Məhkəmə qərarları › İş №2(021)-1577/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1577/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1577/2021 17.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X21 oğlunun, Ərizəçi Bayraməli qızının iştirakları ilə, Ərizəçi Bayraməli qızının sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 610001** JN ***0 saylı Dövlət aktında qeyd olunmuş mülkiyyətçi “X3 münasibətdə Ərizəçi Bayramli qızına” məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli, 03 saylı qərarı ilə Bərdə rayonu, Əmirli kəndində mərhum atası X6 və onun 4 nəfərli ailə üzvülərinə 1.90 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair KOD 610001** JN ***0 saylı Dövlət aktı verilmiş və həmin torpaq sahəsi hazırda onların mülkiyyətlərindədir. Lakin torpaq sahəsi üzərində sərəncam hüquqlarımızı həyata keçirə bilmir.Belə ki, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilərkən səhvən dövlət onun adı yanlış olaraq “Rəsmiyyə” kimi qeyd edilmişdir. Ona aid olan bütün sənədlərdə adı “Rəmziyyədir”. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsinə müraciət etməyinə baxmayaraq orada ona məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. O, da məcbur olub ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid X15 izahatında göstərdi ki, ərizəçi onun həmkəndlisi olmaqla qonşudur. Bərdə rayonu Əmirli kəndində Ərizəçi mərhum atasına və ailə üzvülərinə pay torpaq sahəsi verilmişdir. Həmin torpağın verilməsinə dair dövlət aktında ad və soyadı səhf yazılmışdır. Onun əsl adı Rəmziyyədir. Məhkəmə iclasında şahid X18 şahid X20 oğlunun izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 610001** JN ***0 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli, 03 qərarına əsasən Bərdə rayonu Əmirli kənd sakinləri Fətəliyev Bayraməli Səməndər oğluna, Fətəliyeva Şəmsiyyə Bayraməli qızına, X19, Fətəlikyeva Rəsmiyyə Bayraməli qızına, X16 oğluna, Salahova mülkiyyətinə 1,90 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********01 nömrəli 29 mart 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-0440 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair KOD 610001** JN ***0 saylı Dövlət aktının Ərizəçi Bayraməli qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X2 adına verilmiş Torpağa mülkiyyət hüququna dair KOD 610001** JN ***0 saylı Dövlət aktının Ərizəçi qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X9 qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair 610001** JN ***0 saylı Dövlət Aktının Ərizəçi Bayraməli qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar