Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1583/2022 04.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X17 katibliyi, Ərizəçi, maraqlı şəxslər X5 və X9 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,0322 ha torpaq sahəsi üzrə ümumi sahəsi 94,1 kv.m olan fərdi yaşayış evinə verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın ona məxsus olması faktının təsdiq edilməsinə və qeyd olunmuş yanlışların düzəliş olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onların xüsusi mülkiyyətində, ünvan 1 ünvanında 0.0322 ha torpaq sahəsi üzrə ümumi sahəsi 94.1 kv.m olan fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixdə ********** saylı çıxarışda verilmişdir. Ancaq, həmin sənəddə onun ata adında və soyadında səhflik baş vermişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi evinə verilmiş 15 fevral 2022-ci il tarixli ********** saylı Çıxarışda soyadı və ata adı Ərizəçi olduğu halda soyadını və ata adını səhvən X1 qeyd edilib. Həmin çıxarışın düzəliş olunmasını istəyir. 15 fevral 2022-ci il tarixli Çıxarışda səhvlik olması ona və ailə üzvlərinə bir sıra çətinliklər yaradır. 15 fevral 2022-ci il tarixli ********** saylı çıxarışda yanlışların düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciyyət etsələr də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X18 və X21 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Ərizəçi soyadı və adı texniki səhv olaraq X1 qeyd edildiyini, ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxsləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, Bərdə şəhəri, İsmət Qayıbov küçəsi ev 22-də 0,032150 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,10 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Ərizəçi Qurban qızının, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi Qurban qızının, X2, X19, X6, X11 və X3 adına qeydə alınmışdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 noyabr 2012-ci il tarixli AZ-İ 556727 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 18 noyabr 2012-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 oktyabr 2018-ci il tarixli AZ-İ 966255 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi Qurban qızı 27 sentyabr 2018-ci ildə ölmüşdür. İş materiallarında olan 11 fevral 1961-ci il tarixli İİ-ИЕ 091560 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 02 fevral 1961-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X8, ana qrafasında anası kimi Ərizəçi Qurban qızı qeyd edilmişdir. İş materiallarında olan 21 mart 1985-ci il tarixli X- ЖГ 428475 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 24 oktyabr 1984-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X28, ana qrafasında anası kimi X12r. İş materiallarında olan 27 noyabr 1985-ci il tarixli Xİ- ЖГ 331880 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx xxxxxx 1985-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X28, ana qrafasında anası kimi X13r. İş materiallarında olan 09 oktyabr 1984-cü il tarixli İİİ- ЖГ 390101 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X28 ilə X20 09 oktyabr 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Quluyeva soyadı verilmişdir. İş materiallarında olan orta təhsil haqqında A 674082 nömrəli attestat surətindən müəyyən olunur ki, 1985-ci ildə anadan olmuş Ərizəçi 2003-cü ildə T.İsmayılov adına Bərdə şəhər 1 saylı orta məktəbi bitirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********22 nömrəli 17 mart 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda soyadının və adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə çıxarışda düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin tam, torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi Ərizəçi Qurban qızının, torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi X2, X19, X6, X11, X3 adına qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin tam, torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi Ərizəçi Qurban qızına, torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi X4, X22, X14, X16, Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin tam, torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi Ərizəçi Qurban qızının, torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi X2, X19, X6, X11, X3 adına qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin tam, torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi Ərizəçi Qurban qızına, torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi X4, X22, X14, X16, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1583/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1583/2022
04.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver