Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1764/2024 12.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X21 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasın nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi), maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla, “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 13 yanvar 2006-cı il təvəllüdlü X10 adlı övladının fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X14 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X10 adlı övladları anadan olmuşdur. X19 anadangəlmə “ağır əqli gerilik” xəstəliyindən əziyyət çəkir. Son dövrlərdə xəstəliyi şiddətlənmişdir. Öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. xx.xx.2006-cı il təvəllüdlü X10 adlı övladlarının qəyyumluğuna verilməsinə dair Maraqlı şəxs Başçısının Aparatına etdiyi müraciətə İcra Hakmiyyəti tərəfindən cavab verilmişdir ki, “sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə, müdafiə etməyə və öz vəzifələrini icra etməyə qadir olmayan 18 yaşdan yuxarı şəxslərin qəyyumluğa verilməsi məhkəmənin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnaməsi əsasında təyin edilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət edə bilərsiniz.” Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 Ərizəçi qızı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qanunauyğun qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1986-cı ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Bərdə rayonu Hacallı kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X10 13 yanvar 2006-cı ildə Rusiya Federasiyası Omsk şəhərində anadan olmuşdur, Bərdə rayonu Hacallı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 83 nömrəli arayışdan görünür ki, X2 rayonu Hacallı kəndində yaşayır və qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 85 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Hacallı kəndində yaşayır və ailə üzvləri: əri-1975-ci il təvəllüdlü X9, qızı-xx.xx.2004-cü il təvəllüdlü X4, qızı-xx.xx.2006-cı il təvəllüdlü X5 və oğlu-xx.xx.2017-ci il təvəllüdlü X6 ibarətdir. Bərdə rayon Hacallı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2010-cu il tarixli AZ-İ 611249 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X11 31 mart 2005-ci ildə Bərdə rayonu Hacallı kənd İƏD üzrə nümayəndəliyinddə 03 nömrəli rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. 18 yanvar 2006-cı il tarixli İ-KH 712372 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2006-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X14, “ana” qrafasında anası kimi Ərizəçi qeyd edilmişdir. 04 aprel 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə verilməsi üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyəti olmaqla “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Səhiyyə İdarəsinin Ruhi-Əsəb Xəstəxanasının ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 xx.xx.2024-cü il tarixli 503 saylı rəyindən görünür ki, “13 yanvar 2006-cı ildə anadan olmuş X10 “ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri və davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əzab çəkir. -X10 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri və davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərinə nəzarət etmək iqtidarında deyildir. O, fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilər.” Bərdə Rayon İcra Hakimiyyəti Başçısı aparatının 04 aprel 2024-cü il tarixli 3/261 nömrəli məktubundan görünür ki, Ərizəçi qızı X7 qəyyumluğa verilməsi ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti Başçısı aparatına müraciət etmiş, sonuncuya övladı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 320.1-ci maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 320.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olundu ki, X1 onun məhkəmə iclasında iştirakını qeyrimümkün edir. Azərbaycan Respublikasının MPM-nin: 321.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi qızı X7 fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçinin məhkəməyə ərizə verilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçi, maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla, “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilisin. Ərizəçi 13 yanvar 2006-cı ildə anadan olmuş qızı X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1764/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1764/2024
12.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver