Məhkəmə qərarları › İş №2(021)-1623/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1623/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1623/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, Ərizəçilərin nümayaəndəsi X12 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-017B KOD-61000028 saylı dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Azərbacyan Respublikası Bərdə rayonu X9 01 avqsut 1997-ci il tarixli 09 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0,08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-017B KOD-61000028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvlərinin adınadır. Hal-hazırda onlara verilmiş dövlət aktında bir çox səhvlik baş vermişdir. Belə ki, həmin sənəddə texniki səhvlik edərək onun soyadını Ərizəçi1 olduğu halda səhvən X2, X23 olduğu halda səhvən X3, X24 olduğu halda adını səhvən X1, Ərizəçi2 olduğu halda səhvən X5, Ərizəçi3 olduğu halda Ərizəçi3 kimi qeyd edilib. X18 08 iyul 2019-cu il tarixdə, X24 isə 11 iyul 2013-cü il tarixində vəfat etmişdir. Qeyd olunmuş yalnışların JN-017B KOD-610006028 Dövlət aktında düzgün yazılması və səhvin düzədilməsi üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə müraviət etsələrdə heç bir nəticəsi olmayıb. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi X26 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərmişdir ki, ərizəçi X27 qohumudur. Onlara ailə üzvləri ilə birlikdə verilmiş torpağın sənədində səhvlik olmuşdur. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X20 izahatında göstərmişdir ki, ərizəçilərin qohumudur. Onlara ailə üzvüləri ilə birlikdə verilmiş torpağın bütün ailə üzvülərinin adı, soyadı, ata adları səhv yazılmışdır. Məhkəmə ərizəçilərin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, JN-017B KOD 61000028 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 01 avqust 1997-ci il tarixli, 09 saylı qərarına əsasən X7, X6, X4, X14, X12, X8, X11, Ərizəçi3 mülkiyyətinə Bərdə rayonu Bəcirəvan kəndində 0.08 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1978-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 20 avqust 1998-ci ildə Bərdə rayonu, Bəcirəvan kəndində doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan DQ 017747 nömrəli şəxsi vəsiqənin surətindən müəyyən olunur ki, Ərizəçi2 20 avqust 1998-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxx 1999-cu ildə Bərdə rayonu, Bəcirəvan kəndində doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan DQ 017575 nömrəli şəxsi vəsiqənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxx 1999-cu ildə doğulmuşdur. İş materiallarında olan AA0157079 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X20 17 yanvar 1989-cu ildə doğulmuşdur. İş materiallarında olan AZE 15213540 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 27 fevral 1989-cu ildə Bərdə rayonu, Bəcirəvan kəndində doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan V-JQ 395354 nömmrəli doğum haqqında şəhdətnamənin surətindən müəyyən olunur ki, X21 06 yyanvar 1978-ci ildə doğulmuşdur, atası X28, anası X22r. İş materiallarında olan AZ-İİ 021905 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 08 iyul 2019-cu ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 616008 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X29 11 iyul 2013-cü ildə ölmüşdür. İş materiallarında olan İ-AZ 054051 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 20 avqust 1998-ci ildə doğulmuş, atası X26, anası Ərizəçi1dır. İş materiallarında olan AZ-T 093331 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxx 1999-cu ildə doğulmuşdur, atası X26, anası Ərizəçi1dır. İş materiallarında olan Bərdə rayon Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 nömrəli, 07 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 ilə X17 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 nömrəli, 07 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 ilə X25 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 nömrəli, 07 fevral 2022-cci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi3 ilə Ərizəçi3 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 nömrəli, 07 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X24 ilə X13 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 nömrəli, 07 fevral 20222-ci il tarixli arayışdan müəyyən olunur ki, X23 ilə X18 eyni şəxsdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********65 nömrəli 01 aprel 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, X7, X6, X12, X8, X11, Ərizəçi3 adına verilmiş JN- 017B KOD-610000028 şəhadətnamənin X15, X16, Qarayev Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X7, X6, X12, X8, X11, Ərizəçi3 adına verilmiş JN-017B KOD-610000028 şəhadətnamənin X15, X16, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar