Məhkəmə qərarları › İş №2(021)-1808/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1808/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1808/2021 08.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 22 may 2008-ci il tarixli qətnaməsində 05 oktaybr 2004-cü ildə anadan olan X18 X6 övladlığa verilməsində göstərilən Qasımova İfrad Allahverdi qızı ilə Cabbarova İfrad Allahverdi qızının eyni şəxs olması, yəni hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Cababrova İfrad Allahverdi qızı 1954-cü ildə anadan olmuş, Bərdə şəhərində yaşamış, 15 aprel 2021-ci ildə vəffat etmişdir. O, oğlu Vüsalı 05 sentyabr 2004-cü ildə anadan olan gündən özü götürüb saxlamış, oğlu kimi böyütmüşdür. 12 may 2008-ci ildə isə Vüsalın onun övladlığına verilməsi barədə Bərdə Rayon Məhkəməsində qətnamə çıxarılmışdır. Bildirir ki, Vüsal Cabbarov İfrad Aallahverdi qızının övladlığına verilərkən məhkəmənin 12 may 2008-ci il tarixli qətnaməsində onun soyadı qızlıq soyadı ilə Qasımova yazılmışdır. X14 vəfat etmişdir. Onun övladlığa götürdüyü X28 onun övladı kimi yəni yetkinlik yaşına çatmadığından onun pensiyası onun adına köçürülməlikdir. Lakin qətnamədə onun soyadı Qasımova yazıldığından mümkün deyildir. Hər iki soyadı yəni Qasımova, Cabbarova soyadının eyni şəxs olmasını şahidlər, arayış təsdiq edir. Yəni hər iki soyad Cabbarov a İfrad Allahverdi qızına məxsusdur. Bərdə Rayon Məhkəməsinin 12 may 2008-ci il tarixli qətnaməsində Cabbarov Vüsal Taleh oğlunun Qasımova İfrad Allahverdi qızının övladlığa verilməsində göstərilən Qasımov İfrad Allahverdi qızı ilə X4 eyni şəxs olması, yəni hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə məhkəmədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X32 bildirmişdir ki, Ərizəçi gəlinidir. X9 ilə X12 eyni şəxsdir, beləki Qasımova İfradın qızlıq soyadıdır. Məhkəmə iclasında şahidlər X19 və X29 şahid X38 qızının izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AA ******* nömrəli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1969-cu ildə doğulmuşdur. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri üzrə inzibati ərazi dairəsi nümayəndəsliyi tərəfindən verilmiş 2248 nömrəli, 22 aprel 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri, H.Z.Tağıyev küçəsi 24-də yaşayır. İş materiallarında olan Azərbaycan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş SA 000696 nömrəli vəsiqə X7 adına verilmişdir. İş materiallarında olan AZ-İV 222048 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X28 05 noyabr 2004-cü ildə doğulmuşdur, atası Ərizəçi, anası X8r. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 12 may 2008-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, 05 noyabr 2004-cü il təvəllüdlü X28 X7 övladlığına verilmişdir. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli, 387276 nömrəli çıxarışdan müəyyən olıunur ki, X2 ilə, X16 06 mart 1963-cü ildə 33 saylı nikah qeydi ilə rəsmi olaraq evlənmişlər, nikahdan sonra arvada Cabbarova soyadı verilmişdir. İş materiallarında olan 13 nömrəli övladlığa götürmə anket qeydinin surətindən müəyyən olunur ki, övladlığa götürən olaraq X13 göstərilmişdir. İş materiallarında olan AZ-İİ 152510 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 26 aprel 2021-ci il tarixdə beyindaxili qansızmadan ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X17 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə sosial məsələlərin həlli üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Bərdə Rayon Məhkəməsinin 12 may 2008-ci il tarixli qətnaməsində qeyd edilmiş X7 X10 ilə eyni adam olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar