Məhkəmə qərarları › İş №2(021)-1680/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1680/2022

20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1680/2022 20.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçilər X13 və Ərizəçi Canahgir qızının nümayəndəsi X19 iştirakları ilə, Ərizəçilər Ərizəçi Canahgir qızının, X13 və X16 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi Canahgir qızı, X23 və X26 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-354A KOD-61008078 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Ərizəçilər ərizəsini belə əsaslandırmışdır ki, Torpağın mülkiyyətə verilməsinə dair JN- 354A KOD-61008078 saylı Şəhadətnamədə onların ad, ata adı və soyadları yanlışlıq olaraq Ərizəçi Canahgir qızı- “X5”, X23-X29 və X26- X7 qeyd edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X23 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi Canahgir qızının nümayəndəsi X30 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi X26 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE 15161253 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X30 xx.xx.1966-ci ildə Bərdə rayon Alaçadırlı kəndində anadan olmuşdur. Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Canahgir qızı xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE 16798207 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X23 xx.xx.1992-ci ildə Bərdə rayon Alaçadırlı kəndində anadan olmuşdur. Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X26 xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01586 saylı xx.xx.2021ci il tarixli arayışdan görünür ki, X11 rayon Alaçadırlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Vİ-З №1233027 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X30 xx.xx.1966-ci ildə Bərdə rayon Alaçadırlı kəndində anadan olmuşdur. X10, anası X8r. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ №381949 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1969cu ildə Bərdə rayon Xanərəb kəndində anadan olmuşdur. X4, anası X6r. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ №357843 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X30 ilə X9 xx.xx.1990-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş XVİİ-ЖГ №255156 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 xx.xx.1992-ci ildə Bərdə rayon Alaçadırlı kəndində anadan olmuşdur. X12, anası Ərizəçi Canahgir qızıdır. İş materiallarına əlavə edilmiş XVİİ-ЖГ №473244 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 xx.xx.1994-cü ildə Bərdə rayon Alaçadırlı kəndində anadan olmuşdur. X12, anası Ərizəçi Canahgir qızıdır. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-354A KOD- 61008078 saylı Şəhaadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi Bərdə rayon Alaçadırlı kənd sakinləri X19, X2, X20 və X14 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi Canahgir qızı torpağın mülkiyyət hüququna dair JN-354A saylı Dövlət Aktında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-354A KOD-61008078 saylı Şəhadətnamədə yanlışlıq olaraq Ərizəçi Canahgir qızının adı və ata adı “X5” kimi, X1 “X29” və X3 “X24” kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-354A KOD-61008078 saylı Şəhadətnamədəki – “X5”, X29 və X24 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi Canahgir qızına, X18 və X21 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-354A KOD-61008078 saylı Şəhadətnamədəki “X5”, X29 və X24 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi Canahgir qızına, X18 və X21 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-354A KOD-61008078 saylı Şəhadətnamədəki qeyd olunmuş mülkiyyətçilər “X5”, X29 və X24 yazılarının müvafiq olaraq mülkiyyətçilər- Ərizəçi Canahgir qızına, X18 və X21 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar