Məhkəmə qərarları › İş №2(021)-1513/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1513/2021

29.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1513/2021 29.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bauramov Orxan Elşən oğlunun, İddiaçı İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC-nin abunə haqqında portala əsasən 12 oktyabr 2020-ci il tarixli AKT R 200813 saylı akt da göstərilən 89 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 oktyabr 2020-ci il tarixdə "xxxx"ASC-nin nümayəndələri Ə.Abdullayev, E.Əsədov və H.Məmmədov tərəfindən yaşadığı edin sayğacının keçən yükü qeyd etməməsinə dair onun iştirakı olmadan AKT R 200813 saylı akt tərtib olunub və sayğacın dəyişdirilib smart tipli sayğacla əvəz olunması məqsədə müvafiq hesab olunmuşdur. 8 gündən sonra isə, yəni 20 oktyabr 2020-ci il tarixdə qeyd olunan aktdakı tələb icra olunaraq əvvəlki mexaniki sayğac yeni smartfon tipli sayğacla əvəz edilib, bu barədə ******* saylı protokol tərtib olunmuşdur. Həmin aktda uçotun müvəqqəti pozulmasında onun təqsiri də olması göstərilmişdir. Sonra ona məlum olmuşdur ki, həmin aktla bağlı üzərinə elektirik şəbəkəsində 89 manat borc hesablanmışdır. Hal-hazırda həmin borc smart karta yüklədiyi puldan çıxılır, həmin borcun hesabına ondan 18 manat tutulub, bu hal isə onun ailəsinin büdcəsinə həddindən artıq mənfi təsir göstərir. "xxxx" ASC qanunda nəzərdə tutulmuş normaları pozmuşdur, onun hüquq və mənafelərinə toxunmuşdur, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verərək, borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasınn Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işdə olan sənədlri araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Paşa oğlu xx xxxxxxxx 1960-cı ildə Bərdə rayonu Gərənə kəndində doğulmuş, Bərdə rayonu, Gərən kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 354 saylı, 04 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu Gərənə kəndində yaşayır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 12 oktyabr 2020-ci il tarixdə 89 manat cərimə yazılmışdır. İş materiallarında olan 12 oktyabr 2020-ci il tarixli, 200813 saylı aktın surətindən müəyyən olunur ki, sayğaca baxış keçirimiş, baxış zamanı məlum olmuşdur ki, sayğac keçən elektirik yükünü qeyd etmir, naqildən keçən elektirik yükü ampermasa ilə ölçülmüş, sayğacdan keçən yük faktiki olaraq 4,0 amper olmuş, sayğacın dəyişdirilib smart tipli sayğacla əvəz olunaraq möhürlənməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarına əlavə olunmuş ******* saylı 20 oktyabr 2020-ci ill tarixli protokolun surətindən müəyyən olunur ki, 12 oktyabr 2020-ci il tarixli, 200813 saylı akta əsasən sayğac dəyişdirilib yenisi ilə əvəz olunmuş, istifadəyə yararsız sayğac labarotoriya şəraitində yoxlanılması üçün göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X4 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, 12 oktyabr 2020-ci il tarixdə "xxxx"ASC-nin nümayəndələri Ə.Abdullayev, E.Əsədov və H.Məmmədov tərəfindən müvafiq akt tərtib edilmiş və həmin akt tərtib edilərkən nə evin mülkiyyətçisi, nə də hal şahidləri iştirak etmədiyindən həmin akt qanuni hesab edilə bilməz, həmçinin də "xxxx" ASC tərəfindən tərtib edilmiş aktın doğruluğunu, aktın nə səbəbə öz əməkdaşları tərəfindən imzalanaraq təsdiq edilməsini izah etməmiş, yaranmış borcun əsaslı şəkildə hesablanmış cədvəlini, həmin borcun məhz nə səbəbə yaranmasını isbat edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı yazılmış 89 (səksən doqquz) manat cərimə məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar