Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1579/2022 05.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Azəriqaz İstehsalat Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azəriqaz İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının" tələbləri pozularaq ona məxsus obyekt yerləşən Bərdə şəhəri İ.Qayıbov küçəsi ərazindən keçən, iddiaçının balansında və istismarında olan diametri 159 mm-lik yerüstü qaz kəmərinin mühafizə zonasında olan (obyektinin qarşısından keçən) qaz kəmərinin ətrafındakı piltə daşlarının sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 100.40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə verillməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İddiaçıya həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Azəriqaz İstehsalat Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1579/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1579/2022
05.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver