Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1842/2025 01.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Cavabdeh Azəriqaz İB-nin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İB-nə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Azəriqaz ASC-i tərəfindən qanunsuz tərtib edilmiş aktın etibarsız hesab edilərək hesablanmış 2994 (iki min doqquz yüz doxsan dörd) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Azəriqaz İB-nin səlahiyyətli nümayəndəsi X4 işin baxılmamış saxlanılmasına etiraz etmədyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. MPM 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İB-nə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə yazılı qaydada şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1842/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1842/2025
01.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver