Məhkəmə qərarları › İş №2(021)-1635/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1635/2022

20.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1635/2022 20.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bərdə rayonu, Otuzikilər kəndində yaşayan İddiaçı mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Otuzikilər kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1,61 ha torpaq sahəsinin-mərhum atası X2 və anası X1 məxsus hissəsinin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlak üzərində payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçı qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənədi əlavə etməmişdir. Bundan başqa iddia ərizəsinə cavabdehlərə təqdim etmək üçün sənədlərin surətləri əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar