Məhkəmə qərarları › İş №2(021)-1631/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1631/2022

05.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1631/2022 05.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu X2 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayon Xanağalı kəndində verilmiş 1.11 ha torpaq sahəsinə verilmiş JN-0013 KOD-61012028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayon Xanağalı kəndində yerləşən 1.11 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0013 KOD- 61012028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adınadır. Hal-hazırda onlara verilmiş dövlət aktında bir çox səhvlik baş vermişdir. Belə ki, həmin sənəddə texniki səhvlik edərək onun ata adını və adı qeyd olunmuş digər şəxsin adını səhv qeyd etmişlər. Belə ki, onun ata adı Ərizəçi1 olduğu halda adını səhvən Ərizəçi1 Yusif oğlu kimi, adı Məmmədova (Xəlilova) Şəhla Yunis qızı olduğu halda adını səhvən Xəlilova Şчhla Yunis qızı kimi qeyd ediblər. Qeyd olunmuş yanlışların JN-0013 KOD-61012028 saylı Dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X7 ifadə verərək göstərmişlər ki, Torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi1 ata adı Usub oludu halda səhvən Yusif kimi, Ərizəçi2 adı Şəhla olduğu halda səhvən Şчhla kimi qeyd edilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0013 KOD-61012028 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Bərdə rayonu Xanağalı kənd sakinləri Ərizəçi1 Yusif oğlunun və Xəlilova Şчhla Yunis qızının mülkiyyətinə 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1956-cı ildə Bərdə rayonunda anadan olmuşdur, ana qrafasında anası kimi X4 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X5 xx xxxxxx 1958-ci ildə Bərdə rayonunda anadan olmuşdur, ana qrafasında anası kimi X1 qeyd edilmişdir. İş materiallarında olan İ-ЖГ 422155 saylı 17 avqust 1977-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 ilə X5 17 avqust 1977-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********090 nömrəli 15 aprel 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN-0013 saylı dövlət aktında ata adlarının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0013, KOD 61012028 saylı Dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Ərizəçi1 Yusif oğlunun və Xəlilova Şчhla Yunis qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0013 KOD 61012028 saylı Dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi1 Yusif oğlunun və Xəlilova Şчhla Yunis qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0013 KOD 61012028 saylı Dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar