Məhkəmə qərarları › İş №2(021)-1748/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1748/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1748/2022 14.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X28 katibliyi, Ərizəçi1, Ərizəçi2 nümayəndəsi X19, maraqlı şəxslər X8, X3, X9 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək JN 0003, KOD 61020018 seriyalı Torpağa mülkiyyət X6 “X12”nın adı və ata adının “Ərizəçi2” kimi, “Ərizəçi1 Cəlal oğlu”nun ata adının isə “Ərizəçi1” kimi qeyd olunmaqla, hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə onlara Bərdə rayonu Xəsili kəndində iddiaçılardan Ərizəçi1 və 5 nəfərdən ibarət ailə üzvülərinə ümumilikdə 4.03 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN 0003, KOD 61020018 seriyalı Torpağın Mülkiyyət Hüququna X55 da verilmişdir. Sözügedən dövlət aktında onların ad və ata adları müvafiq olaraq “Ərizəçi1 Cəlal oğlu” və “X12” kimi yanlış qeyd olunmuşdur. Onlara məxsus bütün sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqələrində və doğum haqqında şəhadətnamələrdə, ad, soyad və ata adı düzgün olaraq “Ərizəçi1 və Ərizəçi2” kimi qeyd olunmuşdur. Bərdə rayon Xəsili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 136 və 137 saylı arayışlardan göründüyü kimi, sözügedən Dövlət Aktında ad və ata adları yanlış olaraq “Ərizəçi1 Cəlal oğlu” və “X12” kimi qeyd olunmuşdur. Əslində Ərizəçi1 və Ərizəçi2 kimi oxunmalıdır. Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə onlara verilmiş JN 0003, KOD 61020018 seriyalı Torpağın Mülkiyyət Hüququna X54 müvafiq düzəliş edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi darəsinə müraciət etsələr də, sözügedən qurumdan xx.xx.2022-ci il tarixdə cavab verilmişdir ki, məhkəməyə müraciət etməlidirlər. Torpağın Mülkiyyət X6 addakı uyğunsuzluğu başqa cür aradan qaldıra bilmirlər. Məhkəmə iclasında Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi X29 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında maraqlı şəxslər X20, X13, X2 rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə onlara 4,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyini, həmin torpağa görə JN 0003, KOD 61020018 seriyalı Torpağa Mülkiyyət Hüququna X55 verildiyini, dövlət aktında Ərizəçi1 ata adı texniki səhv olaraq Cəlal kimi, Ərizəçi2 adı və ata adı texniki səhv olaraq X1 qeyd edilmişdir. Ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs X17 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxs X26 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin və maraqlı şəxslərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X30 və X33 ifadə verərək göstərmişlər ki, Torpağa mülkiyyət hüququna X54 Ərizəçi1 ata adı Həbib oludu halda səhvən Cəlil kimi, Ərizəçi2 adı Sərfinaz, ata adı Ramiz olduğu halda səhvən adı Sərfxaz, ata adı Ramazan kimi qeyd edilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0003 KOD-61020018 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 nömrəli qərarına əsasən Bərdə rayonu Xəsili kənd sakinləri Ərizəçi1 Cəlal oğlunun, X10, X4, X14, X11, X5 mülkiyyətinə 4,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2018-ci il tarixli AZ-İV 121072 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1996-cı ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X34, ana qrafasında anası kimi X35 qeyd edilmişdir. İş materiallarında olan 02 may 1965-ci il tarixli AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1965-ci ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X36, ana qrafasında anası kimi X22 qeyd edilmişdir. İş materiallarında olan 29 noyabr 1988-ci il tarixli Xİİİ- ЖГ 319578 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 12 sentyabr 1988-ci ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi Ərizəçi1, ana qrafasında anası kimi X23 qeyd edilmişdir. İş materiallarında olan 06 aprel 1966-cı il tarixli AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 16 mart 1966-cı ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X18, ana qrafasında anası kimi X24 qeyd edilmişdir. İş materiallarında olan 06 mart 1990-cı il tarixli XV- ЖГ 274585 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 18 avqust 1990-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi Ərizəçi1, ana qrafasında anası kimi X25 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 137 saylı 12 mart 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Torpağa Mülkiyyət Hüququna X54 (JN 0003, KOD ********) texniki səhv olaraq X12 yazılmışdır. Əslində Ərizəçi2 oxunmalıdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 136 saylı 12 mart 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Torpağa Mülkiyyət Hüququna X54 (JN 0003, KOD ********) texniki səhv olaraq Ərizəçi1 Cəlal oğlu yazılmışdır. Əslində Ərizəçi1 yazılmalıdır və bu eyni bir şəxsdir. İş materiallarında olan B 456214 saylı diplom surətindən müəyyən olunur ki, Ərizəçi1 01 sentyabr 1986-cı ildə Bərdə 182 nömrəli orta mexaniki peşə məktəbinə daxil olmuş və 26 avqust 1987-ci ildə “traktorçu-maşınçı” peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin **********90 nömrəli 20 aprel 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN-0003 saylı dövlət aktında ata adlarının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0003, KOD 61020018 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, X15, X7, X17, X16 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Ərizəçi1 Cəlal oğlunun, X10, X4, X14, X11 və X5 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0003 KOD 61020018 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, X15, X7, X17, X16 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi1 Cəlal oğlunun, X10, X4, X14, X11 və X5 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0003 KOD 61020018 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, X15, X7, X17, X16 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar