Məhkəmə qərarları › İş №2(021)-1647/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1647/2021

09.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1647/2021 09.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda 03 dekabr 2017-ci il tarixdə bağlanmış ƏN-İ 690268 nömrəli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında Cavabdeh oğluna ödədiyi 5500 manat məbləğində pulun qaytarılması və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Abşeron rayon Hövsan Südçülük Sovxozunun Həmkarlar Komitəsinin 08.12.2000-ci il tarixli 21 saylı protokoluna əsasən Cavabdeh oğluna ayrılmış 0.03 ha torpaq sahəsinə dair onunla şifahi formada alqısatqı müqabiləsi bağlamışlar. Bu razılaşmanın müqabilində Cavabdeh oğluna 5500 manat pul ödəmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən ona Bakı şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 03.12.2017-ci il tarixli Etibarnamə (ƏN-İ № 690268) verilmişdir. Sonradan ona məlum olmuşdur ki, etibarnamənin bağlanması daşınmaz əmlakın alqı-satqı münasibəti deyildir və onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun yaranması üçün əsas deyildir. Bu səbəbdən də hesab edir ki, etibarnamə əsassızdır və cavabdeh onun ödədiyi 5500 manat pulu geri qaytarmalıdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin azaldılması narədə ərizə təqdim edərək, iddia tələbinə yalnız 5500 manat məbləğində pulun qaytarılması və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin alınaraq onlara verilməsi hissəsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh oğlu məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu Saltaq kəndində anadan olmuşdur. Naxçıvan Muxtar Respublikası, Culfa rayonu Saltaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Abşeron rayon Hövsan Südçülük Sovxozu üzrə 09.12.2020ci il tarixli 16 saylı Əmrdən Çıxarışdan görünür ki, Cavabdeh 0.03 ha torpaq sahəsi ayrılmışdır. Mülki işə əlavə edilmiş Cavabdeh Suraxanı RPİ-də verdiyi izahatdan görünür ki, Cavabdeh İddiaçı 5500 manat pulu aldığını etiraf etmişdir. Mülki işə əlavə edilmiş 03.12.2017-ci il tarixli ƏN-İ № 690268 saylı Etibarnamədən görünür ki, Cavabdeh İddiaçı oğluna 10 il müddətinə etibarnamə vermişdir. Mülki işə əlavə edilmiş İddiaçı oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, İddiaçı oğlu Cavabdeh tərəfindən ona verilmiş 7E-60845 saylı Etibarnamədən imtina etdiyini bildirmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh oğlu torpaq sahəsini satmaq adı ilə İddiaçı 5500 manat pul almışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Cavabdeh oğlunun Suraxanı RPİdə verdiyi izahatı nəzərə alınmaqla iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz ) manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar