Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1648/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-0094 KOD 61009018 olan dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli 11 saylı qərarına əsasən onlara ailə üzvüləri ilə birlikdə Bərdə rayon Qaradəmirçi kəndində yerləşən 0.62 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-0094 KOD 61009018 olan Dövlət aktı da almışlar. Həmin dövlət aktında soyad, ad və ata adımda texniki səhv X2 qeyd edilmişdir. Dövlət aktında olan səhvin düzəldilməsi üçün maraqlı şəxsə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Odur ki, JN- 0094 KOD 61009018 olan Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, ərizəçinin dayısı oğludur, Ərizəçi verilmiş torpağın mülkiyyətinə dair dövlət aktında ad soyadda səhvlik olubdur. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, ərizəçi bacısıdır, torpaq shənədində adını ata adını səhv yazıblar. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN 0094 KOD 61009018 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli, 11 saylı qərarına əsasən Bərdə rayonu Qaradəmirçi kənd sakinləri X1, X3 mülkiyyətində Bərdə rayonu, Qaradəmirçi kəndində 0.62 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Qaradəmirçi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 552 nömrəli, 04 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 0094 Torpağa Mülkiyət hüququna dair dövlət aktında 2-ci şəxsin adı və atasının adı texniki səhv olaraq X10 yazılmışdır, düzgün yazılışı isə X7r. İş materiallarına əlavə edilmiş Qaradəmirçi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 553 nömrəli 04 aprel 2022-ci il tarixli arayışdan görünür ki, X4, Bərdə rayonu Lək kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Qaradəmirçi kənd İnzibati ərazi dairəsi üzrə nümayyəndəliyi tərəfindən verilmiş 376 nömrəli 11 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Lək kəndində yaşayır İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1973-cü il tarixdə Laçın rayonunun Dambulaq kəndində doğulmuş, Bərdə rayonu, Lək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 06805145 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 14 avqust 1971-cü il tarixdə Bərdə şəhərində kəndində doğulmuş, Bərdə rayonu, Lək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 ilə X12 18 may 1995-ci il tarixli 19 nömrəli akt qeydi ilə nikah bağlamışlar, nikahdan sonra arvada Eyvazova soyadı verilmişdir. İş materiallaarında olan İİ-JQ 403865 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx xxxxxxx 1973-cü ildə doğulmuşdur, atası Heydərov Sətdar, anası X5r. İş materiallarında olan İ-AZ 054364 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 16 yanvar 1999-cu ildə doğulmuşdur, atası X4, anası Ərizəçidır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 01 aprle 1971-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur k, X14 30 mart 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********01 nömrəli 14 aprel 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN 0094 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0094 KOD 61009018 dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X3 adına verilmiş JN-0094 KOD 61009018 dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X3 adına verilmiş JN-0094 KOD 61009018 dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun ƏhmədoV
Məhkəmə qərarları › İş №2(021)-1648/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1648/2022
22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver