Məhkəmə qərarları › İş №2(021)-1519/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1519/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1519/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 ,Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1,Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək ********** saylı çıxarışın onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, onlarən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,051 ha torpaq sahəsi üzrə ümumi 128,6 kv.m olan fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinə 26 aprel 2021-ci il tarixdə ********** saylı çıxarışda verilmişdir. Ancaq həmin sənəddə adları olan şəxslərin adlarında, soyadlarında və ata adlarında səhvlik baş vermişdir. Onun düzəliş olnumasını istəyirlər. 26 aprel 2021-ci il tarixli çıxarışda səhvlik olması onlara bir sıra çətinliklər yaradır. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə 26 aprel 2021-ci il tarixli ********** saylı çıxarışda soyadı X8 olduğu halda soyadını səhvən X2, soyadı X6 halda səhvən X1, soyadı və ata adı Ərizəçi4 olduğu halda səhvən X3 qeyd edilib. 26 aprel 2021-ci il tarixli ********** saylı çıxarışda qeyd olunmuş yalnışların düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi idarəsinə müraciət etsələrlə heçbir nəticəsi olmamışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçilər Ərizəçi3 Xorsov oğluna, Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasında gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X26 izahatında göstərmişdir ki, ərizəçiləri yaxşı tanıyır. Onlar qohumdurlar. Onlara verilmiş torpağın sənədində səhvlik olub. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərmiişdir ki, ərizəçilərlə qohumdur. Onlara verilmiş torpaq sanədində soyadları Yusifov əvəzinə Yusibov yazılmışdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında xüsusi mülkiyyətə verilmiş 128.60 kv.m ümumi sahəsi olan daşınmaz əmlakın və 0.0510 ha torpaq sahəsinin mülkiyyətçiləri Ərizəçi1, Məmmədova Hicran Cəlil qızı, X10, X11, X12r. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1980-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxx 1983-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X26 23 aprel 1984-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1953-cü ildə ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 16 yanvar 1986-cı ildə doğulmuşdur. İş materiallarında olan AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1986-cı ildə doğulmuşdur. İş materiallarında olan AO ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1980-ci ildə doğulmuşdur. İş materiallarında olan İX-JQ 308848 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 xx xxxx 1983-cü ildə doğulmuşdur, atası X20, anası X17r. İş materiallarında olan Vİİ-JQ 287868 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1980-ci ildə doğulmuşdur, atası Ərizəçi1, anası Məmmədova Hicran Cəmil qızıdır. İş materiallarında olan AZ-İ 483531 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 ilə X16 22 dekabr 2006-cı ildə 884 nömrəli akt qeydi ilə nikah bağlamışlar, nikahdan sonra arvada Yusifova soyadı verilmişdir. İş materiallarında olan AZ-T 196401 nömrəli doğum haqqında şəhadətnaməni surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1986-cı ildə doğulmuşdur, atası Ərizəçi1, anası Məmmədov Hicran Cəlil qızıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********38 nömrəli 01 aprel 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, çıxarışda düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ********** qeydiyyat nömrəli çıxarışın Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 məxsus olması işdə olan sənədlərlə təsdiq edildiyindən həmin sənədin Ərizəçi1, X4, X5 və X13 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi1, X4, X5 və X13 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar