Məhkəmə qərarları › İş №2(021)-165/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-165/2025

21.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-165/2025 21.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili X18, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras qalmış əmlakın vərəsələr arasında bölünməsi, mirasın naturada bölünərək onun payının ayrılıb verilməsi və evə köçmə” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “payların müəyyən edilməsi, paylı mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 21 yanvar 2026-cı il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İlkin iddia tələbi İddiaçılar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2na məxsus olan Bərdə rayon Cəyirli kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində yerləşən ümumi yaşayış sahəsi 48.80 kv.m olan fərdi yaşayış evinin vərəsələr arasında bölünməsini, mirasın naturada bölünərək onun payının ayrılıb verilməsi və onun həmin evə köçürülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçılar İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o Bərdə rayon sakini X11 ilə 2000-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə nikah dövründə isə övladı olmamışdır. O, Xanlar Rüstəmov ilə ailə həyatı quran zaman birinci həyat yoldaşı vəfat etmiş və azyaşlı övladları ilə birlikdə yaşamışdır. X11 xx.xx.2023-cü il tarixdə, X8 Svetlana Xanlar qızı isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Xanlar Rüstəmov onunla evlənən zaman onlara məxsus olan Bərdə rayon Cəyirli kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində yerləşən ümumi yaşayış sahəsi 48.80 kv.m olan fərdi yaşayış evində yaşamışlar. O, Xanlar Rüstəmov ilə ailəli olan zaman fərdi yaşayış evinin heç bir sənədi olmamışdır. Daha sonra isə xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Xanlar Rüstəmovun həyat yoldaşı X14 vərəsələri mərhum həyat yoldaşı və hazırki iş üzrə cavabdehlər (0.25 ha torpaq sahəsi ) bərabər hissələrdə irs almışlar. Həmçinin xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 vərəsələri X3 əri X15 miras əmlakdan bərabər hissələrlə irs almışlar. Daha sonra xx.xx.2016-cı il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən miras payı X9 bağışlanmışdır. Hazırda həmin əmlak ********** qeydiyyat nömrəsi ilə fərdi yaşayış evi tam, torpaq sahəsi 9/24 hissə ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həyat yoldaşı ilə ailəli olan zaman o hər zaman həmin evdə mərhumla birlikdə yaşamışdır. Həyat yoldaşı vəfat etdikdən sonrda orada yaşamağına baxmayaraq hazırki iş üzrə cavabdehlər ögey övladları onun həmin evdə yaşamağını istəməmişlər. Onunla hər gün dalaşaraq onu canından bezdirmək istəyirlər ki, o həmin evdən çıxsın. Hazırda o məcbur qalıb evdən çıxmış və cehiz əşyaları həyətdə qalmışdır. Yağan yağışdan isə əşyaları məhv olmuşdur. Bunun üçün də miras qalmış əmlakın vərəsələr arasında bölünməsini, mirasın naturada bölünərək onun payının ayrılıb verilməsi və onun həmin evə köçürülməsini xahiş edir. Qarşılıqlı iddia üzrə tələb Qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəməyə müraciət edərək, Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən 113.4 kv. metr daşınmaz əmlakın ½ hissəsinə mərhum anaları X16 əmlak payının müəyyən edilməsini, Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən X2ndan miras qalmış 0.25 ha torpaq sahəsində olan 9/24 hissə və 113.4 kv. metr sahədən ibarət daşınmaz əmlakda olan ½ hissə əmlakına bizim ¼ hissə miras paylarının müəyyən edilməsini və X5 miras qalmış əmlaka İddiaçı ¼ hissə əmlak payına 2000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsası Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar doğma bacı qardaşdırlar. X1, anaları X29 olmuşdur. X33 08 iyun 2001-ci ildə vəfat etmişdir. Anaları vəfat etdikdən sonra ataları Xanlar Rüstəmov 2003-cü ildə vəfat etmişdir. Atalarından Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsində yerləşən 113.4 kv. metr daşınmaz əmlak qalmışdır ki, onunda 48.8 kv. metr hissəsi 2 yaşayış otağından ibarətdir. Həmin daşınmaz əmlaklar 1983-cü ildə inşa edildiyindən hissəsi anası Əsli Rüstəmova ilə birgə ataları Xanlar Rüstəmovun ümumibirgə mülkiyyətində olmuşdur. Anaları vəfat etdikdən sonra ataları Xanlar Rüstəmov 11 dekabr 2002-ci ildə X19 ilə nikaha girmiş və Rüstəmova soyadını qəbul etmişdir. Hazırda İddiaçı onlara qarşı «01 noyabr 2023-cü ildə vəfat etmiş X2na məxsus olan Bərdə rayonu Cəyirli kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi 48.80 kv. metr olan fərdi yaşayış evinin vərəsələr arasında bölünməsi, mirasın naturada bölünməsi, payının ayrılıb verilməsi və həmin mənzilə köçürülmə tələbinə dair» iddia qaldırmışdır.Əvvəla həmin daşınmaz əmlak Bərdə rayonu Cəyirli kəndində deyil, Qaraqoyunlu kəndində yerləşir və 0.25 ha torpaq sahəsi ataları Xanlar Rüstəmovun şəriksiz deyil, onlarla birgə paylı mülkiyyətində olmuşdur. Belə ki, Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən 0.25 ha torpaq sahəsi onların hər birinin payı 5/24, ataları Xanlar Rüstəmovun payı isə 9/24 hissə olmaqla xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Qeyd edir ki, atasından miras qalmış 9/24 hissə torpaq payı 9.3 ha torpaq sahəsindən ibarətdir ki, ¼ hissə pay burada 2.3 ha torpaq sahəmindən ibarət paydır. 113.4 kv. metr sahədən ibarət daşınmaz əmlakda isə həmin pay Xanlar Rüstəmovun hissə payına münasibətdə 14 kv. metr edir ki, 48.8 kv. metr yaşayış otağına münasibətdə is 6 kv. metr sahədir. Artıq atası vəfat etdiyindən əvvəldən xoş olmayan münasibətləri daha da korlanmışdır. İlkin iddia tələbi həcminin azaldılması İddiaçı məhkəməyə ərizə verərək, iddia ərizəsi həcmini azaldaraq, xahiş etdim hissəsində xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2na məxsus olan Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində yerləşən ümumi yaşayış sahəsi 48.80 kvadratmetr olan fərdi yaşayış evinin vərəsələr arasında bölünməsinin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi həcminin azaldılması Qarşılıqlı iddia üzrə iddaçılar məhkəməyə ərizə təqdim edərək, iddia tələbi həcmini azaldaraq Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən 113 kvadratmetr daşınmaz əmlakın ½ hissəsinə mərhum anaları X23 əmlak payının müəyyən edilməsini, Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən X2ndan miras qalmış 0.25 ha torpaq sahəsində olan 9/24 hissəsinə və 113.4 kvadratmetr sahədən ibarət olan daşınmaz əmlakın ½ hissəsinə ¼ hissədə miras paylarının müəyyən olunmasını xahiş etmişlər. Tərəfin izahatı Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını müdafiə etdiyini qeyd edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X31 paylarını müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili X24 qarşılıqlı iddia tələbinin azaldılan hissədə təmin edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ilkin iddia və qarşılıqlı iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələblərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1959-ci il tarixdə Ermənistan Tumanyan rayonunda anadan olmuşdur. Bərdə rayonu Qaraqoyunlu kəndində qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli 1096/2024 saylı Bərdə regional “Asan xidmət” mərkəzində Notariat ofisinin verdiyi məktubdan görünür ki, əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə alınmalıdır. Odur ki, bununla bağlı müvafiq rayon məhkəməsinə müraciət etməyinizi xahiş edirəm. xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-4868/2023 saylı məlumatdan görünür ki, X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli 3-13-68/2-46887/23 saylı məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü vətəndaş Cavabdeh2 xx.xx.2016-cı il tarixdə Asan-Bərdə tərəfindən AZE******** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Bərdə rayonu Qaraqoyunlu kəndi, xx.xx.1981-ci il təvəllüdlü vətəndaş Cavabdeh3 xx.xx.2018-ci il tarixdə Bərdə RPŞ tərəfindən AZE******** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Bərdə rayonu Qaraqoyunlu kəndi xx.xx.1987-ci il təvəllüdlü vətəndaş Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ASAN-Bərdə tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli vəkil orderindən görünür ki, X4 Mərziyə Maksim qızına hüquqi yardım göstərmişdir. 3194 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür. xx.xx.2023-cü il tarixli 277390 saylı Bərdə rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. X3, anası X20r. xx.xx.2023-cü il tarixli 450205 saylı arayışdan Bərdə rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. X3, anası X20r. xx.xx.2023-cü il tarixli Bərdə rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Mədə girəcəyinin bədxassəsi yeni törəməsi nəticəsində ölmüşdür. xx.xx.2023-cü il tarixli 495645 saylı arayışdan Bərdə rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X12 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. X3, anası X20r. xx.xx.2023-cü il tarixli 433454 saylı Bərdə rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X12 xx.xx.2011-ci il tarixdə “böyrək çatışmamazlığı nəticəsində ölmüşdür. xx.xx.2023-cü il tarixli 437601 saylı Bərdə rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, Cavabdeh3 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. X3, anası X20r. xx.xx.2024-cü il tarixli vəkil orderindən görünür ki, Vəkil Cavabdeh1 hüquqi yardım göstərmişdir. xx.xx.2024-cü il tarixli 384732 saylı etibarnamədən görünür ki, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 etibarnamə üzrə səlahiyyətlər vermişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh1 məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. 093361 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2001ci il tarixdə “beyinə qan sızma “ nəticəsində ölmüşdür. xx.xx.2023-cü il tarixli 387846 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə “mədə girəcəyinin bədxassəli yeni törətməsi nəticəsində ölmüşdür. xx.xx.2016-cı il tarixli 076628 saylı çıxarışdan görünür ki,Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evinin sahəsi 113.4 kvadratmetrdir. Cavabdeh2 5/24 hissə, Cavabdeh3 5/24 hissə, Cavabdeh1 5/24 hissə, X11 9/24 hissə sahibidir. Qeydiyyat nömrəsi ********** saylıdır. Köməkçi otaq 50.3 kvadratmetr, yaşayış otağı 23.8 kvadratmetr, yaşayış otağı 25 kvadratmetr, mətbəx 9.7 kvadratmetr və sanitarqovşağı 4.6 kvadratmetrdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarından görünür ki, X7 6 akt qeydi var. Bunlar 391 saylı nikah haqqında akt, 88 saylı doğum haqqında akt, 80 saylı nikah haqqında akt, 29 saylı doğum haqqında akt, 79 saylı doğum haqqında akt və 14 saylı doğum haqqında aktdır. xx.xx.2024-cü il tarixli 3-16-5/7-69-R-538-/2024 saylı aktdan görünür ki, X11 ilə X19 arasında xx.xx.2002-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 391 saylı akt qeydi ilə nikah tərtib edilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1980-ci il tarixdə Bərdə rayonu Qaraqoyunlu kəndində anadan olmuşdur. Həmin ünvanda qeydiyyatdadır. xx.xx.1977-ci il tarixli 441294 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X25 arasında xx.xx.1977-ci il tarixdə 30 saylı akt qeydi ilə nikah tərtib edilmişdir. xx.xx.1980-ci il tarixli 450205 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. X3, anası X20r. xx.xx.1981-ci il tarixli 437601 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. X3, anası X20r. xx.xx.2024-cü il tarixli 835 saylı Bərdə RİHB-nin Güloğlular i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, X2na məxsus olan fərdi yaşayış evi 1983cü il tarixdə Bərdə rayonu Qaraqoyunlu kəndinə tikilmişdir. X2 və İddiaçı birgə niikah dövründə 2016-cı il ərəfədə eyvan hissəsi qəzalı olduğu üçün yenidən təmir olunmuş, mətbəx otağı bölünərək hamam və mətbəx otağı inşa olunmuşdur. Tətbiq edilən hüquq Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1282.1. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. 1193. Mirasda məcburi pay anlayışına əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia tələbi isə təmin edilməli, Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən 113,4 kvadratmetr daşınmaz əmlakın ½ hissəsinə X16 payı müəyyən edilməli, Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən X2ndan miras qalmış 0.25 ha torpaq sahəsinin 9/24 hissəsinə və 113.4 kvadratmetr sahədən ibarət olan daşınmaz əmlakın 1/2 hissəsinə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ¼ hissədə payları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Qətetdi:

İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən 113,4 kvadratmetr daşınmaz əmlak üzərində X16 1/2 hissədə payı müəyyən edilsin. Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən X2ndan miras qalmış 0.25 ha torpaq sahəsinin 9/24 hissəsinə və 113.4 kvadratmetr sahədən ibarət olan daşınmaz əmlakın 1/2 hissəsinə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1/4 hissədə payları müəyyən edilsin. İlkin və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumları ödəmiş tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar