Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1764/2025 29.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi ilə, İddiaçı “Azəri Qaz” İstehsalat Birliyinə qarşı “cərimə məbləğinin silinməsi “ tələbinə dair ərizəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Tərtər Regional Qaz İdarəsinin Bərdə xidmətinin nümayəndələri tərəfindən qanunsuz yazılmış 345.6 manat məbləğində cərimənin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxılması üçün məhkəmə iclasları 01 may 2025-ci il, 06 may 2025-ci il və 29 may 2025-ci il tarixlərə təyin edilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və iclasda iştirak edə bilməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan təqdirdə məhkəmə iddiaçının iddia tələbinə olan marağının itdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259 və 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ İddiaçı Cavabdehnə qarşı “cərimə məbləğinin silinməsi “ tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1764/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1764/2025
29.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver