Məhkəmə qərarları › İş №2(021)-1540/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1540/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1540/2021 04.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi Ərizəçi nümaynədəsi X4 iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair Seriya RX№ ******* saylı çıxarışın ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onların ailə üzvləri ilə birlikdə mülkiyyətində Bərdə rayon Böyük Göyüşlü kəndində 2.2 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyistir Xidməti tərəfindən Seriya RX № ******* saylı çıxarış verilmişdir. Lakin həmin çıxarışda onun atasının adı Sahib olduğu halda yalnışlıqla “Əvəz” kimi qeyd edilmişdir. Buda ona bir sıra çətinliklər yaradır. O, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etsə də, lakin bundan imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizəni müdafiə etmiş və ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənov Əkram Asif oğlu izahatında göstərdi ki, ərizəçi Ərizəçi dayısı oğludur, dayısının adı Sahibdir, lakin torpaq sənədində Turalın atasının adı Əvəz qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və X12 şahid X5 izahatına uyğun, eyni məzmunlu izahat verdilər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair Seriya RX № ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Böyük Göyüşlü kəndində Ərizəçi, X7, X6, X2 mülkiyyətinə 2.2 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Bərdə rayonu Böyük Göyüşlü kənd İcra Nümayəndiliyi tərəfindən verilən verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda (Daşınmaz əmlakın reyestr nömrəsi **********14) onun ata adı texniki səhv olaraq Sahib əvəzinə Əvəz yazılmışdır. Həmin Çıxarışda qeyd edilən Ərizəçi Əvəz oğlu ilə Ərizəçi eyni şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Seriya RX ******* nömrəli hüquqların Dövlət Resyterində qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın ərizəçiyə məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Əhmədov Eldəniz Ələkbər oğlunun adına verilmiş Hüquqların Dövlət Resyterində qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi adına verilmiş, Seriya RX ******* nömrəli hüquqların Dövlət Resyterində qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar