Məhkəmə qərarları › İş №2(021)-1522/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1522/2022

12.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1522/2022 12.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 Əbdurrəhman qızının, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı6 Cavabdeh1, Aqrarkredit Səhmdar Kredit Təşkilatı Bərdə filialına, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bərdə regional ASAN xidmət mərkəzində Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq çıxarılma “tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 Əbdurrəhman qızı, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aqrarkredit Səhmdar Kredit Təşkilatı tərəfindən bağlanmış AN-İ№ ******* saylı 08 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh Cavabdeh1 onlara məxsus olan Seriya RX № ******* saylı çıxarış əsasında olan 3.4025 ha torpaq sahəsindən və Seriya RX № ******* saylı çıxarış əsasında olan 1.297 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən və məhkəmə elektron sistemdən müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 Ağdam rayon Boyəhmədli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Digər cavabdeh kimi Aqrarkredit Səhmdar Kredit Təşkilatının Bərdə filialı göstərilmişdir. Məhkəmə hesab edir ki, filial hüquqi şəxs olmadığından məhkəmədə tərəf ola bilməz. MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-nin 152.1.3 –cü maddəsinə əsaəsn əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 Əbdurrəhman qızının, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı6 Cavabdeh1, Aqrarkredit Səhmdar Kredit Təşkilatı Bərdə filialına, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bərdə regional ASAN xidmət mərkəzində Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq çıxarılma “tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçılar İddiaçı1 Əbdurrəhman qızının, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı6 Cavabdeh1, Aqrarkredit Səhmdar Kredit Təşkilatı Bərdə filialına, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bərdə regional ASAN xidmət mərkəzində Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq çıxarılma “tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın . İddiaçı3 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz ) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar