Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1787/2022 07.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X35 katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, maraqlı şəxslər X11, X29, X12, X18, X7 iştirakları ilə Ərizəçilər Abbasova (Muradova) Mahruq Allahqulu qızının və Ərizəçi2 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Abbasova (Muradova) Mahruq Allahqulu qızı və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək 22 iyun 1998-ci il tarixli 09 saylı qərarla onlara Bərdə rayonu Hüseynbəyli kəndində yerləşən 1.97 ha torpaq sahəsinə verilmiş JN-0061 KOD-61023068 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının təstiq edilməsinə və qeyd olunmuş yalnışların düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Abbasova (Muradova) Mahruq Allahqulu qızı və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayon Hüseynbəyli kəndində yerləşən 1.97 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0061 KOD- 61023068 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvlərinin adınadır. Hazırda onlara verilmiş torpağa mülkiyyət şəhadətnaməsində onun ata adında, adı qeyd olunmuş digər şəxslərin adında səhvlik baş vermişdir. Belə ki, onun ata adı Abbasova ( Muradova) Mahruq Allahqulu qızı olduğu halda ata adı səhv olaraq Abbasova (Muradova) Mahruq Allahverdi qızı kimi, adı Ərizəçi2 olduğu halda adını səhvən X4, qeyd edilib. Onun ata adının, digər adı olan şəxsin adının JN-0061 KOD- 61023068 saylı torpağa mülkiyyət şəhadətnaməsində düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciyyət etsələr də heç bir nəticəsi olmamışdır. Lakin hal-hazırda JN-0061 KOD-61023068 saylı Torpağa mülkiyyət şəhadətnaməsində olan yalnışların düzgün qeyd edilməsini istəyirlər, çünki bu onlara bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında ərizəçilər Abbasova (Muradova) Mahruq Allahqulu qızı və Ərizəçi2 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında maraqlı şəxslər X24, X43, X25, X28, X2 rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən onlara 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyini, həmin torpağa görə JN 0061 KOD 61023068 saylı dövlət aktı aldıqlarını, lakin dövlət aktında texniki səhv olaraq Ərizəçi2 adı X4, X5 ata adı isə X1 qeyd edildiyini, ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, maraqlı şəxsləri və şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X40 və X46 ifadə verərək göstərmişlər ki, Torpağa mülkiyyət hüququna dair Dövlət aktında ərizəçi Abbasova (Muradova) Mahruq Allahqulu qızının ata adı texniki səhv olaraq Allahverdi, Ərizəçi2 isə adı səhvən Nicad kimi qeyd edilmişdir. Əslində isə ərizəçi Abbasova (Muradova) Mahruq Allahverdi qızı deyil, Abbasova (Muradova) Mahruq Allahqulu qızı, digər ərizəçi X27 deyil Ərizəçi2dur. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0061 KOD 61023068 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Bərdə rayonu Hüseynbəyli kənd sakinləri X8, X30, X9, X14, X6, X15 və X3 ümumi mülkiyyətinə 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xİİ- ЖГ 440418 saylı 02 mart 1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 xx xxxxxx 1988-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X24, ana qrafasında anası kimi X43 qeyd edilmişdir. İş materiallarında olan Ağdam rayon İHB-nın Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2009-cu il tarixli AZ-İ 530874 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X47 ilə X20 14 noyabr 2009-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Abbasova soyadı verilmişdir. İş materiallarında olan Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 mart 2010-cu il tarixli AZ-İİ 411261 saylı və AZ-İİ 411262 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən surətlərindən müəyyən olunur ki, 03 yanvar 2009-cu ildə anadan olmuş Abbaslı Məhəmməd oğlunun və 05 yanvar 2010-cu ildə anadan olmuş X21 ata qrafalarında ataları kimi X47, ana qrafalarında anaları kimi Ərizəçi1 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş Xİİİ- ЖГ 318848 saylı 10 mart 1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxxxx 1984-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X24, ana qrafasında anası kimi X43 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Şirvanlı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 2012-ci il tarixli AZ-İ 794070 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 ilə X31 05 oktyabr 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Muradova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Şirvanlı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2014-cü il tarixli AZ-İİİ 228571 saylı və Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2015-ci il tarixli AZ-İİİ 648094 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, 16 yanvar 2014-cü ildə anadan olmuş X32 və 01 dekabr 2015-ci ildə anadan olmuş X33 ata qrafalarında ataları kimi Ərizəçi2, ana qrafalarında anaları kimi X34 qeyd edilmişdir. İş materiallarında olan AO ******* saylı hərbi bilet surətindən müəyyən olunur ki, Ərizəçi2 05 oktyabr 2002-ci ildə hərbi bilet verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********51 nömrəli 18 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi X22 JN-0061 saylı dövlət aktında ata adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0061, KOD 61023068 saylı Dövlət aktının X16, X37, X17, X23, X10, Ərizəçi2 və Abbasova (Muradova) Mahruq Allahqulu qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X8, X30, X9, X14, X6, X15 və X3 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0061 KOD 61023068 saylı Dövlət aktının X16, X37, X17, X23, X10, Ərizəçi2 və Abbasova (Muradova) Mahruq Allahqulu qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X8, X30, X9, X14, X6, X15 və X3 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0061 KOD 61023068 saylı Dövlət aktının X16, X37, X17, X23, X10, Ərizəçi2 və Abbasova (Muradova) Mahruq Allahqulu qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1787/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1787/2022
07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver