Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1718/2023 29.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 10 avqust 1966-cı il təvəlüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,qardaşı 10 avqust 1966-cı il təvəllüdlü X3 ruhi əsəb xəstəsidir. Ağır dərəcəli əqli gerilik, davranış pozğunluqları var. Ağır xəstəliyinə görə müalicə alsa da,bir xeyri olmamışdır. Hal-hazırda özünü idarə etmək iqtidarında deyildir,o heç nəyi başa düşmür,dərk etmir,gecələr yatmır,mütəmadi qışqırır,demək olar ki,heç bir fəaliyyət qabiliyyəti yoxdur. Odur ki,ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun ifadə verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 01 avqust 1961-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs Başçısının Lənbəran Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 mart.2023-cü il tarixli 147 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Lənbəran kəndində yaşayır. Mülki işə əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 10 avqust 1966-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs Başçısının Lənbəran Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli 146 nömrəli arayışdan görünür ki, X2 rayon Lənbəran kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli AZ- №030587 nömrəli Arayışdan görünür ki, Ərizəçi 01 avqust 1961-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli AZ-T №225455 nömrəli Arayışdan görünür ki, X8 10 avqust 1966-cı il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Ata qrafasında ata adı X5, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş 09 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş AZS-025 nömrəli X10 Kartasından görünür ki, X6 “Şizofreniya paranoid forma, epilepsiya nəticəsində şəxsiyyət dəyişməsi” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X17 X9 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 328 saylı 30 may 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, 10 avqust 1966-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 10 avqust 1966-cı il tarixdə anadan olmuş X8 öz hərəkətlərini mənasını anlamaq və tam idarə etmək qabliyyətində deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 10 avqust 1966-cı il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilsin. 10 avqust 1966-cı il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1718/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1718/2023
29.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver