Məhkəmə qərarları › İş №2(021)-149/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-149/2024

14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-149/2024 14.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi Bayramov Orxan Elşən oğlunun katibliyi , İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh X1rşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz yazılmış 4000 manat cərimə borcun silinməsi və ******* saylı aktın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tərtər Qaz İdarəsinin əməkdaşları xx.xx.2022-cu il tarixdə ******* saylı akt tərtib edǝrǝk C-4 **********6 zavod nömrəsi, ******* olan qaz sayğacına qaz sayğacından kənar guya istifadə oldunduğu üçün cərimə yazıblar. Aktda göstərilir ki, onların başqa qanunsuz qoşulmaları olub. Buna görə də 4000 manat cərimə yazılması üçün xx.xx.2022 ci il tarixdə ******* saylı akt tərtib etmişdirlər. Halbu ki, onun əvvəlki illlərə diqqət yetirilsə görünər ki, 1 ildə 1000 manata kimi qaz yandırmamış, həmçinin də həmin evdə yaşamamışlar. Qaz xəttindən 1 həftənin içərsində bir o qədər qazdan istifadə etmək mümkün deyil. Bunlar necə olur ki vətəndaşların 1 ildə istifadə etmələrinə diqqət yetirməyib özlərindən gün və saatlar yazmaqla 1 ilə ən yüksək məbləğdə ödəməyini tələb edirlər. O isə qaz xətti kəsilməsin deyə 1000 manat pul ödəmişdir ki məhkəməyə müraciət edə bilsin. Guya abonent sayğacdan kənar əlavə qaz xətti ilə təbii qazdan oğurluq məqsədi ilə istifadə edilmişdir. İtrilmiş təbi qazın dəyəri hesablanaraq abonent tərəfindən ödənilməsi qeyd edilir. Bu tamamilə əsassız yazılan cərimədir. Həmin cəriməni qanunsuz hesab edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, borc üzrə 1000 manat ödəniş etmişdir. Hesab edir ki, yazılmış məbləğ əsassız yerə çox yazılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon İ.Qayıbov küçəsi ev 18 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş X5 tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, abonent İddiaçı adına olan qaz sayğacına baxış keçirilərkən abonentin sayğacdan əlavə qaz xətti ilə təbii qazdan oğurluq məqsədilə istifadə etdiyi aşkar olunmuşdur. İtirilmiş təbii qazın dəyərinin abonent tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş X5 tərəfindən tərtib edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Abonent kodu: **********00610 olan abonent İddiaçı adına olan Bərdə rayon İ.Qayıbov küçəsində yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 33696 m3 kimi hesablanmışdır. Mülki işə əlavə edilmiş abonentin saldosundan görünür ki, Abonent kodu: **********00610 olan abonent İddiaçı adına olan ünvan 3 ünvanında yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2022-ci il üçün 4043,52 manat qalıq cərimə borc yazılmışdır. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\7415 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki; Rəyin tədqiqat hissəsində göstərilənlər, "Abonentin Saldosu" məlumatları nəzərə alınmaqla müəyyən edildi ki, abonent 2018-ci il üzrə ümumilikdə 1061 m3 qaz sərf etmiş, sərfiyyatın məbləği 106,1 manat təşkil etmişdir. 2018-ci il üzrə illik qaz istifadə sərfiyyatı nəzərə alınmaqla orta aylıq sərfiyyat 88,42 m3, sərfiyyatın məbləği ortalama aylıq 8,84 manat təşkil edir. "Abonentin Saldosu " məlumatından göründüyü kimi abonent xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 1364 m3 qaz sərf etmiş, sərfiyyatın məbləği 136,4 manat təşkil etmişdir. 2019-cu il üzrə 10 aylıq qaz istifadə sərfiyyatı nəzərə alınmaqla orta aylıq sərfiyyat 136,4 m3, sərfiyyatın məbləği ortalama aylıq 13,64 manat təşkil edir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən göründüyü kimi Abonente PQ-4 qaz pilitəsinin, QSSQ-100 L-lik avadanlığın və isitmə cihazının saatlıq qaz sərfiyyatı müəyyən edilməklə illik 33.696,0 m3 qaz sərfiyatının olması müəyyən edilmişdir. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Cavabdehǝ hesablanmış sərfiyyatın doğruluğunun muayyan edilməsi ekspertmühasibin xüsusi biliyi xaricindədir. (Aparılmış tədqiqatın dəyəri 50 manat) Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qaz abonenti İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə qoyulmuş qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilərkən abonentin sayğacdan əlavə qaz xətti ilə təbii qazdan oğurluq məqsədilə istifadə etdiyi aşkar olunmuşdur. Sayğac həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. İddiaçı barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\7415 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki; Rəyin tədqiqat hissəsində göstərilənlər, "Abonentin Saldosu" məlumatları nəzərə alınmaqla müəyyən edildi ki, abonent 2018-ci il üzrə ümumilikdə 1061 m3 qaz sərf etmiş, sərfiyyatın məbləği 106,1 manat təşkil etmişdir. 2018-ci il üzrə illik qaz istifadə sərfiyyatı nəzərə alınmaqla orta aylıq sərfiyyat 88,42 m3, sərfiyyatın məbləği ortalama aylıq 8,84 manat təşkil edir. "Abonentin Saldosu " məlumatından göründüyü kimi abonent xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 1364 m3 qaz sərf etmiş, sərfiyyatın məbləği 136,4 manat təşkil etmişdir. 2019-cu il üzrə 10 aylıq qaz istifadə sərfiyyatı nəzərə alınmaqla orta aylıq sərfiyyat 136,4 m3, sərfiyyatın məbləği ortalama aylıq 13,64 manat təşkil edir. Məhkəmə qeyd edir ki, orta aylıq sərfiyyat 136,4 m3, sərfiyyatın məbləği ortalama aylıq 13,64 manat olmasını nəzərə alaraq əvvəlki 12 aya vurduqda 163,68 manat borc yarandığı müəyyən edilir. İddiaçı isə 1000 manat ödəniş təqdim edərək artıq məbləğdə ödəniş etdiyi müəyyən olunur. Odur ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən ünvan 3 ünvanında yerləşən mənzildə qazdan istifadəyə görə Abonent kodu: **********00610 olan abonent İddiaçı əsassız yazılmış borc silinməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İş üzrə ödənilməmiş 60 manat dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə-mühasibat Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən mənzildə qazdan istifadəyə görə Abonent kodu: **********00610 olan abonent İddiaçı hesablanmış 4000 manat əsassız yazılmış cərimə borcu silinsin. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən onun tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilməmiş 60 manat dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə-mühasibat Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar