Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-160/2022 29.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı, Cavabdeh X13, vəkili və nümayəndəsi X8 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh X11 qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyri qanuni hərəkətlərinə son qoyulması, evinə bitişik tikilən qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X13 tərəfindən qonşuluq hüququnun pozulmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasınsa və evinə bitişik tikilən qeyri qanuni tikililərin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan iki mərtəbəli, üç otaqlı, ümumi sahəsi 373,5 kv.metr, yaşayış sahəsi 83,8 kv.metr, köməkçi sahəsi 289,7 kv.metr olan yaşayış evi vardır.Cavabdeh X14 qonşusudur. Həyətyanı torpaq sahələri yanaşıdır və həyətyanı sahələrubub arasından mişar daşından hasar hördürüblər. Həmçinin onun evinin arxa hissəsi cavabdehin həyətindədir. Cavabdeh onun mülkiyyət hüququnu pozub yaşayış evinə bitişik mebel quraşdırılması və təmiri emalatxanası tikdirmişdir. Cavabdehin tikdirdiyi mebel quraşdırılması və emalatxanası evə bitişik olduğuna görə gələcəkdə yanğın təhlükəsi yaradaraq, xoşa gəlməz iylər və tozların əmələ gəlməsinə, həmçinin asudə yaşayışlarını pozan səslərin yaranmasına səbəb olur. Bununlada o, qonşu maraqlarını nəzərə almamışdır. Nəticədə o özü və ailə üzvlərinin öz evlərində və həyətlərində sərbəst hərkət edə bilmirlər. Yaz, yay və payız fəsillərində isə ümumiyyətlə evdə, həyətdə səsdən, iy-qoxda, tozdan oturmaq, dincəlmək mümkün deyildir. O da dəfələrlə Cavabdeh evlərinə bitişik mebel emalatxanası tikməməyi və mebel emalatxanasını sökməyi tələb və tövsiyə edib. Lakin sonuncu mebel emalatxaasını sökməməsi nəticəsində qarşılıqlı hörmət göstərmir və birgə yaşayış qaydalarını pozur. Onun evinə bitişik mebel emalatxanası tikməsi gələcəkdə hər zaman onların arasında konfilitik yaranmasına səbəb ola bilər. Cavabdeh dəfələrlə onun evinə bitişik emalatxana tikməsini dayandırmasını və sökməsini xəbərdar edib. Lakin cavabdeh öz bildiyini edir, onun xəbərdarlıqlarına məhəl qoymur və öz hərəkətlərini davam etdirməklə qonşuluq münasibətlərini pozur. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh qonşuluq hüquqlarını pozmaqla, yaşayış evinə bitişik mebel emalatxanası tikməklə qanun pozuntusu törətmiş və onun hüquqlarını, qanunla qorunan mənafeini pozmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X24 oğlu iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X15 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Yadigar oğlu xx xxxxxx 1952-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2705 nömrəli, 23 aprel 2021-ci il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, Xurşudov Nizami Yadigar oğlu Bərdə şəhəri, F.B.Köçərli küçəsi 18 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş AZ-T 014909 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Nəsibova Naibə İnqilab qızı 28 avqust 1984-cü il tarixdə 225 saylı akt qeydi ilə evlənmişlər, nikahdan sonra arvada Xurşudova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş 18 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanda Xurşudova Naibə İnqilab qızının xüsusi mülkiyyətinə 373.5 kv.m sahəsi olan daşınmaz əmlak və 0.05 ha torpaq sahəsi qeydə alınmışdır. Mülki işə əlavə edilmiş 01/17260 saylı arayışın surətindən müəyyən olunur ki, X3 mülkiyyətində olan Bərdə şəhəri, F.B.Köçərli küçəsi 18 ünvanında yerləşən torpaq sahəsi və evi 18 fevral 2021-ci il tarixinə bazar dəyəri 93.000 manat qiymətləndirilmişdir. Mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(021)-1807/2021 saylı qərardadına əsasən X13 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyəti vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 08 avqust 1984-cü ildə doğulmuşdur. Mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(021)-1807/2021 saylı qərardadına əsasən mülki iş üzrə tikinti-texniki ekpsertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhhkəmə Ekspertizası Mərkəzinin 10/3419 nömrəli, 24 sentyabr 2021-ci il tarixli ekspertiza rəyində göstərilmişdir ki, X2 adına verilmiş 18 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən Bərdə şəhəri, F.B.Köçərli küçəsində yerləşən 18 saylı evin arxasında cavabdeh Cavabdeh Valeh oğlu tərəfindən inşa edilmiş tikili (mebel sexi) yüngül kostruksiyalı (metal təbəqələrdən) materiallardan quraşdırıldığını nəzərə alaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1 bəndlərinin zidd olmadığı müəyyən edilir, mebel quraşdırılması və təmiri emalatxanasının yaşayış məntəqələrinin arasında inşa edilərək fəaliyyət söstərməsi məsələ tikinti-texniki ekspertin səlahiyyətlərindən kənar olduğundan tədqiqat aparılmamışdır. Mülki işə əlavə olunmuş AZE 09303581 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 13 yanvar 1960-cı ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş 20 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömmrəli reyestirdən çıxarışın surətindən müəyyən olunur ki, Abbasov Valeh Məhərrəm oğlunun mülkiyyətinə ünvan 3 ünvanında 109.6 kv.m sahəsi olan ev və 0.05 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-1807/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş dəydə göstərilmişdir ki, Bərdə şəhəri F.B.Köçərli küçəsi ev 18 də yaşayan İddiaçı qonşusu Cavabdeh həyətində fəailyyət göstərən mebel sexi ekologiyanı korlaması ilə bağlı şikayəti üzrə ekspert təyin olunması barədə 06 dekabr 2021-ci il tarixli 2(021)-1807/2021 saylı qərardad əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idərəsinin əməkdaşları tərfindən yerində araşdırma aparılmışdır. Araşdırma zamanı İdarənin əməkdaşaları tərəfindən ünvan 4 ünvanında Cavabdeh atası X5 məxsus həyətyanı torpaq sahəsində mebel sexinin fəailiyyəti zamanı atmosfer havasına atılan toztorpağın, vibrasiya və səs-küyün olması müşahidə edilsə də, ölçmə cihazı olmadığından vibrasiya və səs küyün səviyyəsini, toz-torpağın miqdarını müyyən etmək mümkün olmamışdır.Araşdırma müddətində ünvan 4 ünvanında Cavabdeh atası X6 məxsus həyətyanı torpaq sahəsinə mebel sexinin fəailyyəti zamanı yaranan vibrasiya , səs küy səviyyəsini , atmosfer havasına atılan toz torpağın miqdarını ölçmə işləri aparılaraq müəyyən edilməsində köməklik götsətrilməsi məqsədi ilə Milli Hidrometerologiya Xidmətinə İdarə tərəfindən müraciət ünvanlanmışdır. 27 yanvar 2022-ci il tarixində Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən mebel sexindən ətrafa yayılan toz-torpaq, səs-küy və vibrasiya ölçülərək ətraf mühüt üçün yol verilən hədd daxilində olduğu müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Milli Hidrometerologiya Xidməti tərəfindən tərtib edilmiş 27 yanvar 2022-ci il tarixli 0040 saylı Monitorinq Aktının surətindən müəyyən olunur ki, ətraf mühitdə fiziki təsirlərin səviyyəsi qəbul olunmuş normalar daxilindədir. İddia tələbinə dair məhkəmə qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olduğu təqdirdə məhkəmə həm iş materiallarında olan sübutları tədqiq edərək, qanunvericiliyin müddəalarını rəhbər tutaraq hesab edir ki, verilmiş iddia ərizəsi əsassız olduğundan edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı İddiaçı cavabdeh X11 qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyri qanuni hərəkətlərinə son qoyulması, evinə bitişik tikilən qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-160/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-160/2022
29.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver