Məhkəmə qərarları › İş №2(021)-1765/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1765/2025

14.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1765/2025 14.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı cavabdeh Azərsu ASC-yə qarşı “1465 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 1465 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, cavabdeh tərəf kimi göstərilmiş "xxxx" ASC hüquqi ünvanı Bakı şəhəri, Moskva prospekti 67-dir. Məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı üzrə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İş materiallarına əsasən iddiaçının istehlakçı olduğu müəyyən olunmur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərsu ASC-nə qarşı “1465 manat cərimənin silinməsi” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən ərizəçi İddiaçı cavabdeh Azərsu ASC-nə qarşı “1465 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ

1. İddiaçı cavabdeh Azərsu ASC-nə qarşı “1465 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.

2. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar