Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1842/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi Bayramov Saməddin Adil oğlunun iştirakları ilə, Ərizəçilər Bayramov Ədil Xıdır oğlunun, Ərizəçi2 Məmiş qızının, Bayramov Saməddin Adil oğlunun, Ərizəçi3 Adil qızının, Ərizəçi5 Ədil qızının, Ərizəçi6, Ərizəçi7 sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Bayramov Saməddin Adil oğlu, Ərizəçi3 Adil qızı, Ərizəçi5 Ədil qızı, Ərizəçi6 Adil qızı, Ərizəçi7 Adil oğlu ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 121 KOD 61014028 saylı torpağın mülkiyyətinin verilməsinə dair sənədin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Məmiş qızı, Bayramov Saməddin Adil oğlu, Ərizəçi3, Ərizəçi5 Ədil qızı, Ərizəçi6 Adil qızı, Ərizəçi7 Adil oğlu ərizəni onunla əsaslandırmışdırlar ki, Bərdə Rayonu Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə Bərə rayonu Qarağacı kəndində onlara 2.97 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN 121 KOD 61014028 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı da verilmişdir. Sözügedən dövlət aktında Bayramov Ədil Xıdır oğlunun ata adı yanlış olaraq “Xidir”, Ərizəçi2 ata adı yanlış olaraq “Məmi”, Bayramov Saməddin Adil oğlunun ata adı yanlış olaraq “Ədil”, Ərizəçi3 ata adı yanlış olaraq “Ədil”, Ərizəçi7 ata adı yanlış olaraq “Ədil”, Ərizəçi5 soyadı yanlış olaraq “Bayramova”, Ərizəçi6 Adil qızının soyadı, adı və ata adı yanlış olaraq “Bayramova Elnarə Ədil qızı” kimi qeyd olunmuşdur. Onlara məxsus bütün sənədlərdə, soyad, ad və ata adları düzgün qeyd olunmuşdur. Bərdə rayon Aqrar islahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə onlara verilmiş JN 121 KOD 61014028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Əirazi İdarəsinə müraciət etsələr də sözegedən qurumdan 20.04.2021-ci il tarixli məktubla cavab verilmişdir ki, məhkəməyə müraciət etməlidirlər. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan addadı uyğunsuzluğu başqa cür aradan qaldıra bilmirlər. Məhkəmə iclasında Ərizəçi4 ərizəni müdafiə edərək ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçilər Bayramov Ədil Xıdır oğluna, Bayramova Zərifə Məmiş qızına, Ərizəçi3, Ərizəçi5, Ərizəçi6 Adil qızına, Ərizəçi7 Adil oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə ərizəçilər Bayramov Ədil Xıdır oğlunun, Bayramova Zərifə Məmiş qızının, Ərizəçi3, Ərizəçi5, Ərizəçi6 Adil qızının, Ərizəçi7 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN 121 KOD 61014028 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu, Qarağacı kəndində Bayramov Ədil Xıdır oğlunun, Bayramova Zərifə Məmiş qızının, Ərizəçi3, Ərizəçi5, Ərizəçi6 Adil qızının, Ərizəçi7 Adil oğlunun, Ərizəçi4 mülkiyyətinə 2.97 ha torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1955-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Bayramova Zərifə Məmiş qızı xx xxxx 1957-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Bayramov Saməddin Adil qızını xx xxxxxxxx 1978-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Bayramova Solmaz Adil qızı xx xxxxx 1979-cu ildə Kəlbəcər rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 14 noyabr 1981-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi7 Adil oğlu xx xxxxxx 1986-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi6 xx xxxx 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan, 180 saylı, 23 fevral 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 121 nömrəli dövlət aktındakı Bayramov Ədil Xidir oğlu ilə Ərizəçi1, Bayramov Saməddin Ədil oğlu ilə X4, Ərizəçi3 Ədil qızı ilə Bayramova Solmaz Adil qızı, Bayramova Yeganə Ədil qızı ilə Ərizəçi5, Bayramov Ziyəddin Ədil oğlu ilə Ərizəçi7 oğlu, Bayramova Zərifə Məmi qızı ilə Ərizəçi2, X5 ilə X7 eyni şəxslərdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyistir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Ərizəçi1, Ərizəçi2 Məmiş qızına, Ərizəçi4 Adil oğluna, Ərizəçi3, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 oğluna ünvanlanmış 20 aprel 2021-ci il tarixli, **********38 nömrəli məktubun surətindən müəyyən olunur ki, səhvlərin düzəldilməsi Xidmətin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN 121 KOD 61014028 nömrəli dövlət aktının Bayramov Ədil Xıdır oğluna, Bayramova Zərifə Məmiş qızına, Ərizəçi3, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 Adil oğluna, Ərizəçi4 Adil oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Ərizəçi1 Xidir oğlunun, Bayramova Zərifə Məmi qızının, Ərizəçi4 Ədil oğlunun, Ərizəçi3 Ədil qızının, Bayramova Yeganə Ədil qızının, Bayramova Elnarə Ədil qızının, Bayramov Ziyəddin Ədil oğlunun adına verilmiş dövlət aktının, Ərizəçi1 oğluna, Ərizəçi2 Məmiş qızına, Ərizəçi4 Adil oğluna, Bayramova Solmaz Adil qızına, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1 Xidir oğlunun, Bayramova Zərifə Məmi qızının, Ərizəçi4 Ədil oğlunun, Ərizəçi3 Ədil qızının, Bayramova Yeganə Ədil qızının, Bayramova Elnarə Ədil qızının, Bayramov Ziyəddin Ədil oğlunun adına verilmiş, JN 121, Kod 61014028 nömrəli Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 Adil oğluna, Bayramova Solmaz Adil qızına, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1842/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1842/2021
10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver