pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmələri məqsədə uyğundur. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən X10 ünvanlanmış 25 fevral 2021-ci il tarixli **********83 nömrəli məktubun surətindən müəyyən olunur ki, Bərdə rayonu Kərimbəyli Bələdiyyəsinin adına 40 ha torpaq sahəsi 07 yanvar 2012-ci ildə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır, Kərimbəyli Bələdiyyəsinin 19 mart 2012-ci il tarixli 09 saylı torpaq sahəsinin icarə müqaviləsi və Bərdə rayon notariat kontorunun 07 aprel 2012-ci il tarixdə verdiyi 3M-1-432 saylı icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi Baxşalıyeva Gövhər Baxşəli qızının adına icarəyə verilmişdir. Cavabdeh1 Baxşəli qızının 40 ha torpaq sahəsi üzərində icarə hüququ 11 may 2012-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş 13 avqust 2020-ci il tarixdə Bərdə rayonu Nəcəfqulubəyli kəndində X15, İddiaçı1 və İddiaçı2 arasında tərtib olunmuş aktla müəyyən olunmuşur ki, Bərdə rayonu Nəcəfqulubəyli kənd sakinlərinin tələbi kənd ərazisində maldarlıqla məşğul olmaq üçün torpaq sahəsinin çatışmamazlığıdır. Belə ki, Kərimbəyli Bələdiyyəsinin 27 oktyabr 2011-ci il tarixli 10 saylı qərarı və icarə müqaviləsi ilə Nəcəfqulubəyli kənd ərazisindən 40 hektar torpaq sahsəi Bakı şəhər sakini Baxşəliyeva Gövhər Baxşəli qızının uzunmüddətli icarəsinə verilmişdir. İcarəyə verilmiş 40 ha torpaq sahəsi kəndin ümumi istifadəsində olan örüş sahəsinin bir hissəsidir. Hal-hazırda həmin torpaq sahəsi heyvandarlığın inkişaf etdirmək məqsədi ilə icarəçinin istifadəsindədir. Mülki işə əlavə edilmiş 15 yanvar 2020-ci il tarixli 01 saylı Bərdə rayonu Kərimbəyli bələdiyyəsinin protokolundan görünür ki, İddiaçı1 Bərdə rayon Kərimbəyli bələdiyyəsinin sədri seçilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu Kərimbəyli bələdiyyəsinin 27 oktyabr 2011-ci il tarixli 10 saylı protokolundan görünür ki, 40 ha torpaq sahəsi kənd təsərrüfatının inkişafı məqsədi ilə icarəyə verilməsilə bağlı müsabiqənin keçrilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma prosedurunun başlanması qərara alınmışdır. Mülki işə əlavə edilmiş 27 avqust 2020-ci il tarixli 09 saylı Bərdə rayonu Kərimbəyli bələdiyyəsinin protokolundan görünür ki, Kərimbəyli bələdiyyəsinin 27 oktyabr 10 saylı iclas qərarı ləğv edilmiş və həmin qərar əsasında 40 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair hüquq müəyyənedici sənədlərin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmiş və qərarın icrasına nəzarət bələdiyyənin sədri İddiaçı1 həvalə edilmişdir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, həmin torpaq sahəsi örüş torpaq sahəsi olduğundan etibarsız hesab olunaraq onların istifadəsinə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Göründüyü kimi mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılardan İddiaçı1 bələdiyyə sədri kimi hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud olduğu kimi, digər iddiaçılar olan kənd sakinləri Mustafayev Şamayıl Hümbət oğlunun, Məmmədov Kamil Camal oğlunun, İddiaçı4 Məhəmməd oğlunun, Məmmədov Kamran Camal oğlunun, Məmmədov Qurban Əli oğlunun da mübahisəli icarə müqaviləsi mənafelərinə toxunduqlarından iddia qaldırmaq hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 708.3-cü maddəsinə görə icarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 676.0.3-cü maddəsinə görə üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları icarəyə verilmiş əşyanın (torpaq sahəsinin) müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi hallarına görə bütün icarə müddəti ərzində icarəyə verən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 677.2-ci maddəsinə görə əgər icarəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu icarəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 27.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli 453-cü nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin struktur qurumu olan Bərdə rayon Torpaq hərrac və müsabiqə komissiyası ləğv edilib, funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturunun 3-cü bəndinə əsasən yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 2 saylı zona bölməsi 2012-ci ildə fəaliyyət göstərən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Torpaq hərrac və müsabiqə komissiyasının xələfi hesab olunur. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, 07 aprel 2012-ci il tarixdə Bərdə rayon Kərimbəyli Bələdiyyəsi ilə Cavabdeh1 Baxşəli qız arasında (səlahiyyətli nümayəndələr vasitəsi ilə) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bərdə Əİ-nin 08 fevral 2012ci il tarixli, 259 saylı arayışı və 07 yanvar 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reystrində 17 nömrəli reystr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, **********92 reystr nömrəsindən çıxarışa əsasən Bərdə rayon Kərimbəyli Bələdiyyəsinə məxsus olan və Bərdə rayon Kərimbəyli kəndində yerləşən 40 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilədən müəyyən olunur ki, Cavabdeh1 Baxşəli qızı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə Torpaq və hərrac və müsabiqə komissiyasının 17 aprel 2012-ci il tarixli 135 nömrə ilə qeydiyyata alınmaqla hərracın qalibi hesab olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən 11 may 2012-ci il tarixli, MA seryalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bərdə rayon Kərimbəyli kəndində yerləşən 40 ha torpaq sahəsi icarə hüququ ilə Cavabdeh1 Baxşəli qızına məxsusdur. Bundan sonra da müəyyən olundu ki, Bərdə rayonu Kərimbəyli bələdiyyəsinin 27 oktyabr 2011-ci il tarixli 10 saylı protokoluna əsasən 40 ha torpaq sahəsi kənd təsərrüfatının inkişafı məqsədi ilə icarəyə verilməsilə bağlı müsabiqənin keçrilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma prosedurunun başlanması qərara alınmış olsa da, 27 avqust 2020-ci il tarixli 09 saylı Bərdə rayonu Kərimbəyli bələdiyyəsinin protokolu ilə Kərimbəyli bələdiyyəsinin 27 oktyabr 10 saylı iclas qərarı ləğv edilmiş və həmin qərar əsasında 40 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair hüquq müəyyənedici sənədlərin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmiş və qərarın icrasına nəzarət bələdiyyənin sədri İddiaçı1 həvalə edilmiş və nəticədə İddiaçı1 məhkəmədə icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair digər iddiaçılarla məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, Bərdə rayon Kərimbəyli kəndində yerləşən 40 ha torpaq sahəsi icarə hüququ ilə Cavabdeh1 Baxşəli qızına məxsus olan 40 ha torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş bələdiyyənin 27 oktyabr 10 saylı iclas qərarı həmin bələdiyyə tərəfindən də ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin çıxarılmış bələdiyyə qərarı əsasında keçirilmiş hərrac komissiyasının protokolunun etibrasız hesab edilməsi və keçirilmiş hərrac komissiyasının protokolu əsasında bələdiyyə ilə ərizəçi arasında bağlanmış icarə müqaviləsinin ləğv olunmasına dair hissələri əsaslı olduğundan təmin edilməli, torpaq sahəsinin icarəyə verilməsinə dair ərizənin etibarsız hesab edilməsinə dair hissədə isə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Torpaq hərrac və müsabiqə komissiyasının 17 mart 2012-ci il tarixli protokolu və həmin protokol əsasında Bərdə rayonu Kərimbəyli bələdiyyəsi ilə ərzəçi Cavabdeh1 Baxşəli qızı arasında bağlanılmış icarə müqaviləsi tibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar