Məhkəmə qərarları › İş №2(021)-1503/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1503/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1503/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi X8 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X21 və Ərizəçi4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X21 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair **********95-10301 saylı torpağın mülkiyyətə verilməsinə dair çıxarışın onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X21,Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarına əsasən onlara, yəni, Ərizəçi1, Ərizəçi2, X12, X9 (ölmüşdür), X13 (ölmüşdür) və Ərizəçi4 ünvan 1 ünvanında 0,0614 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa **********95-10301 saylı torpağın mülkiyyətə verilməsinə dair çıxarış da almışlar. Həmin torpaq onların sahibliyində və istifadələrində olsa da, mülkiyyətləri üzərində sərəncam hüququnu həyata keçirə bilmirlər. Belə ki, çıxarışda payçılardan Ərizəçi4 adını səhvən “Gülurzə” kimi qeyd ediblər. Dövlət aktında olan səhvin düzəldilməsi üçün maraqlı şəxsə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Odur ki, JN-745 KOD 61010018 olan Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçi X21 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4, izahatında göstərmişdir ki, Ərizəçi3 qohumudur. Onlara ailə üzvləri ilə birlikdə verilmiş torpaağın çıxarışında Gülnarənin adı Gülürzə yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, ərizəçilərin qohumudur. Onlara ailə üzvləri ilə birlikdə verilmiş torpaağın çıxarışında Gülnarənin adı Gülürzə yazılmışdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə şəhəri, Təbriz küçəsi ev 37 ünvanında olan X14 məxsus 0,0614 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində hüquq sahibləri X23, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X17 və X2r. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxx 2001-ci ildə doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1998-ci ildə ünvan 3 ünanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxxxx 1972-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ 021930 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 29 dekabr 2020-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ 120121 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 19 oktyabr 2020-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 07 aprel 1975-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, M.Müşviq küçəsi döngə 7, ev 3-də qeydiyyatdadır. İş materiallarında olan AZE 13197161 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 01 yanvar 1960-cı ildə doğulmuşdur, Bərdə şəhəri, M.Müşviq küçəsi döngə 1, ev 3-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1865 nömrəli, 06 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi3 ünvan 4 ünvanında yaşayır. İş materiallarında olaan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxxxx 1971-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1376 nömrəli, 09 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi4 ünvan 4 ünvanında yaşayır. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxxxx 1971-ci ildə doğulmuşdur, atası X3, anası X10r. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********65 nömrəli 31 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi4 səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, çıxarışda düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, X11, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Cmal oğlunun, X7, X1 adına verilmiş **********95-10301 qeydiyyat nömrəli çıxarışın, X14, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X9, Ərizəçi4 məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X11, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X7 və X1 adına verilmiş **********95-10301 qeydiyyat nömrəli çıxarışın, X14, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X9, Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar