Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1567/2024 20.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB-nin X8 İdarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 216 manat cərimənin ləğv edilməsi və cəriməyə ödədikləri 216 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Q.B.Zakir küçəsində yaşayır. Yaşadığı evdə mavi qazdan istifadə olunur. İstifadə olunmuş qazın pulu vaxtında ödənilir. "Azəriqaz” İB-nin X8 idarəsinin Bərdə rayon filialının əməkdaşları tərəfindən xx.xx.2020-ci ildə sayğaca baxış keçirilmiş və ******* saylı Akt yazılmışdır. Aktda qeyd edilir ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Sayğac yenisi ilə əvəz olunmalıdır deyə 216 manat cərimə etmişlər və həmin cəriməni qanunsuz hesab edir. Ona görə ki, qaz sayğacına heç bir müdaxilə etməmiş, kim tərəfindən sayğaca müdaxilə edilib bilmir. Əgər cəriməni ödəməsə qazlarını kəsəcəklərini bildirdilər. Sayğacın pulunu qeyri-qanuni yazılmış cəriməni ödəmişdir. Bu barədə pulu köçürmələrinə dair qəbzi də var. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, yaşadığı evi 2023-cü ildə X4 adlı şəxsdən almışlar. Evi alarkən onun adına rəsmiləşdirmişlər. Yəni, ev onun mülkiyyətindədir. Evi alarkən evin mülkiyyətçisi Vaqif Kərimov bildirmişdir ki, evin heç bir kommunal borcu və ya ödənişi yoxdur. O da sonuncuya inanaraq evi almışdır. Evi aldıqdan bir ay sonra Vaqif Kərimov vəfat etmişdir. Sonradan işlətdikləri maye qazın dəyərini ödəyərkən məlum olmuşdur ki, yaşadıqları evə quraşdırılmış X2 adına olan qaz sayğacına 2020-ci ildə akta əsasən 216 manat cərimə yazılmışdır. Cərimənin silinməsi ilə bağlı Cavabdeh İB-nə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı 063172 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur, Bərdə şəhəri Təbriz küçəsi 55/12də qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli, 1236 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Q.B.Zakir küçəsi 36/1-də yaşayır. 28 aprel 2020-ci il tarixli, ******* nömrəli Aktda qeyd edilmişdir ki, X2 Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. “Dəymir ziyanın bərpasına dair” 30 aprel 2020-ci il tarixli Tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 4 x 6 x 90 = 2160 m 3. Abonentin saldosundan görünür ki, Bərdə şəhəri Q.B.Zakr küçəsində yerləşən, X2 yaşadığı və hazırda İddiaçı yaşayan fərdi yaşayış evinə 2020-ci ilin aprel ayında 216 manat cərimə hesablanmışdır. Mülki mübahisənin gerçək hallarından görünür ki, Bərdə şəhəri Q.B.Zakir küçəsində yerləşən fərdi yaşayış evi X3 məxsus olmuş, 28 aprel 2020-ci il tarixli, ******* nömrəli Akt əsasında sonuncuya 216 (iki yüz on altı) manat məbləğində cərimə yazılmışdır. Vaqif Kərimov 2023-cü ildə yaşadığı evi iddiaçıya satmışdır. Göründüyü kimi, 28 aprel 2020-ci il tarixli, ******* nömrəli Akt əsasında cərimə X2 adına yazılmışdır. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında oxşar hüquqi mövqe nümayiş etdirilməklə qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. İşin mübahisəsiz halıdır ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş 28 aprel 2020-ci il tarixli, ******* nömrəli X1 adına tərtib edilmiş və qeyd olunan akt əsasında sonuncuya 216 manat məbləğində cərimə hesablanmışdır. Belə olan halda, 28 aprel 2020-ci il tarixli, ******* nömrəli Akt əsasında cərimə X3 yazıldığından qeyd olunan cəriməni mübahisələndirmək hüququ Vaqif Kərimova və ya onun hüquqi varisinə məxsus olmuşdur və onlar, belə bir tələblə çıxış edə bilərdilər. Göründüyü kimi, qeyd edilən şəxslər sözügedən Aktı və həmin Akt əsasında yazılmış cərimə məbləğini mübahisələndirməmiş, yəni, həmin Aktda göstərilənlərlə razılaşmışlar. Məhkəmənin qənaətinə görə, İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı 28 aprel 2020-ci il tarixli, ******* nömrəli Akt əsasında yazılmış cərimənin silinməsini tələb etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdehnə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1567/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1567/2024
20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver