Məhkəmə qərarları › İş №2(021)-1845/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1845/2022

17.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1845/2022 17.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, Ərizəçi iştirakları ilə, Ərizəçilər Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-0082 KOD 61008028 saylı dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Kələntərli kəndində yaşayır, ona və ailə üzvülərinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun1998-ci il tarixli 09 saylı qərarına əsasən mülkiyyətlərinə JN-0082 KOD 61008028 saylı dövlət aktı ilə 0.93 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Bərdə rayonu, Kələntərli kəndində yerləşir. Onlara məxsus torpağa mülkiyyət hüququna dair JN-0082 KOD 61008028 saylı dövlət aktında ona münasibətdə adı, texniki səhv olaraq “Lamiyə” kimi qeyd edilmişdir. Səhvin düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etmişlər, onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, Ərizəçi qaynanasıdır. Qaynanasına və ailə üzvülərinə verilmiş torpaq sahəsinin sənədində adı səhvən Lamiyə yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Ərizəçi Məhəmnməd qızı bacısıdır. Bacısının adına verilmiş torpağı mülkiyyət sənədində Lakizənin adı səhv olaraq Lamiyə yazılıbdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN-0082 KOD 61008028 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun1998-ci il tarixli 09 nömrəli qəqrına əsasən Bərdə rayonu, Darğalar kənd sakinləri X8, X2, X12, X4, X9 mülkiyyətinə Bərdə rayonu, Darğalar kəndində 0.93 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayonu, Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 766 saylı, 27 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, JN-0082 KOD 61008028 torpağa mülkiyyət hüququna dair dövlət aktında X5 ilə Ərizəçi kimi oxunsun. İş materiallarında olan X33 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İ-İE 142188 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 01 fevral 1956-cı ildə doğulmuşdur, atası X10, anası X7r. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1956-cı ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Kələntərli kəndində yaşayır. İş materiallarında olan Vİİ-JQ 287005 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 16 fevral 1980-ci ildə doğulmuşdur, atası X16, anası Ərizəçidır. İş materiallarında olan Vİİİ-JQ 446354 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 29 iyul 1982-ci ildə doğulmuşdur, atası X16, anası Ərizəçidır. İş materiallarında olan XİV-JQ 375514 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 21 fevral 1989-cu ildə doğulmuşdur, atası X16, anası Ərizəçidır. İş materiallaırnda olan 311386 nömrəli, 22 aprel 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X16 ilə, X6 12 noyabr 1979-cu ildə 26 nömrəli nikah akt qeydi bağlamaqla evlənmişlər. İş materiallarında olan 23 noyabr 2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 25 oktyabr 2007-ci ildə ölmüşdür. İş materiallarında olan AZE 15161167 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 29 iyul 1982-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Otuzikilər kəndində yaşayır. İş materiallarında olan AZE 16038787 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Hümbətov SamirKamil oğlu 16 fevral 1980-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Kələntərli kəndində yaşayır. İş materiallarında olan AZE 15086248 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 21 fevral 1989-cu ildə doğulmuşdur, Bərdə rayonu, Kələntərli kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********20 nömrəli 29 aprel 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-0082 saylı dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN 0082 KOD 61008082 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X2 adına verilmiş JN 0082 KOD 61008082 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 adına verilmiş JN 0082 KOD 61008082 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar