Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1805/2021 04.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 900 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon, Şərəfli kəndində yaşayır, elekrik enerjisi istifadəçisidir. Onun evinə verilən elektrik enerjisi kəndlərində yerəlşən və evindən bir qədər aralıda olan transformatordan qoşulmuşdur. Onların kənddə elektrik enerjisinin istifadəsi ilə məşğul olan cavabdeh "xxxx" ASC-nin regional idarəsinin əməkdaşları tərəfindən hər ay və hər an elektrik enerjisi istifadəçilərin naqillərə, sayğaca hər hansı şəkildə müdaxilə edilib-edilməməsini, yaxud hər hansı bir şəkildə X2 qaydalarının pozulmasının aşkar edilməsi üçün baxış keçirilir, hər şey nəzarətdədir. Heç bir qanun pozuntusu cavabdeh "xxxx" ASC-nin nəzarətindən kənarda qala bilməz. Təxminən bir neçə ay əvvəl "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun evinə verilən elektrik enerjisinin sərfiyatı-yəni elektrik enerjisi istifadəsinə görə ona verdikləri bildirişdə heç bir əsas olmadan 900 manat borc hesabladıqlarını bilmişdir. İşıq pulu yığan əməkdaşdan nə borcu olduğunu soruşmuş, lakin ona heç bir dəqiq məlumat verilməmişdir. Xahiş edir ki, ona hesablanmış borcun əsası olan bir sənəd təqdim edilsin, bilsin ki, borc hansı pozuntudan yaranmışdır. Bu günədək həmin borcun yaranma səbəbi haqqında ona heç bir sənəd-akt, protokol təqdim edilməmişdir. X2 qaydalarını heç bir vaxt pozmamış və sərf etdiyi enerjiyə uyğun olaraq sayğacda göstərilən sərfiyyat məbləğini həmişə vaxtlıvaxtında ödəmiş və heç bir vaxt sayğaca toxunmamış, qayda pozuntusuna yol verməmişdir. "xxxx" ASC-nin əməkdaşları bütün abonentləri hər ay yoxlayır, sayğaclara baxış keçirirlər. Onun hər ay ödəniş etdiyi məbləğdən də aydın olur ki, hər hansı bir qanunsuz yolla X2 etməmişdir. Bütün buunlara baxmayaraq, onunla “zarafat” edən regional ES-nin əməkdaşları tam qanunsuz və əsassız olaraq, tərəfindən heç bir qayda pozuntusuna yol verilmədiyi halda 2020-ci il sonlarında ona 900 manat artıq borc hesablamışlar. X2 qaydalarının tərəfindən pozulması barədə ona hər hansı bir protokol, yaxudda ki, akt təqdim edilmədiyindən borcun əsası haqqında heç bir məlumatı olmamışdır. Qeyd edilən borc məbləği işıq sərfiyyatına görə təqdim edilən qəbzdə borc kimi göstərilirdi. Cavabdehin əməkdaşları tərəfindən borcun hansı əsasla yazıldığı sualına cavab verilməmişdir. İşıq idarəsinin nəzarətçiləri özləri də bilirdilər ki, ona qarşı haqsızlıq edilmişdir, onun heç bir qayda pozuntusu törətməklə əlaqədar əməli olmamışdır. Lakin buna baxmayaraq, borcu ödəməyəcəyi halda evinə gedən naqilləri kəsməklə elektrik verilməsini dayandıracaqlarını bildirmişlər və 28.04.2021-ci il tarixdə evinə enerji ötürən naqillər cavabdeh tərəfindən kəsilərək evi işıqsız qalmışdır. İndiyədək gözləmişdir ki, cavabdeh "xxxx" ASC-nin regional idarəsinin əməkdaşları tərəfindən borc barədə hər hansı bir akt təqdim ediləcək və həmin sənədin doğruluğu barədə, ona qarşı törədilmiş qanunsuzluqla bağlı öz hüquqlarını müdafiə etmək, borca münasibətini bildirmək üçün istifadə edə biləcək. Lakin ona sənəd vermək əvəzinə işığı kəsilmiş, buna görə də məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Yuxarıda qeyd etdiyi kimi heç bir qayda pozuntusuna yol verməmiş və elektrik naqilinə yaxud işıq sayğacına heç bir müdaxiləsi olmamışdır. Heç vaxt işıq pulunu ləngitməmiş, borcu qalmamışdır. Onun adına hesablanmış əsassız 900 manat borc silinməlidir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş, iddia müddəti tətbiq edilməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı Bərdə rayonu, Şərəfli kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Cavabdeh Azərişıq ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 900 (doqquz yüz) manat məbləğində borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə qarşı “Cavabdeh Azərişıq ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 900 (doqquz yüz) manat məbləğində borcun silinməsi tələbinə dair’’ iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı Bərdə EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” məlumatlarda onun tərəfindən 2012-ci ilin may ayına istifadə edilmiş elektrik enerjisinə görə 60.54 manat məbləğində debitor borcu olduğu görünür. Həmin tarixə elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricisi 974 kvt olmuşdur. İddiaçı tərəfindən 2012-ci ilin iyun ayında dəyəri 31,14 manat təşkil edən 519 kvt saat, iyul ayında dəyəri 5,88 manat təşkil edən 98 kvt, avqust ayında isə dəyəri 10,68 manat təşkil edən 178 kvt saat miqdarınnda elektrik enerjisi istehlak edilmişdir. İddiaçı tərəfindən istehlak edilmiş enerjinin dəyərindən 2012-ci ilin avqust, sentyabr və oktyabr aylarında 10 manat olmaqla cəmi 30 manat məbləğində ödəniş edilmişdir. Borc məbləği artaraq 78,24 manat təşkil etmişdir. 2012-ci ilin noyabr ayında iddaçı İddiaçı barəsində “X2 Qaydalarının pozulması haqqında 012694 №-li Akt tərtib edilərək aşkar edilmiş pozuntu faktı ilə əlaqədar yenidən hesablama aparılaraq dəyəri 268,38 manat təşkil edən 4473 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı tərəfindən barəsində tərtib edilmiş aktla hesablanmış məbləğ ödənilmədiyi üçün debitor borc məbləği artaraq 2012-ci ilin dekabr ayına 385.56 manat təşkil etmişdir. İstismarda olmuş elektrik hesablama sayğacı vasitəsi ilə İddiaçı tərəfindən 2015-ci ilin sentyabr ayına kimi elektrik enerjisi istehlak edildiyinə baxmayaraq onun tərəfindən ödəniş edilməmişdir. Beləliklə onun 18.09.2015-ci il tarixinə ödənilməli olan 708,24 manat məbləğində debitor borcu yaranmışdır. İddiaçı tərəfindən yaratmış olduğu borcun ödənilməsini təmin etmək məqsədilə Bərdə EŞ tərəfindən “EEİQ”-nın 9.13-cü bəndinin tələblərinə uyğun olaraq İddiaçı məxsus “Ferma”nın elektrik enerjisi ilə təchizatı dayandırılmışdır. Yalnız bundan sonra, yəni 24.11.2015-ci il tarixdə İddiaçı tərəfindən yaratmış olduğu debitor borcdan 10 manat, 21.10.2016-cı il tarixdə 100 manat, 23.02.2017-ci il tarixdə 60 manat, 29.04.2017ci tarixdə 50 manat, 24.05.2017-ci il tarixdə 30 manat, 24.07.2017-ci il tarixdə 50 manat, 16.09.2017-ci il tarixdə 20 manat, 01.11.2017-ci il tarixdə 100 manat, cəmi 420 manat məbləğində ödəniş edilmişdir. Ödənilmiş 420 manat məbləğindən 115 manatı İddiaçı borcuna yönəldilmişdir. Belə ki, göstərilən dövrdə İddiaçı tərəfindən dəyəri 325,10 manat təşkil edən elektrik enerjisi istehlak edilmişdir. İddiaçı elektrik enerjisinin istehlakçısı kimi Bərdə EŞ-nin “Proqram bazası”nda 01.08.2010-cu il tarixdən **********01004(**********3) saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən ona məxsus olan “Ferma”ya quraşdırılmış DDS 26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 13.10.2017-ci il tarixinə kimi istifadə etmişdir. 22.09.2017-ci il tarixdə Bərdə EŞ-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus “Ferma”nı elektrik enerjisi ilə təchiz edən həmin sayğaca baxış keçirilərkən sayğacın keçən elektrik enerjisini miqdarını qeyd etmədiyi müəyyən edilərək “Qaydalar”ın tələblərinə uyğun olaraq R 075886 saylı akt tərtib edilmişdir. Aktın tələb hissəsində qüsurlu elektrik hesablama sayğacının yenisi ilə əvəz edilməsi barədə qeydiyyat aparılmışdır. İddiaçı barəsində tərtib edilmiş akta əsasən 13.10.2017-ci il tarixində istismarda olmuş qeyd olunan elektrik hesablama sayğacı yeni VİKO-580 DBOT tipli, zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən həmin sayğacın 14.08.2017-ci il tarixdən 13.10.2017-ci il tarixinə kimi olan 2 ay ərzində keçən enerjinin miqdarını qeyd etmədiyi üçün sutkanın 12 saatı nəzərə alınmaqla 60 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 31,14 manat təşkil edən 346 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddaçı İddiaçı tərəfindən ona məxsus olan “Ferman”ı elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən 18.09.2015-ci il tarixdən 18.05.2021-ci il tarixinə kimi olan dövr ərzində dəyəri 1593,71 manat təşkil edən elektrik enerjisi istehlak edilmişdir.Göstərilən 1593,71 manat məbləğində enerji haqqı dəyərindən İddiaçı tərəfindən 1413 manat ödəniş edildiyindən onun enerji sərfinə görə 180,71 manat məbləğində debitor borcu yaranmışdır. Beləliklə, İddiaçı X2yə görə 01.10.2015-ci il tarixinə yaratmış olduğu 708,24 manat və barəsində tərtib edilmiş R 075886 saylı akta əsasən hesablanmış 31.14 manat nəzərə alınmaqla onun 920.09 manat məbləğində ödənilməli olan debitor borcu vardır. İddaçı İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində elektrik enerjisindən isrifadəyə görə 900 manat məbləğində borcunun olmadığını və həmin borc məbləğinin 2020-ci ilin sonlarında heç bir əsas olmadan hesablandığını bildirərkən qeyri-səmimiliyə yol verərək məhkəməyə yanlış məlumat vermişdir. İddiaçı X2yə görə 708 manat məbləğində borcunun hələ 2015-ci ilin sentyabr ayında bildiyi halda həmin borcla əlaqədar Enerjitəchizatı müəssisəsinə müraciət etməmiş və məhkəmədə mübahisələndirməmişdir. Beləliklə, İddiaçı X2yə görə 708 manat məbləğində borcu olduğunu bildiyi halda yalnız məhkəməyə 6 il müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 01.10.2015-ci ildə 708,24 manat, 14.02.2018-ci ildə 31,14 manat, cəmi 739,38 manat cərimə yazılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd olunan borc 2015-cı ildə və 2018-ci il tarixlərdə yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X6 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi borcdan 739,38 manat cərimə məbləği 2015 və 2018-ci ildə yaranmış borc məbləği olmuş, həmin vaxtdan 3 ildən artıq vaxt keçmiş, cavabdeh təşkilat həmin borc məbləğini tələb etmə müddətini ötürmüşdür. Azərbaycan Respublikasının MPM-nin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz yazılmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi 03 may 2021-ci ildə Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi cavabdeh vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb üzrə nəzərdə tutulmuş 3 il iddia müddətini ötürmüşdür. İddiaçı iddia ərizəsində 900 manat məbləğində borcun silinməsini tələb etsə də iş materiallarında olan sənədlərdə İddiaçı 01.10.2015-ci ildə 708,24 manat, 14.02.2018-ci ildə 31,14 manat, cəmi 739,38 manat cərimə yazıldığı müəyyən olunduğundan, həmçinin iddiaçı məhkəməyə ərizə verərək iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmasını xahiş etdiyindən iddia qismən təmin olunmalı, iddiaçıya yazılmış 739,38 manat məbləğincə cərimə məbləği silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı yazılmış 739,38 (yeddi yüz otuz doqquz manat otuz səkkiz qəpik) manat cərimə məbləği silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1805/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1805/2021
04.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver