Məhkəmə qərarları › İş №2(021)-173/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-173/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-173/2021 10.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.07.2006-cı il tarixli 06 nömrəli qərarı ilə verilmiş A № 078305 saylı Torpaq sahəsinin planı və ölçü sənədinin ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.07.2006-cı il tarixli 06 nömrəli qərarı ilə onun ünvan 1 ünvanında yerləşən 535.45 kv.m sahədə ei vardır. Həmin yaşayış sahəsinə A № 078305 saylı Torpaq sahəsinin planı və ölçü sənədi verilmişdir. Həmin sənəddə onun adı və ata adı yanlışlıq olaraq Ərizəçi oğlu əvəzinə – “X10 oğlu ” kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizədə göstərlənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №17727430 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi oğlu 13.03.1966- cu ildə Bərdə rayon Şirvanlı kəndində anadan olmuşdur. Bərdə rayon Natavan küçəsi ev 50 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1625 saylı Arayışdan görünür ki, Ərizəçi oğlu ünvan 4 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş İV-JQ № 316305 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi oğlu 13.03.1966-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Anası Babayeva Göyçək Məhəmməd qızıdır. Ata qrafası isə boş saxlanılmışdır. İş materiallarına əlavə edilmiş AG-İİ № 207102 saylı Təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi oğlu 1981-ci ildə Bərdə şəhərndə 8-ci sinifini bitirmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 413389 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi oğlu ilə X8 05.03.2021-ci ildə Bərdə rayon Qeydiyyat Şöbəsində 19 saylı akt qeydi ilə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş XVİ-JQ № 261383 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10.08.1991-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Atası Ərizəçi oğlu, anası X7r. İş materiallarına əlavə edilmiş XV-JQ № 274805 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 19.02.1990-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Atası Ərizəçi oğlu, anası X7r. İş materiallarına əlavə edilmiş İİ-LK № 568076 saylı Qısa müddətli pasportun surətindən müəyyən ounur ki, X5 pasportun itməsi haqqında ərizə əsasında qısa müddətli – 19.10.1973-cü il tarixə kimi pasport verilmişdir. (1903-cü ildə anadan olmuşdur) İş materiallarına əlavə edilmiş 10.03.1989-cu il tarixli Təhkim Aktından görünür ki, Bərdə rayon XDS İcraiyyə Komitəsinin 27.02.1989-cu il tarixli 04 saylı qərarına əsasən Bərdə şəhər sakini Ərizəçi Bakı küçəsi dördüncü paralel küçəsi 82-də yaşayış evi tikdirmək üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 078305 saylı Torpaq sahəsinin planı və ölçü sənədinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.06.2006-ci il tarixli, 06 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün Bərdə şəhərində 535.45 kv.m torpaq sahəsi X10 oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********99 nömrəli 27.01.2020-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi oğlu torpağın mülkiyyət hüququna dair A № 078305 saylı Torpaq sahəsinin planı və ölçü sənədində səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, sənəddə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 623 nömrəli 18.12.2020-ci il tarixli Mütəxəssis rəyində qeyd olunmuşdur: iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə Dövlət Topaq və Xəritəçəkmə Komitəsi Bərdə rayon Şöbəsindəki AN 078305 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 535.45 ha torpaq sahəsi koordinatları müqayisə olundu. Məlum oldu ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. 10.03.1989-cu il tarixli təhkim aktına, həmin torpaq sahəsinin yerləşmə mövqeyini təyin edəcək sxemə əlavə olunmadığından qeyd olunan ünvana aid edilib-edilməməsini təyin etmək mümkün deyildir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, A № 078305 saylı Torpaq sahəsinin planı və ölçü sənədində yanlışlıq olaraq Ərizəçi oğlunun adı– “X10 oğlu” kimi qeyd edilmişdir. A № 078305 saylı Torpaq sahəsinin planı və ölçü sənədinin Ərizəçi oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, A № 078305 saylı Torpaq sahəsinin planı və ölçü sənədinin Ərizəçi oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. A № 078305 saylı Torpaq sahəsinin planı və ölçü sənədində qeyd olunmuş mülkiyyətçi “X10 oğlu” yazısının Ərizəçi oğluna məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar