Məhkəmə qərarları › İş №2(021)-1629/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1629/2021

13.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1629/2021 13.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bərdə rayonu Divanlı kəndində yaşayan İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı oğlu ərizə ilə məhkəməyə müraciət edərək, 01.08.2019-cu ildə Bərdə rayonu Divanlı kəndində vəfat etmiş anası X1 tərəfindən ona vəsiyyət üzrə vərəsə kimi miras qalmış, Bərdə rayonu Divanlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin faktiki qəbul etmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilmiş, iddia ərizəsində cavabdehin poçt ünvanı tam göstərilməmişdir. Bundan başqa İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.7-ci maddələrinin tələblərinə əməl etməyərək mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsini, yəni mirasın qəbul edilməsi ilə bağlı Bərdə regional “ASAN xidmət” mərkəzinin Notariat kontoruna müraciət etməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.0 və 150.0.7-ci maddələrinə əsasən ərizəyə maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Bu Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən iddiaçı iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pritenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən ərizəçi İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar