Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1811/2021 23.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayyəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə ona qanunsuz hesablanmış 713.87 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvüləri ilə bilrikdə ünvan 1 ünvanında yaşayır. Həmin fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılmış, elektrik enerjisinə görə işıq pulunu vaxtlı vaxtında ödəmiş, Azərişıq ASC-nin əməkdaşları 03 mart 2021-ci il tarixdə həmin sayğaca baxış keçirərək akt tərtib etmişlər ki, guya elektirik sayğacı arxa tərəfdən deşilərək müdaxilə olunmuş, bir başa xətt götürülməklə, elektrik enerjisindən qanunsuz istifadə olunmuşdur. Nəticədə enerji uçotu pozulmuşdur. Hazırda cavabdeh Azərişıq ASC-nin əməkdaşları ona bildirirlər ki, həmin sayğaca müdaxilə olunduğundan aylıq enerji sərfiyyatı düzgün hesablanmamış, nəticədə ona 713.87 manat cərimə hesablanmışdır. Cərimənin hansı səbəbdən yazıldığı ona məlum deyil. Belə ki, elektrik enerjisinə görə işıq pulunu vaxtlı vaxtında ödəmiş, onun və ailə üzvləri tərəfindən həmin elektrik sayğacına heç bir müdaxilə olunmamışdır. Qeyd edir ki, Azərişıq ASC tərəfindən hesablanmış 713,87 manat borc məbləği əsassız olduğundan silinməlidir. Hazırda cavabdeh təşkilatın ondan 713.87 manat pul vəsaiti tələb etməsi hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı Ədalət oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia ərizəsinə yazılı etiraz verərək, iddianı qəbul etmədiyini, iddiaçının borcunun sayğaca müdaxilə nəticəsində yarandığını, ödəniş etmədiyini, iddiaçının enerjidən istifadə qaydalarına əməl etmədiyindən cərimə olunduğunu bildirərək, iddianın rədd edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, "xxxx" ASC-də satış üzrə mütəxəssisi vəzifəsində işləyir, əvvəllər “Mərkəzi Aran” RETSİ-nin X1 EŞ-si üzrə texniki işləmişdir, iddiaçının istifadə etdiyi elektrik sayğacına baxış keçirilərkən müəyən etmişdirlər ki, iddiaçı İddiaçı yaşadığı evdə sayğaca müdaxilə edilmiş, kənar xətt çəkilmiş, evə daxil olan eklektirik xətti birbaşa qoşulmuşdur, elektrik xətti bir başa qoşulduğundan elektrik sərfiyyatıqeydə alınmadığından, elektrik enerjisindən istifadə qaydalarına əməl edilmədiyindən akt tərtib edilmiş, cərimə yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 şahid Süleymanov Hikmət Bahadur oğlunun izahatına uyğun izahat verdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, mülki işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı oğlu xx xxxxxxxx 1985-ci ildə Bərdə rayonu doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2329 saylı, 02 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri, B.Hacıyev küçəsi yeni yaşayış massivində yaşayır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 713.87 manat cərimə yazılmışdır. İş materiallarında olan 03 mart 2021-ci il tarixli, 218511 saylı aktın surətindən müəyyən olunur ki, sayğaca baxış keçirimiş, baxış zamanı məlum olmuşdur ki, sayğacın arxa tərəfindən deşilərək, bir fazalı elektrik sayğacı sxemadan çıxarılaraq bir-başa elektrik enerjisindən istifadə olunur, enerjinin uçotu pozulub. İş materiallarına əlavə olunmuş 724539 saylı 03 mart 2018-ci il tarixli protokolun surətindən müəyyən olunur ki, sayğac dəyişdirilib yenisi ilə əvəz olunmuş, istifadəyə yararsız sayğac labarotoriya şəraitində yoxlanılması üçün göndərilmişdir. İş materiallarına əlavə olunmuş 09 mart 2021-ci il tarixli icra vərəqinin surətindən müəyyən olunur ki, 218511 saylı akta əsasən sayğac yenisi ilə əvəz edilməlidir. İş materiallarına, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 tərəfindən verilmiş etirazın surətindən müəyyən olunur ki, 03 mart 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman yaşayış evini elektrik enerjisi ilə təchiz edən, əvvəlcədən ödənişli №Smart kart” tipli elektirik hesablama sayğacının yaşayış evini əhatə edən daş hasarda quraşdırıldığı, sayğaca daxil olan elektrik enerjisinin yükü ilə sayğacdan çıxan elektirik enerjisinin yükü arasında kəskin fərq yarandığı müəyyən edildiyindən sayğacın alt qapaq möhürünün qırılaraq sayğaca dail olan elektirik xəttinin yoxlanılması zərurəti yaranmışdır. Əməkdaşların çağırışına İddiaçı həyat yoldaşı ehtimal olunan qadın çıxmış, əməkşdlar tərəfindən sayğaca müdaxilə edilməsi şübhəsi yarandığından baxış keçiriləcəyi bildirilmiş, qadının çağırışı ilə ora gələn Mehman Adıgözəlov adlı şəxsin yanında əməkdaşlar tərəfindən elektrik hesablama sayğacının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmaqla alt qapaq möhürü qırılaraq, sayğacın giriş hissəsi yoxlanılmışdır. Yoxlama zamanı sayğaca daxil olan giriş xəttindən əlavə xətt çəkildiyi və sayğacın altından divarda dəlik açılaraq həmin xəttin oradan həyətə daxil edildiyi müəyyən edilmişdir. Aşkar edilmiş həmin kənar xətdənaxan elektrik cərəyanının yükü xüsusi ölçmə vasitəsi ilə “Ampermaşa” ilə ölçüldükdə, xəttdən 20 açpre, yəni 4.4 kvt gücündə yük keçdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nin “proqram bazasında” **********16 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun olaraq AKTR 218511 nömrəli akt tərtib edilmişdir. Aktın tələb hissəsində “kənar xətt ləğv olunsun, uçot dəsti yoxlanılsın, yenidən möhürlənsin, hesablanmış məbləğ ödənilsin, əks halda şəbəkədən açılsın” qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X12 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, 03 mart 2021-ci il tarixdə "xxxx"ASC-nin nümayəndələri E.Abbasov, Ə.Abdullayev, S.Bayramzadə tərəfindən İddiaçı yaşadığı evə elektrik enerjisinin qeydə alınması barədə sayğaca baxış keçirilmiş, **********16 saylı istehlakçı kodu ilə qeydiyatda olan, İddiaçı barəsində “Elektrik Enerjisindən istifadə qaydaları”nın pozulması haqqında AKT R 218511 tərtib edilmiş həmin akt qanuni və əsaslıdır. Belə ki, həmin aktla bir fazalı kənar elektrik xəttinini sayğacdan kənar qoşularaq bir-başa elektrik enerjisindən istifadə olunması və sayğaca edilmiş xarici müdaxilə aktı təsdiq edilmişdir. Bundan başqa məhkəmə iddiaçının aktın saxta olmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin akt hal şahidləri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə xüsusi olaraq onu da vurğulayır ki, mübahisəli evdə sayğaca edilmiş müdaxilə edilməsi faktı sübut olunmuş və həmin faktda aktlaşdırılaraq abonentə 713.87 manat borc hesablanmış və həmin hesablanmış borcun əsassız olmasına dair iddiaçı tərəfindən əsaslı və tutarlı dəlillər məhkəmədə bildirilməmişdir. Yuxarıda gösərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən bildirilən faktlar həqiqəti əks etdirmir və yazılmış cəriməni ödəməkdən yayınmaq məqsədi daşıyır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-1811/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1811/2021
23.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver