Məhkəmə qərarları › İş №2(021)-1637/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1637/2021

22.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1637/2021 22.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, Ərizəçi Ərizəçi Kamal qızının iştirakları ilə, Ərizəçi Həsənova Laləzar Kamal qızının X3 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 29 noyabr 2002-ci il təvəllüdlü X2 uzun müddətdir ki, fiziki və psixi cəhətdən sağlam deyil. X2 özünü müstəqil idarə edə bilmir, öz hərəkətlərinin mənasını anlamır, daima yardıma və nəzarətə ehtiyacı vardır, birinci qrup əlildir. Qızında tez-tez qıc olma tutmaları olur və mütamadi müalicə alır, ona özü baxır, bu səbəbdən də hesab edir ki, onun fəaliyyət qabliyyətsizliyi məhkəmə qaydasında müəyyən edilməlidir. X5 “Fəaliyyət qabiliyyəti olmayan” hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Həsənova Laləzar Kamal qızı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Kamal qızı xx xxxx 1966-cı ildə Bərdə şəhərində doğlumuşdur, Bərdə şəhəri, K.Zahidov küçəsi ev 7-də qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2461, 13 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Həsənova Laləzar amal qızı Bərdə şəhəri, K.Zahidov küçəsi ev 7-də yaşayır. İş materillarında olan AZ-İ 322060 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 29 noyabr 2002-ci ildə doğulmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)-1637/2021 saylı 20 may 2021-ci il tarixli qərardadına əsasən Ərizəçi Kamal qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 2018 saylı 01 iyul 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, İsmayılzadə Nigar Dilqəm qızında dərin əqli gerilik uşaq serbral iflici ilə əlaqədar ( F73) aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarında psixi inkişafda geri qalması, nevroloji əlamətlərin qeyd edilmədi, Uşaq Nevroloji Xəstəxanasında, Bərdə Mərkəzi Rayon Xəstəxanasında müalicə olunması, əqli geriliklə əlaqədar təhsili ala bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər-kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional irad sferasının enməsi, yaddaş və intelektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. İsmayılzadə Nigar Dilqəm qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını və onları şüurlu idarə etmək iqtidarına malik deyildir, X9 qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, X1 onun məhkəmə iclasında iştirakını qeyri mümkün edir. Bu Məcəllənin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçi Ərizəçi X2nın fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab etməyə dair ərizə təmin edilsin. Ərizəçi Həsənova Laləzar Kamal qızının qızı X9 qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar