Məhkəmə qərarları › İş №2(021)-151/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-151/2022

12.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-151/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili X5, Cavabdehlər Cavabdeh2 nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon X3rşı “tikilinin sökülməsi və yolun açılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qeyri-qanuni hərəkətlərinə son qoyulmasına, cavabdehin qanunsuz olaraq tikmiş olduğu tikilinin dayandırılmasına, sökülməsinə və yolun açılmasına dair qanuni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, onlar Bərdə rayon Yeni Əricə kəndində yaşayırlar. Yeni Əyricə kənd Bələdiyyəsi tərəfindən onların mülkiyyətinə ümumi istifadəsinə verilmişdir. Lakin Bərdə rayon Yeni Əyricə kənd sakini hazırki iş üzrə cavabdeh Quliyev Hörmət Təvəkkül oğlu uzun müddətdir ki, onların istifadəsində olan torpaq sahəsinin 130 kv.m yolunu zəbt etmiş və hal-hazırda orada qanunsuz tikinti işləri aparır. Cavabdehin ailə üzvlərinin adına 15 sot torpaq sahəsi olmasına baxmayraq əlavə olaraq da yola aid olan hissənin 130 kv.m hissəsini zəbt etmişdir. Cavabdeh1 onların icazəsi olmadan orada qanunsuz olaraq tikinti işləri aparır. Dəfələrlə belə bir hərəkətin etməməsini bildirsələr də heç bir faydası olamamışdır. Cavabdehin etdiyi hərəkət nəticəsində isə onların gediş-gəliş yolunda maneçilik yaranmışdır. Onlar gediş-gəliş yolundan rahat istifadə edə bilmirlər. Bundan əlavə yolda suvarma məqsədi ilə istifadə olunan arxın mövcudluğu və torpaq sahəsinin yol kəsişməsində yerləşməsi həmin yolda avtomobillərin, yük maşınlarının, kənd təsərrüfatı texnikalarının və mal-qaralarının təhlükəsiz hərəkətlərinə mane olur. Hər hansı bir hadisə baş verərsə iki avtomobilin hərəkətində maneçilik yaranır. Kənd bələdiyyəsinə isə bu barədə məlumat verdikdə “mənlik heç bir şey yoxdur ne edirsiz özünüz edin” deyə bildirir. Bununla bağlı Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdə isə heç bir nəticəsi olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələri Təşkili üzrə Dövlət Dövlət Komitəsi yanında X1 Agentliyi tərəfindən baxılmış, həmin ərazinin ümumi istifadə olan yola aid olduğu təyin edilmiş, yerli icra nümaəyəndəsi və bələdiyyə sədrinin iştirakı ilə qanunsuz zəbt və tikinti faktının aşkarlanması ilə bağlı AKT tərtib edilmişdir. Daha sonra iddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək bildirmişdir ki, Cavabdeh1 qarşı tikilinin sökülməsi və yolun açılması tələbinə dair iddia ərizəsi üzrə işə baxılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi MPM-nin 51.3-cü maddəsinə əsasən ərizə verərək, başqa cavabdeh-Cavabdeh2 da işə cəlb edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhəkməsinin 2(021)151/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 da cavabdeh qismində işə cəlb olunmuşdur. Bərdə Rayon Məhəkməsinin 2(021)151/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə Bərdə rayon X13 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddianın müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili X11 iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X8 iddianın tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin rədd olunmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 sədri Z.Əhmədovun məhkəməyə ünvanlanmış məktubundan görünür ki, mübahisəli yol iddiaçıların hərəkətinə maneçiliyi yoxdur, tikilən tikilinin yola heç bir aidiyyəti yoxdur və tikilinin sökülməsində bələdiyyənin marağı yoxdur. Məhkəmə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş digər İddiaçı2 məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1958-ci il tarixdə Xanlar rayon Şəmşəddin kəndində anadan olmuşdur. Bərdə rayon Yeni Əyricə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 372 saylı xx.xx.2021ci il tarixli Arayışdan görünür ki, İddiaçı1 Bərdə rayon Yeni Əyricə kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 373 saylı xx.xx.2021ci il tarixli Arayışdan görünür ki, İddiaçı3 Bərdə rayon Yeni Əyricə kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1956-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 374 saylı xx.xx.2021ci il tarixli Arayışdan görünür ki, İddiaçı2 Bərdə rayon Yeni Əyricə kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Hafis qızı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 401 saylı xx.xx.2021ci il tarixli Arayışdan görünür ki, Quliyeva X12 rayon Yeni Əyricə kəndində yaşayır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X9 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bərdə rayon Yeni Əyricə kəndində yerləşən ümumi sahəsi 106.3 kv.m, yaşayış sahəsi 47.9 kv.m, yardımçı sahəsi 58.4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0.15 ha torpaq sahəsini 17000 manata Cavabdeh2 Hafis qızına satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 Hafis qızının tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********66-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində 0.15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdeh2 Hafis qızıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 11 nömrəli xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyində qeyd olunmuşdur:

1. İddiaçı1 İsa oğlunun iddia ərizəsində qeyd edilən yol hal-hazırda naturada mövcuddur.

2. Cavabdeh1 mülkiyyətinə **********66-10301 reyestr nömrəli Çıxarışla 0.15 torpaq sahəsi verilsədə fakt naturada istifadəsində 0.1733 ha torpaq sahəsi vardır. Cavabdeh naturada mübahisəli yolla istifadə etdiyi həyətyanı torpaq sahəsi arasında mövcud olan su arxına tərəfə artıraraq yarımçıq tikili və mişar daşı ilə hasar çəkmişdir. 3.Cavabdehin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin həndəsi ölçüləri, koordinatları naturada təyin edilərək Hüquqi subyekt kimi Cavabdeh2 **********66-10301 reyestr nömrəsi ilə adına qeydiyyata alınmış Texniki pasportdakı həyətyanı torpaq sahəsinin həndəsi ölçüləri ilə müqayisə edildi. Texniki pasportda koordinat göstəriciləri əks olunmadığından yalnız mübahisələndirilən həyətin faktiki en və uzunluq olçüləri ilə Texniki pasportda göstərilən həyətin en və uzunluq ölçüləri arasında fərqi təyin etmək mümkündür. Belə ki, Texniki pasportda göstərilən həyətin şimali-qərb hissəsi 30.15 m göstərilib, lakin naturada isə həmin həyətin şimali-qərb tərəfinin uzunluğu 35.0 m-dir. Texniki pasportdakı planda göstərilən həyətin cənub-şərq tərəfinin uzunluğu 31.2 m-dir, lakin naturada həmin tərəfin uzunluq ölçüsü 36.10 m-dir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publk hüqui şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən erilmiş Rəydən görünür ki, Bərdə rayon Yeni əyricə kəndində yerləşən torpaq sahəsində tikilən tövlənin 4.70 metr hissəsi, Cavabdeh2 mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən kənara çıxmışdır. İş materiallarına əlavə olunmuş X6 Məhkəməyə ünvanlanmış məktubundan görünür ki, mübahisəli yol iddiaçıların hərəkətinə maneçiliyi yoxdur, tikilən tikilinin yola heç bir aidiyyəti yoxdur və tikilinin sökülməsində bələdiyyənin marağı yoxdur. İş materiallarına əlavə olunmuş yerli baxış protokolundan görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0.15 ha torpaq sahəsində yarımçıq tikili olan tövlə tikilmişdir. İddiaçılar iddia edirlər ki, həmin tikiliyə görə yol daralmışdır. Məhkəmə müəyyən etdi ki, həmin yol ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi arasında kəndin ümumi istifadə etdiyi su arxı da var. Həmçinin Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yola istiqamətdə çəkilmiş sərhədinin davamı olaraq başqa bir qonşu eyni xətt üzrə özünə məxsus (yəni qonşu) torpaq sahəsini hasara almışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, həmin yol kifayət qədər geniş olmaqla gediş-gəliş istiqamətində hər iki maşın yanaşı olduğu təqdirdə rahatlıqa hərəkət edə bilərlər. Həmçinin müəyyən edildi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 gəlin qaynata münasibətlərində olan şəxslərdir. Həmçinin müəyyən edildi ki, iddiaçılar cavabdehlərlə sözügedən yol istiqamətində yox, həmin yol qurtardıqdan sonra sola istiqamətdə üzbəüz qonşuluqda yaşayırlar. Yerli baxış zamanı dəvət olunmuş Bələdiyyə sədri Zahir Əhmədov həmin yolun Bələdiyyə mülkiyyətinə aid olduğunu və tikilinin sökülməsində bələdiyyənin hər hansı marağının olmamasını bildirmişdir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəm tərəfindən müəyyən edildi ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən torpaq sahəsində tikilən tövlənin 4.70 metr hissəsi, Cavabdeh2 mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən kənara çıxmışdır. Həmin yol ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi arasında kəndin ümumi istifadə etdiyi su arxı da var. Həmçinin Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yola istiqamətdə çəkilmiş sərhəddinin davamı olaraq başqa bir qonşu eyni xətt üzrə özünə məxsus (yəni qonşu) torpaq sahəsini hasara almışdır. Cavabdehlər Cavabdeh2 qız və Cavabdeh1 gəlin qaynata münasibətlərində olan şəxslərdir. İddiaçılar cavabdehlərlə sözügedən yol istiqamətində yox, həmin yol qurtardıqdan sonra sola istiqamətdə üzbəüz qonşuluqda yaşayırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanununun 7-ci maddəsinə əsasən bələdiyyə mülkiyyəti - bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasinin Qanununun 2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, mübahisəli yol bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəyə aid olan torpaqlardır. Bu iddianın irəli sürülməsi üçün birbaşa subyektiv hüquq bələdiyyə məxsusdur. Məhkəmə iddiaçıların iddia tələbinə münasibətdə qeyd edir ki, onlar neqator iddia hüququndan istifadə edərək hazırkı iddianı irəli sürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4 cü maddəsinə görə, (neqator iddia) əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, Yeni Əyricə kəndində həmin yoldan təkcə iddiaçılar deyil, bütün kənd əhalisi istifadə edir. Digər hər hansı şəxslərin həmin iddia ilə bağlı müraciətləri olmamışdır. Belə olan halda məhkəmə Cavabdeh1 məhkəmə iclasında verdiyi ifadəsini də işin hallarına münasibətdə qiymət verməyi zəruri bilir. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, həmin torpaq sahəsini təzə almışlar. Onlar həmin kənddə amma başqa ərazidə yaşayırlar. İddiaçılardan İddiaçı1 da ona bildirmişdir ki, həmin torpağı o almaq istəyib, lakin bələdiyyə ona satmadığından İddiaçı1 onlara orada məskunlaşmağa imkan verməyəcəyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Məhkəmə sadalanan hüquq normaların işin faktiki hallarına tətbiq edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon X3rşı “tikilinin sökülməsi və yolun açılması” tələbinə tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat məbləğində rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar