Məhkəmə qərarları › İş №2(021)-1549/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1549/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1549/2023 10.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-177 KOD-61000048 olan Dövlət X4,X8, Ərizəçi,X20,Maraqlı şəxs3,Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilib təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı Qərarına əsasən onlara-X19 (ölmüşdür),İsmayılova Mǝhluqǝ Məhəmməd qızına (ölmüşdür), Ərizəçi,X20, Maraqlı şəxs3, Maraqlı şəxs2 Bərdə rayon Lənbəran Kəndində 5,17 ha. pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa JN- 177 KOD-61000048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı da alınmışdır. Həmin torpaq onlarin sahibliyində və istifadəsində olsa da torpaq üzərində sərəncam hüququ həyata keçirə bilmirlər. Belə ki, Dövlət Aktında payçılardan X6 ata adı soyadı səhvən səhvən "Məhərrəm"kimi, Ərizəçi adı “İsmayılova”,adı isə səhvən "Sərfinaz" kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Daha sonra ərizəçi ərizəyə dəqiqləşmə verərək Torpağın mülkiyyətə verilməsinə dair JN-177 KOD-61000048 olan Dövlət X2 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. O bildirdi ki, X25 ilə qeyri rəsmi evlənmiş, X12 isə onun ərinin anası olmuşdur. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə, X20, Maraqlı şəxs3 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndə və tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1963-cü ildə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 dekabr 2022-ci il tarixdə verilmiş №1783-05/69 nömrəli Arayışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1963-cü il tarixdə Bərdə rayon Lənbəran kəndidə anadan olmuşdur. Ata qrafasında ata adı X23, ana qrafasında ana adı X5 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 yanvar 2023-cü il tarixdə verilmiş №282390 nömrəli Arayışdan görünür ki, X25 ilə X3 arasında 28 aprel 1986-cı il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 yanvar 2023-cü il tarixdə verilmiş №308062 nömrəli Arayışdan görünür ki, X14 ilə X12 arasında 12 yanvar 1975-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Xİİ-ЖГ № 358205 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 11 yanvar 1987-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Rza İsmayılov , ana qrafasında ana adı Gülsarə İsmayılova kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş XVİİ-ЖГ № 255948 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 qızı xx xxx 1992-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Rza İsmayılov , ana qrafasında ana adı Gülsarə İsmayılova kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş X-ЖГ № 488899 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx xxxxxx 1985-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Rza İsmayılov , ana qrafasında ana adı Gülsarə İsmayılova kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ № 581150 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 14 fevral 2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 522445 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 19 fevral 2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-177 KOD- 61000048 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə 5.17 ha torpaq sahəsi Bərdə rayon Lənbəran kənd sakinləri X17, X7, X11, X18, Maraqlı şəxs3, Maraqlı şəxs2 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair JN-177 saylı Şəhadətnamədə səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-177 KOD-61000048 saylı Şəhadətnamədə yanlışlıq olaraq mülkiyyətçilər- Ərizəçi soyadı və adı “X16”, X6 ata adı “X13” kimi qeyd olunmuşdur. Torpağa mülkiyyət hüququna dair JN-177 KOD-61000048 saylı Şəhadətnamədəki–X16, X13 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi, X8 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-177 KOD- 61000048 saylı X1, X13 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi, X8 məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən torpaq sahəsi birgə mülkiyyət olduğundan Ərizəçi mərhum X8 münasibətdə də ərizəsi təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-177 KOD-61000048 saylı Şəhadətnamədə qeyd olunmuş X16, X13 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi, X8 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar