Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1724/2023 16.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X28, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X41 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında DTXK-nin Bərdə rayon Şöbəsi tərəfindən verilmiş JN 253 nömrəli, 61020018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktında səhv göstərilmiş “X3” şəxsiyyyət vəsiqəsində “Ərizəçi1, “X14” şəxsiyyət vəqisəsində “X17”, “X5” şəxsiyyət vəsiqəsində “Məmmədova (Yusifova) Mahirə Məhərrəm qızı” olması nəzərə alınaraq Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının onlara məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx xxxxx 1954-cü ildə, Məmmədova (Yusifova) Mahirə Məhərrəm qızı xx xxx 1977-ci ildə, X17 1932-ci ildə Bərdə rayonu, Xəsili kəndində anadan olmuşdurlar, hazırda da Bərdə rayonu, Xəsili kəndində yaşayırlar. X17 28 sentyabr 2003-cü ildə həmin kənddə vəfat etmişdir. Ərizəçi1 kimi onun adı «Gülarə», ata adı «Xanlar», soyadı «Allahverdiyeva»-dır, bu ad, ata adı və soyad ilə doğum haqqnda səhadtənamə, şəxsiyyət vəsiqəsi da almışdır, həmçinin nikah haqqnda şəhadatnaməmdə və digər sənədlərdə də adı «Gülarə», ata adı «Xanlar», soyadı «Allahverdiyeva» yazılmışdır. Bütün sənədlərində adı Gülarə kimi qeyd olunmuşdur. Həmçinin Ərizəçi2 (Yusifova) kimi onun adı «Mahirə», ata adı «Məhərrəm», soyadı “Məmmədova”-dır. Bütün sənədlərdə ad, ata adı, soyad Məmmədova (Yusifova) Mahirə Məhərrəm qızıdır. Həmçinin mərhumə Həsrət Allahverdiyevanın adı «Həsrət», ata adı «Yusif», soyadı «Allahverdiyeva»-dır. Bütün sənədlərdə ad, ata adı, soyadı X8r. Bərdə rayon Aqrar islahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə mərhum X15, mərhum X17, Yusifova (Məmmədova) Mahirə Məhərrəm qızı və Ərizəçi1 ibarət ailə üzvlərinə Bərdə rayonu, Xəsili kəndində yerləşən 3,08 hektar kənd tasırrüfatı təyinatlı torpağ sahəsi mülkiyyətlərinə verilmisdir. Qərar əsasında DTXKnin Bərdə rayon şöbəsi tərəfindən onlara JN-253 nömrəli KOD 61020018 olan torpağın mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktında Ərizəçi1 olmağına baxmayaraq, Dövlət aktnın 2-ci vərəqəsində səhvən adı «Gülnarə» kimi göstərilmişdir. Həmçinin Yusifova (Məmmədova) Mahirə Məhərrəm qızı olmağına baxmayaraq, Dövlət aktında adı, ata adı və soyadı «X16» kimi yazılmışdır. X17 olmağına baxmayaraq, Dövlət aktnın 2-ci vərəqəsində adı, ata adı ve soyadı «X19» kimi yazılmışdır. Mərhum ailə başcısı X15 25 aprel 2011-ci ildə ölmüşdür.Hazırda onlar ailə üzvləri hər biri vərəsəlik hüquqları, əmlak paylarını müəyyan etmək və həmin kənd təsərrüfatı təyinatlı torpaq sahasinə mülkiyyət hüququna dair çıxaırışı almaq istəyir. Ancaq Torpağa mülkiyyət hüququna dair J N-253 nömreli KOD 61020018 olan Dövlət aktında, ata adlarının, soyadlarının düzgün qeyd edilməməsi onlar üçün bir sıra çətinliklər yaradır və gələcəkdə də çətinliklər yaradacaqdır. Bununla bağlı Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-ni publik hüquqi Şəxsin 7 saylı Bərdə ərazi İdarəsinin 05 dekabr 2022-ci il tarixli **********39 nömrəli məktubunda səhv olaraq X1, Yusifova (Allahverdiyeva) Mahirə Məhərrəm qızı əvəzinə səhv olaraq X2, X17 əvəzinə səhv olaraq X4 yazılması onlara məlum deyildir. Həmin sənədin vətəndaşa məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvin düzəldilməsi xidmətin 7 saylı Bərdə ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Sözügedən uyğunsuzluğun araşdılaraq düzəldilməsi üçün aidiyyatı olaraq Məhkəməyə müraciət etmələri məqsədəuyğun olardı. Onlar qeyd edilən Dövlət aktında soyadın, adın, ata adının düzgün qeyd edilməsini başqa yolla əldə edə bilmirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X41 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında göstərmişdir ki, ərizəçinin qonşusudur. Onlara verilən torpaq sənədində adları səhv yazılmışdır. Bu səhvliyə görə torpaq üzərində hüquqlarını həyata keçirdə bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 izahatında göstərmişdir ki, ərizəçilər ilə qonşuluqda yaşamaqla bərabər qohumdurlar. Onlara verilmiş torpağın sənədində adları, soyadları tamamilə səhv yazılıb. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-253 KOD 61020018 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1999-cu il tarixli 02 saylı qərarına əsasən Bərdə rayonu Xəsili kənd sakinləri X15, X3, X10, X5 mülkiyyətinə 3.08 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxx 1954-cü ildə Qazaxstan Respublikasında doğulmuşdur, Bərdə rayonu, Xəsili kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının vəsiqəsinin surətindən müəyyən olunur ki, X18 dövlət tərəfindən müəyyən olunmuş güzəştlərdən istifdə edə bilər. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X23 06 oktyabr 1972-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X24 16 dekabr 1979-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 443 nömrəli, 19 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 B ərdə rayonu, Xəsili kəndində yaşayır. İş materiallarına əlvə olunmuş 21 oktyabr 2022-ci il tarixli, 253619 nömrəli çıxarışdan müəyyən olunur ki, X15 və X29 04 dekabr 1974-cü ildə evlənmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 454 nömrəli, 25 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 B ərdə rayonu, Xəsili kəndində yaşayır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxx 1977-ci ildə Bərdə rayonu, Xəsili kəndində doğulmuşdur, Bərdə rayonu, Xəsili kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş İV-JQ 489362 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 1 may 1977-ci ildə doğulmuşdur, atası X15, anası Ərizəçi1dır. İş materiallarında olan Vİ-496930 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 ilə X25 07 oktyabr 1999-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 459 nömrəli, 26 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X17 28 sentyabr 2003-cü ildə Bərdə rayonu, Xəsili kəndində vəfat etmişdir. İş materiallarında olan 066515 nömrəli, 21 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X17 28 sentyabr 2003-cü ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 445 nömrəli, 19 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 253 KOD ********* olan Dövlət Aktında qeyd edilmiş X9 ilə Ərizəçi1 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayonu, Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 446 nömrəli, 19 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 253 KOD ********* olan Dövlət Aktında qeyd edilmiş X16 ilə X11 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon, Dövlət arxivi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 51 Saylı arayışdan müəyyən olunur ki, Rayon Dövlət Arxivində 84 saylı fondda mühafizə edilən Bərdə rayon Xəsili kənd İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyinin Xəsili kəndi üzrə 1996-2000-ci illərə aid 5 saylı Təsərrüfatbaşına kitabın 232 saylı şəxsi hesabına əsasən vətəndaş, X6 ailə başçısı olduğu, bacısı X7 1932-ci ildə anadan olduğu, qardaşının təsərrüfatında adı qeyd olunduğu, adlarına olan torpağın 1995-1998-ci illərdə 0.25 olduğu qeyd olunub. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X41 7 saylı Bərdə Ərazi İdarəsinin **********39 nömrəli 05 dekabr 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN 253 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X41 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-253 KOD 61020018 olan dövlət aktının X12, X13, Məmmədova (Yusifova) Mahirə Məhərrəm qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-253 KOD 61020018 olan dövlət aktının X12, X13 və Məmmədova (Yusifova) Mahirə Məhərrəm qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1724/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1724/2023
16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver